Madonna məhkəmə qarşısında! - İngilis nəşrindən İDDİA
"The Guardian" nəşri maraqlı məlumat yayıb. Məlumatda deyilir ki, Amerikalı müğənni Madonnanın iki pərəstişkarı sənətçini məhkəməyə verib.
Sənətçinin Maykl Follovs və Conatan Hadden adlı pərəstişkarları dekabrın 13-də "Barclays Center"də Madonnanın şousunda iştirak ediblər. Onlar ulduzun Nyu-Yorkdakı konsertinə çox gec başlamasından şikayətləniblər. Konsertin saat 20.30-da başlaması nəzərdə tutulsa da, müğənni yalnız 22.30-dan sonra səhnəyə çıxıb.
Bu baxımdan şou gecikib və gecə saat ikidə bitib. Tamaşaçılar ictimai nəqliyyat problemi ilə üzləşdikləri üçün xərclərini artırmalı olub. Onlar müğənnini, konsert məkanın, tur promouterini ədalətsiz, yalançı və reklamdan qeyri-məqbul istifadə etməkdə ittiham ediblər.
Mətləb