"Ali təhsil haqqında" qanun layihəsi yenidən dövlət qurumlarına göndəriləcək" - Komitə sədri
Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev komitənin yanvarın 22-də keçirilən iclasında bildirib ki, “Ali təhsil haqqında” qanun layihəsi irəli sürülən yeni təkliflərlə birgə müvafiq qurumlara göndəriləcək.
O bildirib ki, layihə ötən il komitə üzvlərinə paylanılmışdı: “Qanun layihəsi müzakirələrdən sonra rəy və təkliflərin verilməsi üçün müvafiq icra hakimiyyətlərinə göndərilmişdi. Bundan sonra xeyli sayda təkliflər gəldi və hamısı nəzərə alınıb. Bununla yanaşı yenə də təkliflər daxil olub. Belə qərara gəlindi ki, yeni təkliflər razılaşdırılması və rəy verilməsi üçün müvafiq qurumlara göndərilsin. Hesab edirəm ki, artıq yaz sessiyasında təklif və rəyləri yekunlaşdırıb “Ali təhsil haqqında” qanun layihəsini birinci oxunuşda müzakirəyə çıxara biləcəyik”.
Mətləb Salahov