KÖHNƏ VERSİYA            

İran İsrailin ətrafında “alov halqası” yaradır - iki ölkənin savaşı an məsələsinə döndü...

Image

Məlum olduğu kimi, İran bu günlərdə bəzi qonşu ölkələrdə olduğu iddia olunan casus bazasını raket və dronlarla vurdu. Həmin ölkələrdən isə yalnız Pakistan İrana hərbi zərbə endirdi. İran-İraq müharibəsindən sonra ilk dəfə cənub qonşumuzun ərazisinə zərbə endirildi.

Bir daha xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) yanvarın 15-16-da müasir raketlərlə İraq, Suriya və Pakistanın ərazi suverenliyini pozdu. Bundan sonra İran müdafiə naziri Rza Aştiani aşağıdakıları bəyan etdi: “Biz dünyada raket dövlətiyik. Düşmənlər harada İslam respublikasına təhlükə yaratsa, buna reaksiya verəcəyik və bu reaksiya proporsional, sərt və qətiyyətli olacaq”. Baş verənlərlə bağlı “Radio Free Europe” yazır ki, bu hücumların azı ikisində ortamənzilli ballistik raketlərin debütü Tehranın əzəli düşməni İsrailə xəbərdarlığı sayılır. Qəzza zolağında müharibə İranla İsrail arasında gərginliyi artırıb. İranın çoxsaylı proksi qrupları və tərəfdaşları Fələstinə, HƏMAS radikal qruplaşmasına dəstək məqsədilə İsraillə qarşıdurmaya girib.  İran İsrailə qarşı ekstremist qrupların, hətta dövlət aktorlarının daxil olduğu “müqavimət oxu”nu dəstəkləyir. Bu qrupdakıların çoxunda İran raketləri var. Amma ekspertlərin fikrincə, Tehranın İsrail ətrafında “alov halqası” yaratmasına baxmayaraq, özü oraya birbaşa girməyə üstünlük vermir. Amma bu halqanın kənarında əyləşmək də Tehrana bəzi problemlər yaradıb. Almaniya Beynəlxalq və Təhlükəsizlik Məsələləri İnstitutunun əməkdaşı Həmidrza Əzizi bununla bağlı qeyd edir: “Müqavimət oxu” adlanan qrupun üzvlərinin regionda daha aqressiv hərəkətlərə keçdiyi bir vaxtda İranın yoxluğu Tehranın nüfuzuna böyük zərbə vura bilər. Digər tərəfdən, çəkindirmə nəzəriyyəsi çərçivəsində İslam respublikası hakimiyyəti inanır ki, İrana təhdidlərə cavab verilməsə, bu, daha böyük münaqişəyə səbəb olar”. Ekspertlər SEPAH-ın ötən həftəki raket və dron zərbələrinin arxasında bu səbəbi göstərirlər. Yəni İran güclənən atəş qüvvəsindən düşmənlərinə - potensial olaraq İsrailə qarşı istifadə edə bilər. İran İsraili vurmağa qadir “Xeybər Şekan”ballistik raketləri ilə yanvarın 15-də Suriyanın şimal-qərbində “İslam Dövləti” (İŞİD) və digər ekstremist qrupların bazalarına hücum edib. Elə həmin gecə İraqın yarımuxtar Kürdüstan Regionunda “Xeybər Şekan” raketləri və dronlar ilə İsrailin idarə etdiyi iddia olunan “casus” qərargahlarına zərbə endirilib. Kürdüstan Regionunun Təhlükəsizlik Şurası İranın iddiasını rədd edib. Bundan bir gün sonra SEPAH-ın raket və dronları Pakistanda İran terrorçu qrupunu hədəfə alıb.  Pakistan və İraq ərazilərinə zərbələri pisləyib, İslamabad İran ərazisində gizləndiyini dediyi separatçı qruplara cavab zərbəsi endirib.

Vaşinqtonda yerləşən Demokratiyaların Müdafiəsi Fondunun aparıcı əməkdaşı Behnam Ben Taleblu deyir ki, İranın İsraillə birbaşa qarşıdurmasının risqi daha böyük ola bilər: “İsrailə açıq şəkildə, silahla hücum etməmək o demək deyil ki, İslam respublikası yəhudi dövlətini dolayısı yolla, proksiləri ilə vurmağın yolunu tapmayıb”. Təhlilçinin fikrincə, indilik, nə qədər ki sərhəd boyunca təhlükəli böhran yaranmayıb, İranın birbaşa iştirakı məhdud olacaq. İndilikdə isə İsrail Qəzzada Fələstinin HƏMAS qruplaşması ilə döyüşür və eyni zamanda Livanda İranın dəstəklədiyi “Hizbullah”ın hücum zərbələrinə cavab verir. Eyni vaxtda İranın İraq və Suriyada dəstəklədiyi qruplar ABŞ qüvvələrini hədəf alır, ABŞ və Böyük Britaniya isə Yəməndə gəmilərə hücum edən İranın dəstəklədiyi husiləri vurur. Tehran daha geniş İsrail-Qəzza münaqişəsinə qarışmaq istəmədiyini bəyan etsə də, İsraili və müttəfiqlərini dəstəklədiyi qruplar vasitəsilə hədəf alıb. Məsələ ilə bağlı  britaniyalı ekspert Şaşank Coşi qeyd edir: “Qəzəbli İran əzələlərini gərməkdədir. İrana qarşı ağır hücum (yanvarın 3-də Kirmanda general Qasım Süleymaninin anım mərasimi zamanı baş vermiş iki partlayış) 1979-cu il inqilabından sonra İranda baş vermiş “ən pis terror hücumu” kimi qiymətləndirilir, İran buna görə yaralıdır və hücum edir”. Amma o vurğulayır ki, İsrailin buna sərt cavabı İranla birbaşa müharibəni tətikləyə bilər. Bu halda prosesə ABŞ da müdaxilə edəcək. Yaxın Şərq Araşdırmaları Mərkəzinin icraçı direktoru İqor Semivolos isə bildirir: “Qırmızı dənizdə “Rifah Keşikçisi” hərbi əməliyyatı Tehranda növbəti hərbi hədəfin İranın özünün ola biləcəyindən ehtiyatlanmasına səbəb olur. Tamamilə mümkündür ki, iranlılar koalisiyanın hərəkətlərinə cavab vermək planlarında regionda hərbi mövcudluğunun artırılmasını, bəlkə də Hörmüz boğazının bağlanması kimi daha cəsarətli addımlar atmağı nəzərdə tutublar. İndi bu inanılmaz səslənir, xüsusən də İran və Pakistan arasında bu yaxınlarda eyni körfəzdə birgə hərbi təlimlərin keçirilməsi fonunda. Lakin Qırmızı dənizdəki vəziyyəti nəzərə alsaq, bu, artıq çox fantastik görünmür. Ona görə də bu versiya mümkündür. Əsas rəqibləri - ABŞ və İsrailin separatçı hərəkatlardan istifadə etməsindən qorunmaq üçün Tehran onların bazalarına xəbərdarlıq, qabaqlayıcı zərbələr endirir. Bu versiyanın nə qədər effektiv olduğunu gələcək göstərəcək. Axı bu, təbii ki, iranlıları emosiyalarla deyil, ayıq hesablamalarla rəhbər tutmaq şərti ilə həyata keçirilir. Emosialar artsa, vəziyyət ən pis ssenari üzrə, nəzarətsiz eskalasiya şəklində inkişaf edə bilər”.

Tahir TAĞIYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031