KÖHNƏ VERSİYA            

İran-Pakistan döyüşü: Niyə alovlanıb və nə vaxt bitəcək?

Image

Son günlər İran İslam Respublikası ilə Pakistan İslam Respublikası arasında ciddi hərbi-siyasi gərginlik yaşanır.

Qeyd edək ki, yanvarın 16-da İran İslam İnqılabı Keşikçilər Korpusu Pakistanın cənub-şərq ərazilərinə raket hücumları edib. İran KİV-ləri xəbər verir ki, SEPAH əsasən İran sərhədinə yaxın olan və ölkəyə sızmağa cəhd edən “Ceyş əl-Ədl” terror təşkilatının mövqelərinə zərbələr endirib. 

Əlbəttə ki, SEPAH-ın hücumları Pakistan İslam Respublikası tərəfindən qəzəblə qarşılandı və rəsmi İslamabad açıq şəkildə bəyan etdi ki, Tehranın bu hərəkəti Pakistanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlikdir. 

İraqdan fərqli olaraq Pakistan buna qarşı cavab olaraq İranın Bəlucistan və Sistan əyalətində Bəlucistan Azadlıq Ordusu və Bəluc Azadlıq Cəbhəsinin mövqelərinə raket zərbərləri endirib. Bundan sonra rəsmi İslamabad bir daha Tehrana xəbərdarlıq etdi ki, İran növbəti dəfə Pakistanın suveren hüquqlarını pozmağa cəhd edərsə, Pakistan daha da ciddi adevkat addımlar atacaq.  Hər iki ölkə bir-birini təhlükəsizliyinə təhdid edən terror təşkilatlarını himayə etməkdə ittiham edirlər.

Kimdir bu “Ceyş əl-Ədl” və Bəlucistan Azadlıq Ordusu? İranın cənub-şərq ərazilərində, əsasəndə Bəlucistan və Sistan əyalətində fəaliyyət göstərən “Ceyş əl-Ədl” sünni təriqətinə mənsub və separatçı bəluclardan ibarət olan hərbi qruplaşmadır. Tehranın terror təşkilatları siyahısına daxil edilən “Ceyş əl-Ədl” 2012-ci ildə tərkisilah olunmuş radikal sünni silahlı qruplaşma olan  “Cundullah” -ın üzvləri tərəfindən əsası qoyulub. Bu qruplaşmanın rəhbərləri açıq-aşkar bəyan edirlər ki, onlar müstəqil Bəlucistan dövləti və bəlucların azadlığı uğrunda mübarizə aparırlar. Bundan başqa, silahlı qruplaşmanın İranda sünni bəluc separatçılarından ibarət olan “Ənsurullah əl-Furqan” ilə müəyyən təmasları var. 

2012-ci ildən bu yana həm “Ceyş əl-Ədl”, həm də “Ənsurullah əl-Furqan” İranda polis və təhlükəsizlik qüvvələrinə, milli ordunun və SEPAH-ın heyətinə və postlarına saysız-hesabsız terror hücumları təşkil edib. İran İslam Respublikasının kəşfiyyat orqanlarının, o cümlədən SEPAH-ın təhlükəsizlik konsepsiyasında “Ceyş əl-Ədl” və “Ənsurullah əl-Furqan” -na qarşı mübarizə və bu terror təşkilatların aradan qaldırılması əsas prioritetlərdən biri hesab olunur. 

Bəlucistan Azadlıq Ordusu, eləcə də Bəluc Azadlıq Cəbhəsinə gəlincə, hər iki silahlı qruplaşmanın hədəfində əsasən Pakistan durur. 2000-ci ildə əsası qoyulan Bəlucistan Azadlıq Ordusu, 2004-ci ildə yenidən bərpa olunan Bəluc Azadlıq Cəbhəsi Pakistanın Bəlucistan əyalətində etnik bəluclar arasında separatçılığı təbliğ edir və Pakistanın Silahlı Qüvvələrinə terror hücumları təşkil edib, eyni zamanda ölkədə bir sıra dövlət qurumları və təhsil müəssisələrində terror aktları törədib. Məhz buna görə də hər iki silahlı qruplaşma Pakistan tərəfindən terror təşkilatı elan edilib. 

İrandakı “Ceyş əl-Ədl” və “Ənrullah əl-Furqan” kimi Bəlucistan Azadlıq Ordusu və Bəluc Azadlıq Cəbhəsi də müstəqil Bəlucistan dövlət uğrunda mübarizə apardıqlarını bəyan edirlər. Onu da əlavə edim ki, Bəluc Azadlıq Cəbhəsi, həmçinin İranın Sistan və Bəlucistan əyalətində separatçılığa dəstək göstərir. Bəluc problemi hər iki ölkə üçün ciddi problemə çevrilib “Ceyş əl-Ədl”, “Ənrullah əl-Furqan”, Bəlucistan Azadlıq Ordusu və Bəluc Azadlıq Cəbhəsi – bütün bu təşkilatların hədəfləri ümumi bir nöqtəyə toxunduğundan, bəluc separatizmin həm Pakistan, həm də İran üçün ciddi problemə çevrildiyini görürük. Pakistan və İranın cənub-şərq ərazilərində etnik bəluclar kompakt şəkildə məskunlaşıblar. 

Son statistik rəqəmlərə görə, Pakistanda 6.86 milyon, İranda 2 milyon və Əfqanıstanda isə 500 – 600 min arası bəluc yaşayır. Onu da nəzərə alaq ki, Pakistanda və İranda bəlucların məskunlaşdığı ərazilər ən kasıb, yoxsul, iqtisadi cəhətdən az inkişaf edən və məhsuldarlıq baxımından əlverişsiz bölgələr hesab olunur. İnsan hüquqları təşkilatlarının məlumatlarına görə, həm İranda, həm də Pakistanda etnik bəlucların siyasi, iqtisadi və mədəni hüquqları ciddi şəkildə pozulur və bəlucların hüquqları uğrunda mübarizə aparan siyasi fəallar repressiyalara məruz qalırlar. Onlar siyasi və mədəni hüquqların pozulması, yoxsulluq və kasıblığı hər iki ölkədə bəluc separatizmini alovlandıran əsas amillər hesab edirlər. İstər “soyuq müharibə”, istərsə də postmüharibə dövründə Pakistanda və İranda bəluc separatizmi ciddi, ağır fəsadlarla nəticələnib. 

İndiki dövrdə də bəluc separatçıları müxtəlif təşkilatların adı altında Pakistan və İranın ərazi bütövlüyünə, suverenliyinə və təhlükəsizliyinə ciddi təhdidlər törətməkdə davam edilər. Bu baxımdan İslamabad və Tehran separatizm və terrorizmlə bağlı eyni baxışları bölüşür. Lakin görürük ki, Pakistan və İran separatizm və terrorçuluğa qarşı birgə mübarizə aparmaq əvəzinə, bu iki məsələdə bir-birini ittiham edir. 

Tehran bəyan edir ki, Pakistan “Ceyş əl-Ədl” terror təşkilatının öz ərazisində mövqelər qurmasına və İranın daxil ərazilərinə sızmasına şərait yaradır. İslamabad isə öz növbəsində İranı öz ərazisində Bəlucistan Azadlıq Ordusu və Bəluc Azadlıq Cəbhəsinin fəaliyyət göstərməsinə şərait yaratmaqda və hər iki təşkilatı Pakistana qarşı istifadədə ittiham edir. Bu qarşılıqlı ittihamlar uzun müddət ki, davam edir. 

Xüsusi əsaslarla sübut olunmasa da, İran Pakistana, Pakistan da İrana qarşı bəluc faktorundan istifadə edə bilər. Bildiyimiz kimi, Pakistan və İran Avrasiya regionunda hərbi-siyasi və iqtisadi cəhətdən özünə məxsus potensiala malik olan güc mərkəzləridir. Xüsusilə, qeyd etmək lazımdır ki, nüvə silahına və uzaqmənzilli ballistik raketlərə malik olan Pakistanın, nüvə silahına nail olmağa çalışan İranın təhlükəsizlik strategiyasında cənub-şərqi Asiyada, xüsusilə Əfqanıstanda və Ərəb dənizində sülh, sabitlik və təhlükəsizliyin təmin olunması ilə bağlı məsələlər hər zaman xüsusi əhəmiyyət kəsb edir. Məhz bu səbəbdən vaxtaşırı Pakistan və İranın dövlət rəsmiləri arasında Əfqanıstanda, habelə Mərkəzi Asiyada vəziyyətin sabitləşməsi, təhlükələrin qarşısının alınması barədə ikitərəfli danışıqlar aparılıb. Bu baxımdan, regionun iki güclü dövləti olan Pakistan və İran bir-birinə qarşı ittihamları bir kənara qoyub bəluc separatizminə qarşı mübarizədə və terror təşkilatlarının tamamilə sıradan çıxarılmasında birgə əməkdaşlıq edə bilərlər. Təbii ki, bu, hər iki güc mərkəzinin iradəsi, istəyi və rasional siyasətindən asılı olacaq. Hər iki ölkə Çin və Rusiyanın vasitəçiliyi ilə, yaxud ikitərəfli qaydada danışıqlar aparıb bu məsələ üzrə ortaq razılaşmaya gələ bilər. Bəluc probleminin yeganə həll yolu diplomatiyadan keçir. İslamabad və Tehranın separatizm və terrorizmə qarşı birgə mübarizəsi təkcə iki ölkə arasında etimadı möhkəmləndirməyəcək, həmçinin Çin-Pakistan-İran iqtisadi koridorunun inkişafına yol açacaq. 

Yunis Abdullayev







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031