ABŞ səfiri Azərbaycana başsağlığı verib
ABŞ-nin Azərbaycandakı səfiri Mark Libbi (Mark Libby) 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar Azərbaycana başsağlığı verib. Bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.
"Bu gün biz Qara Yanvar faciəsində həlak olanların xatirəsini ehtiramla yad edirik. Bu faciəli gündə yaxınlarını itirənlərin ailə üzvlərinə və dostlarına dərin hüznlə başsağlığı veririk", - səfir bildirib.
Mətləb Salahov