56 milyon dollarlıq Rusiya- Türkiyə məhkəmə davası başlayıb....
Türkiyədə ilk AES tikən " Akkuyu nuklear" şirkəti Rusiyanın " Rosatom" şirkətinə məxsus " Atomstroyeksport" dan əvvəllər avans olaraq ödənmiş 56 milyon dolların geri ödənilməsini tələb edir.Arbitraj məhkəməsi artıq qərar çıxarıb və qərara görə " Atomstroyeksport" avansı dollarla qaytarmalıdır.
Mübahisə necə yaranıb?
2020 ci ilin sonlarında " Akkuyunuklear" AES sifarişçi tərəfi olaraq ilk podratçı kimi seçilmiş " Rosatom"un " Atomstroyeksport şirkəti ilə müqavilədən imtina etdi və ödənilmiş 56 milyon dollar avansın geri qaytarılmasını istədi." Atomstroyeksport" dərhal avansı 2021- ci ildə ödədi, lakin pulun ödənildiyi 2013- cü ilin valyuta kursuna uyğun olaraq rus rublu ilə qaytardı. Təbii ki, bu Türkiyə üçün qəbuledilməz sayıldı və məhkəməyə müraciət olundu .Məhkəmə avansın 2013- cü il kursuna uyğun dollarla qaytarılmasını qət etdi.Qətnaməyə görə Türkiyəyə əvvəl qaytardığı 3.2 milyard rubldan əlavə 2.3 milyard rublu da dollar hesabında qaytarmalıdır.
Bu anda gözlənilmədən Rusiyanın baş prokurorluğu prosesə müdaxilə etdi və etiraz etdi ki, Rusiyanın dövlət büdcə vəsaiti xarici rezidentin hesabına qaytarıla bilməz, çünki bu ictimai mənafelərə dəxli olan məsələdir. Beləcə, oxşayır ki, uzun bir maliyyə çəkilməsinin əsası qoyulur. Mübahisə siyasiləşə bilərmi?
Bunu gələcək göstər..
Namiq Quliyev