KÖHNƏ VERSİYA            

Turizm Azərbaycana pul qazandırsa da, ciddi problemlər var...

Image

Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2023-cü ildə Azərbaycana dünyanın 187 ölkəsindən 2 milyon 86 min nəfər və ya əvvəlki illə müqayisədə 30,2 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

2022-ci ildə Azərbaycana səfər edənlərin sayı 1 milyon 602 min nəfər idi. Beləliklə, ötən il Azərbaycana gələnlərin sayı bir il öncə ilə müqayisədə 484 min nəfər artıb.

2022-ci illə müqayisədə Çindən, Cənubi Koreyadan, Türkmənistandan, Hindistandandan, Qazaxıstandan və digərölkələriən gələnlərin sayı əhəmiyyətli dərəcədə artıb. Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 71,4 faizi hava, 27,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə edib. Ötən il ölkəmizə gələnlərin sayında artım da olsa, turist sayı hələ də pandemiyadan öncəki səviyyəyə çatmayıb. Məsələn, 2019-cu ildə Azərbaycana səfər edən turistlərin sayı 3 milyon nəfəri aşırdı. Bu baxımdan, ötən il Azərbaycana sgələnlərin sayı pandemiyadan öncəki illə müqayisədə 34 faiz az olub. Laki onu da qeyd edək ki, koronavirus pandemiyası başlayandan - 2020-ci ildən bəri artıq dörd ildir ki, Azərbaycanın quru sərhədləri bağlı qalır. Rəsmi qərarda bu tibbi səbəblərlə izah edilir. Quru sərhədlərinin bağlı qalması ölkəyə gələn turistlər arasında hava nəqliyyatından yararlananların payını artırıb. Yuxarıda qeyd olunduğu kimi, ötən il Azərbaycana gələnlərin 71.4 faizi hava nəqliyyatından istifadə edib. Pandmeiyadan öncə bu göstərici 40.5 faiz idi. Azərbaycana gələnləri bölgələr üzrə gözdən keçirəndə bəlli olur ki, onların 40 faizi MDB ölkələrinin, 17 faizi körfəz ölkələrinin, beş faizi də Avropa İttifaqı ölkələrinin payına düşüb. Cari ildə ölkəmizə gələn turistlərin sayında daha böyük artım gözlənilir. Xatırladaq ki, bu il ölkəmizdə “Formula 1”, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası, yəni COP29 keçiriləcək. Bunlar turizmə təkan verən tədbirlərdir. Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədrinin müşaviri Müzəffər Ağakərimov qeyd edi rki, Azərbaycan yaxın gələcəkdə bütün Qafqazda turizm sahəsi üzrə ilk yeri tutacaq. Onun sözlərinə görə, bunun üçün əsas var: “Azərbaycan əhalinin sayına, heç bir bloka qoşulmadığına, sabitliyinə, qonaqpərvərliyinə, mətbəxinə və digər amillərə görə bütün dünyada turistləri cəlb edir. Əvvəlki illərdə Azərbaycanda müxtəlif beynəlxalq tədbirlər keçirilən zaman qonaqlar verdikləri müsahibələrində əsasən Azərbaycan xalqının qonaqpərvərliyi, mətbəxi, təbiətimizin onları valeh etdiyini deyiblər. Gələn hər qonaq özü ilə sonradan çoxlu qonaq gətirir".

Bununla belə hesab edilir ki, quru sərhədlərimiz açılsa, Azərbaycan turizmdən daha çox gəlir əldə edə bilər. Sərhədlərin açılması ölkə turizmi üçün vacib bir məsələdir. Turistlərin əksəriyyəti qonşu ölkələrdən quru yollarla ölkəmizə gəlməyə üstünlük verirlər. Sərhədaşırı turizm vasitəsilə turistlər yaxın bir ölkədən Azərbaycana oradan da Gürcüstana səfər etməyi planlayırlar. Eyni şəkildə Gürcüstana gəlmək istəyən turistlər sonradan Azərbaycana üz tuturlar. Bəzi turistlər şəxsi maşını ilə yaxın ölkələrə səfər etməyə üstünlük verirlər. Heab olunur ki, quru sərhədlər açılandan sonra ölkəmizdə turistlərin sayı artacaq.  Ölkə turizm sahəsinin inkişafını prioritet elan edib. Ona görə də bu bəyanata paralel olaraq, quru sərhədlərin bağlı qalması məqsədə çatmağa xələl gətirir. Bundan başqa, hələ də Azərbaycana gələn turistlərin böyük əksəriyyəti yalnız Bakıda qalmağa üstünlük verir. Bölgələr xarici turist cəlb etməkdə paytaxt hotellərinə yenə də uduzurlar. Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqətdən kənarda qalmamalıdır. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Nəticədə, bölgələrin böyük turizm potensialından tam istifadə olunmur. Xüsusən də işğaldan azad edilmiş ərazilərdə bu məqama daha çox diqqət olunması vacib sayılır. Bunlara paralel olaraq, Azərbaycanda turizm polisinin yaradılması təklif olunur. Sözügedən təklifi Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının təşkilatçılığı ilə “Turizm sənaye subyektlərinin ilin yekunları və COP29 ərəfəsində çağırışlar” forumunda Azərbaycan Turizm Bloqerləri Assosiasiyasının İdarə Heyətinin üzvü Mirsəməd Cəfərli verib. O “bizimmedia”ya bildirib ki, turizm polisi Daxili İşlər Nazirliyinin tərkibində yaradılan xüsusi qurumdur:  “Xarici təcrübədə belədir ki, orada işləyən əməkdaşların əksəriyyəti turistlərin təhlükəsizliyini qoruyurlar. Bir çox ölkələrdə bu praktika var. Hətta qonşu Gürcüstanda, Rusiyada, həmçinin Özbəkistanda, Malayziya və Tailandda turizm polisi fəaliyyət göstərir. Bu polislər 2-3 xarici dil bilməlidirlər. Hansısa restoran, istirahət mərkəzində anlaşmazlıq olanda, turist bilmir ki, kimə müraciət etsin. Buna görə də, turizm polisləri dil bilməlidirlər ki, xarici qonaqları başa düşə bilsinlər”. Assosiasiya rəsmisinin sözlərinə görə, çox vaxt turistləri marketlərdə, yeməkxanalarda, taksi xidmətində qiyməti yüksək deyərək aldadırlar və bu işi güc strukturları araşdırır: “Lakin turistlər üçün ayrıca polis fəaliyyət göstərsə, bu, daha sistemli olar. Onlar həm də gülərüz, mehriban və ölkəmizi layiqincə təmsil etməyi bacarmalıdırlar. Yəqin ki, Daxili İşlər Nazirliyində də bu cür polislər çoxdur. Təbii ki, turizm polisini Daxili İşlər Nazirliyi seçməlidir. Onu da qeyd edim ki, xarici ölkələrdə turizm polisinə maaş daha artıq verilir. Ona görə ki, onlar bir neçə dil bilirlər”.

Samirə SƏFƏROVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031