Erməni əsilli müxalif jurnalist azanı təhqir etdi...
Faiq Ələkbərli: “Səmavi dinlərə aid atribut və ya onlara aid olan kilsə, məscid, sinaqoqların özünə məxsus ayin icralarını təzavüz kimi qiymətləndirmək düzgün deyil”
Türkiyədə müxalifətçi kimi tanınan erməni mənşəli jurnalist Sevan Nişanyan azanı hədəfə alıb. Nişanyan azanın oxunmasını Türkiyədə yaşamağın qorxulu tərəflərindən biri kimi təqdim edib.
Dinə və azan səsinə, sözün əsl mənasında, kin bəsləyən Nişanyan səsgücləndiricilərlə oxunan azanın “təcavüz” olduğunu bildirib.
Qeyd edək ki, 2013-cü ildə şəxsi bloqunda yazdığı bir məqalədə erməni mənşəli jurnalist hz. Məhəmmədi təhqir etdiyi üçün 13 ay 15 gün həbs cəzasına məhkum edilib.
“Erməni əsilli şəxslərdən bu kimi mənasız fikirləri gözləmək olar, çünki bu şəxslər üçün müqəddəslik anlayışı yoxdur”
AMEA-nın əməkdaşı, türkoloq-alim Faiq Ələkbərli “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, səmavi dinlərə aid atribut və ya onlara aid olan kilsə, məscid, sinaqoqların özünə məxsus ayin icralarını təzavüz kimi qiymətləndirmək düzgün deyil: “Kimsə İslam dininə aid olan azanı insanlara təvavüz kimi dəyərləndirirsə bu şəxs eyni fikri kilsə və sinaqoqlara da aid edər. Halbuki bunların heç biri doğru deyil. Səmavi dinlərin icra etdiyi ayinlər, məraimlər, hansısa ibadət üsullarında təcavüzkarlıq yoxdur. Kilsə, məscid və sinaqoq insanları sülhə, barışa, biryerdə qarşılıqlı şəkildə yaşamağa çağırır. İslam dininin azanında səsləndirilən əsas müddəalarda da Allahın təkliyi, ədalətli olmaq, insanların bir-birinə qarşı hörmət göstərməsi, dözümlü olması təbliğ olunur. Dindən, elmdən anlayışı olan şəxs bilir ki, azanın təcavüzlə əlaqəsi yoxdur”.
Həmsöhbətimiz xüsusi olaraq vurğuladı ki, azan inancli müsəlmanlar üçün çağırışdır. Kilsənin ayinləri xristianlar üçün müraciətdir: “Azanı təcavüz adlandıran şəxsin dini inancı yoxdur. Onlar Allahın evlərini, dini ayinləri qəbul etmir. Erməni əsilli şəxslərdən bu kimi mənasız fikirləri gözləmək olar. Çünki bu şəxslər üçün müqəddəslik anlayışı yoxdur. Hesab edirəm ki, erməni əsilli jurnalistin azanı təcavüz adlandırmasının arxasında başqa çirkin niyyətlər var”.
Günel CƏLİLOVA