Milli Məclisdə boşanmalarla bağlı dinləmənin keçirilməsi təklif edildi
Milli Məclisdə boşanmalarla bağlı dinləmənin keçirilməsi təklif olunub.
Trend xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında deputat Sədaqət Vəliyeva deyib.
“Son dövlər boşanmaların sayı artıb. Bunların müzakirəsi ilə bağlı parlamentdə dinləmənin keçirilməsini təklif edirəm”, - deyə deputat əlavə edib.