Misir mediası 20 Yanvar faciəsindən yazır
Misir Ərəb Respublikasının bir çox aparıcı kütləvi informasiya vasitələrində Azərbaycanın Misirdəki səfiri Elxan Poluxovun "Qara yanvar - Azərbaycanın müstəqillik tarixinin unudulmaz səhifəsi" sərlövhəli məqaləsi dərc olunub.
Məqalədə 34 il əvvəl - 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda istiqlal hərəkatını boğmaq üçün paytaxt Bakıya yeridilməsi və dinc əhaliyə qarşı misli görünməmiş amansızlıqla törətdiyi qırğın nəticəsində aralarında qocalar, qadınlar, uşaqlar və hətta tibb işçiləri olan 133 nəfərin həlak olması, 700-dən çox insanın yaralanması haqqında məlumat verilir, bu hadisənin müasir Azərbaycan tarixinə “Qara Yanvar” kimi daxil olduğu qeyd edilir.
Yazıda faciəvi hadisələrdən dərhal sonra Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı Daimi nümayəndəliyində mətbuat konfransı keçirərək bu vəhşiliyi kəskin şəkildə pisləməsi, xalqımıza qarşı törədilmiş qırğına siyasi qiymət verilməsini və günahkarların cəzalandırılmasını tələb etməsi öz əksini tapıb. Səfir bu hadisənin Azərbaycan xalqının azadlıq mübarizəsini dayandıra bilmədiyini və nəticədə 1991-ci il oktyabrın 18-də ölkənin öz müstəqilliyini bərpa etdiyini vurğulayıb.
Mətləb