"Qanlı Yanvar" adlı sərgi açıldı
20 Yanvar faciəsinin 34-cü ildönümü münasibətilə, ölkəmizin hər yerində olduğu kimi, dağlar diyarı Yardımlının təşkilat, idarə, təhsil və mədəniyyət ocaqlarında da tədbirlər keçirilir, şəhidlərin xatirəsi ehtiramla anılır.
Rayonun Heydər Əliyev Mərkəzində isə xalqımızın qan yaddaşına dönən bu faciəni özündə əks edən "Qanlı Yanvar" adlı sərgi təşkil olunub.
Sərgidə faciə qurbanlarının fotoları, şagirdlərin mövzu ilə bağlı əl işləri, həmçinin vətənpərvərlik mövzusunda olan kitablar da yer alıb.
Qeyd edək ki, sərgi yanvarın 22-dək davam edəcək.
Zəfər ORUCOĞLU
Azərbaycan Jurnalistlər Birliyinin üzvü