Tağıyevin qarabağlılara töhfəsi: Qarabağın ilk dəmir yolundan MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
Qarabağın memarlıq abidəsi olan ilk dəmiryol körpüsü və dəmir yolu vağzalı qorunub saxlanılır.
Bu barədə AzTV-nin hazırladığı reportajda məlumat verilib.
Bildirilir ki, Yevlax-Tərtər-Ağdam dəmir yolu xəttinin Tərtər rayonundan keçən hissəsində, Tərtər çayı üzərində unikal mühəndislik və memarlıq nümunəsi olan körpünün və dəmir yolunun tikintisi 1916-cı ildə yekunlaşıb.
Reportajda Azərbaycan milyonçusu Hacı Zeynalabdin Tağıyevin sözügedən dəmir yolunun inşası üçün Rus çarına müraciəti, dəmir yolunun tikintisi və onun sonrakı aqibəti barədə xəbər verilir.
Videonu təqdim edirik: