KÖHNƏ VERSİYA            

Şəhidlər Xiyabınının yerini təklif edən professor Nəriman Əliyev - FOTO

Image

“Tarixi yaddaşsızlıq və unutqanlıq xalqımıza baha başa gələ bilər. Azərbaycanlılara qarşı zaman-zaman törədilən bu ağır cinayətləri unutmamaq, böyüyən nəsli bədxah qüvvələrin məkrli keyfiyyətlərinə qarşı ayıq-sayıqlıq ruhunda tərbiyə etmək mühüm vəzifədir”.

Ümummilli Lider Heydər Əliyev  

34 il bundan əvvəl 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, o dəhşətli faciə törədilən şənbə gecəsi, 26 minlik sovet ordusunun Bakıya gözlənilmədən hücum etməsindən, sakit şəraitdə nümayiş keçirən mülki şəxslərə görünməmiş divan tutulmasından, sovet ittifaqının rəhbəri Mixail Qorbaçovun Bakıda fövqəladə vəziyyət elan edilməsi barədə fərmanına əsasən Azərbaycanda müstəqillik uğrunda mübarizə aparan yüzlərlə insanın şəhid olmasından, yaralanmasından danışan tarixi gecə. Unudulmayan tariximizin qanla yazılan səhifəsi. 170 şəhidimizin öz qanlarıyla yazdığı tarix. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycanın azadlığı, müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq, şərəf səhifəsi kimi daxil olmuşdur. Azərbaycan xalqı uzun tarixi bir yol keçmiş, müəyyən dövrlərdə zülmə, haqsızlıqla üzləşmiş, düşmənin həmlələrini dəf etmiş, çətinliklərə sinə gərmişdir. Əzab-əziyyətlər, məşəqqətlər xalqımızı soy-kökündən, adət-ənənəsindən uzaqlaşdırmamış, əksinə daha birləşdirmiş, mübariz etmişdir. 

1990-cı ilin 19-dan 20-nə keçən yanvar gecəsini belə xatırlayırıq. Sovet hərbi birləşmələrinin tankları Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzib keçir, gözünü qan tutmuş əsgərlər hər tərəfi aramsız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta öz mənzillərində də güllələrə tuş gəlirdilər. Maşınlar, avtobuslar, binalar və müxtəlif müəssisələr atəşə tutulurdu. Hər yer od-alov içində idi. Qan su yerinə axırdı. Atəş səsləri hər yeri bürümüşdü. Sovet hərbçiləri qarşılarına çıxan hər kəsi gülləliyirdilər. Silahsız, günahsız, dinc əhaliyə əl qaldırmaq onlar üçün çox xoş və ürəkaçan idi. Yaralıları aparmağa gələn təcili tibbi yardım maşınlarına və tibb işçilərinə də aman vermir, qoca, uşaq demədən atəş açırdılar. Öldürülənlərdən ən kiçikləri 13 yaşlı məktəbli İlqar İbrahimov, Larisə Məmmədova, ən yaşlısı isə 75 yaşlı Sürəyya Babayeva idi. Faciə zamanı xeyli sayda insan itkin düşdü, əlil oldu, övladlarını, valideynlərini itirənlər - yetim qalanlar da az olmadı. Keçmiş sovet ordusunun əsgərləri əsl vəhşi, amansız qatil idilər. Saysız-hesabsız insanlar rus ordu cəlladlarının qurbanı oldu, onların bir məqsədi var idi - Azərbaycan xalqının inamını qıraraq azadlıq ideyalarını məhv etmək, şəhəri də yandırıb külə döndərmək. 

Azərbaycan Respublikasının əməkdar memarı, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, “Qızıl Qələm” mükafatçısı, mərhum Nəriman Əşrəf oğlu Əliyev o gecənin vəhşətindən qurtulub, qəhrəmana çevrilən əvəzsiz insanlardan biridir. 20 Yanvar şəhidlərinin Dağüstü parkda dəfn olunmasını təklif edən şəxs olaraq Nəriman müəllimə çox şey borcluyuq…

Nəriman Əliyev o dəhşətli günü belə xatırlayır: 

O gecə atam Əşrəf müəllimin “əlinin yox, ağlının gücünə inan” tövsiyəsi məni soyuqqanlı olmağa, ətraflı düşünüb, təmkinlə hərəkət etməyə vadar etdi. Əlbəttə, elimin birliyinə də inanırdım. El bir olmasaydı, heç nə etmək olmazdı. Bir anlıq ürəyimdən bir fəryad qopmaq istəyirdi. 

İnsanların üzündəki məsumluğu gördüm. Onlar “kömək” deyə fəryad etməyə belə qorxurdular. Onları qınamaq da olmazdı, haqlı idilər. Bəli, dəhşətli bir ordunun törətdikləri göz qabağına idi. Daha nə etmək olardı? Kiçik bir səhv, yeni bir faciə olardı, bizi də qırardılar. 

Hamı dərd içində idi. Bilmirdilər kimə qulaq assınlar. Hərə bir göstəriş verirdi. Şəhidləri dəfn etmək yaddan çıxmışdı. Elələri var idi ki, xəstəxanaların meyitxanasından şəhid olan öz yaxınlarını, doğmalarını gizli yolla öz məzarlıqlarında torpağa tapşırmaq istəyirdi. Sual olunurdu: “Bu qədər şəhidi bəs harada dəfn edək?”. “Hərə öz məzarlığında dəfn etsin” deyənlər, belə düşünənlər də vardı. Bəziləri “İliç”, bəziləri “Səməd Vurğun” bağında dəfn etmək istəyirdilər. Onu qeyd etmək istəyirəm ki, şəhidlərin dəfn olunmasını mən təklif etmişəm. İndi hamımız, hətta xarici qonaqların da böyük izdihamla və ehtiramla yad edib andığımız indiki Şəhidlər Xiyabanının Dağüstü parkda salınması üçün çox əziyyətlərdən keçmişik. 

Dəfn komissiyasının şəhidlərin hansı məkanda dəfn olunması ilə bağlı fikirlərinə mən öz təkliflərimi bildirdim ki, Dağüstü parkı məsləhət bilirəm. Ona görə ki, onlar - bu şəhid olanlar ölkənin, vətənin ərazi bütövlüyü uğrunda canlarını qurban veriblər. 

“Mən bu gün təşəkkür edirəm o Azərbaycan vətəndaşlarına, o şəxslərə ki, o şəhidlərin qəbirlərinin yerini çox düzgün seçiblər və onları Dağüstü parkda basdırıblar. Çünki burada da müəyyən qədər keçmiş xəyanətə qarşı öz münasibətlərini bildiriblər”. Ulu Öndər Heydər Əliyevin bu kəlamları 20 Yanvar şəhidlərinə xalq tərəfindən verilən hörmət və ehtiramın göstəricisidir. 

Həmin anlarda isə mənim təklifimi bəyəndilər. Amma orada S.M.Kirovun heykəli olduğunu vurğuladılar. Mən isə “Bu qədər şəhidimiz var, bir qəsbkarın heykəlin uçurtmaq nədir ki?!”. Bilirsinizmi, 1918-ci ilin şəhidləri də vaxtiykən orada dəfn olunub. Onların da ruhunu birgə yad edib, dualar edərik. Mənimlə razılaşdılar. 

Ora memarlıq baxımından yararlıdır, yəni şəhərin ən yüksək yerində yerləşir. Orada lay suları yoxdur, dəfn üçün əlverişli məkandır. Həm də mən bununla öz vətəndaşlıq borcumu yerinə yetirmək istəyirəm.

1918-ci ildə erməni-bolşevik birləşmələrinin vəhşilik törətməsi zamanı həyatlarını itirən günahsız adamlar burada basdırılıblar. Sonra ağır texnikalarla bu şəhid məzarlığını yerlə-yeksan edərək üstündə park salıblar. Çəmbərəkənd ərazisindəki məzarları Yasamala köçürüblər ki, xalq bu qanlı tarixi unutsun. İndi bu tarix təkrarlanır, çünki düşmən çox güclüdür. Biz bu faciələri, vəhşəti heç vaxt unutmamalı, olanlardan, başımıza gələn faciələrdən nəticə çıxarmalıyıq. 

Şəhidləri dəfn üçün ilkin qazılan məzarları azyaşlı Bakı kəndlərinin uşaqları, Nəriman müəllimin təklifini eşidən hər kəs yekdilliklə Dağüstü parka yollandılar. Yavaş-yavaş orada məzarlar qazmağa başladıq. Hər an qorxulu idi. Bir gündə 22 qəbir qazmışdıq. Gözümə sataşan savadlı uşaqlardan dəvət etdim ki, qanuniləşdirmək lazımdır, çünki torpaq üzərində iş görərkən mütləq icazə vərəqəsi olmalıdır. Mütləq “Dəfn Komissiyası” yaradılmalıdır. Sonralar öyrəndim ki, institutda fizika müəllimi işləyən Azər Nəbiyev dedi ki, mən torpaq işi bacarmıram. “Dəfn Komissiyası”nın siyahısını tutum, sonra bərpaçı baş idarəsinin elçisi Göyüşov qəbir qazmaq üçün bəzi alətlər gətirdi, onu da Azər müəllim siyahıya saldı. Qəbirlər qazıldıqca kömək edənlər də çoxalırdı. 5 (beş) nəfərlik siyahı tutduq, sonra Qüdrət.Ə. gəlib siyahıya daxil oldu. İlkin siyahını A.Nəbiyev hazırlamasına baxmayaraq, sonra Qüdrət müəllim “Dəfn Komissiyası”nın siyahısını tutdu və özünü sədr, Azəri, məni, Göyüşovu komissiya üzvləri elan etdilər. Ali sovetdən icazə vərəqəsi almaq üçün komissiyanın üzvləri A.Nəbiyev və Qüdrət müəllim əliboş qayıdıb gəldilər ki, bu məsələyə baxılmadı. 

Bir çox çətinliklə də olsa “icazə vərəqi” ala bilmədik. Lakin bizim təşəbbüs qrupunu bəyənənlər də oldu. Ali soveti tənqid edənlər də oldu. Xalq şairi Bəxtiyar Vahabzadə, yazıçı İsmayıl Şıxlı, Nəcəf Nəcəfov etiraz etdilər ki, bu məsələyə bir də baxılsın. Ali sovet bu məsələyə baxılması təklifini rədd etdi. İclası yekunlaşdırdıqdan sonra bayıra çıxmaq istədikdə N.Nəcəfov yalvardı ki, bu məsələyə baxın, yoxsa mənim meyitimin üstündə addayıb keçərsiz. Onsuz da biz qəbirlərin qazılmasını davam etdirdik. Nəhayət məzarlığın salınmasına nail olduq. O gün bütün şəhər şəhidləri məscidlərdən, xəstəxanalardan gətirib xalqın birliyi ilə dəfn etdik, bütün xalq ağlayırdı… Bakı kəndlərindən şəhidlərə ehsan olaraq qərənfillər gətirirdilər. Bütün şəhər şəhidləri yola salırdı, evlərin balkonlarından qərənfillər atırdılar, sonra dəfnin 2-3-cü günləri göydən vertolyotlarla qərənfil səpirdilər. İlk dəfə “Şəhidlər Xiyabanı” sözünü qərənfillərlə yazdılar cavan uşaqlar. O uşaqlar, cavanlar ki, onlar 1-ci gün məzarları qazdılar və qəbirlərdə gizlənmişdilər. Mən onları aparıb oteldə yerləşdirdim, bəzilərini məcburi evlərinə yola saldım ki, valideynləri narahat qalmasın. Beləliklə, biz hər kəsin fəxrlə ziyarət etdiyi bugünkü Şəhidlər Xiyabanının bünövrəsini qoyduq. Məkanları behişt olsun. Sonda “hər Şəhidlər Xiyabanına getdiyimiz zaman məni də xatırlayarsınız”, - dedi Nəriman müəllim. 

O müdhiş gecədən bizi 34 illik bir zaman məsafəsi ayırır. 20 Yanvar faciəsi xalqımızın unudulmaz tarixinə çevrilib. İndi dünyanın bir çox ölkəsindən gələn əcnəbi qonaqlar Şəhidlər Xiyabanını fəxrlə ziyarət edirlər. Milli qürur və qəhrəmanlıq tariximizi neçə illər keçsə belə unutmamalıyıq və unutmayacağıq da!

Nəriman müəllimin əvəzsiz xidmətinə görə 20 Yanvar şəhidlərini heç şübhəsiz hər bir azərbaycanlı daim anacaq və xatırlayacaqdır. 

Allah cəmi şəhidlərimizə rəhmət eləsin, qəbirləri nurla dolsun.

Mehriban ƏMRULLAYEVA








VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031