“Moskva Azərbaycan və Ermənistan arasında sülhü təşviq etməyə hazırdır” - Səfir Kopırkin
“Rusiya Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına maksimum köməklik göstərməyə hazırdır”. Bu sözləri Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkin bildirib.
“Rusiya tərəfi bu istiqamətdə çox fəal, israrlı, ardıcıl işləyib və işləməkdə davam edir. Rusiya bu prosesə maksimum köməklik göstərməyə, Ermənistan və Azərbaycan arasında həqiqətən də davamlı, ədalətli sülh yolu ilə nizamlanmaya nail olmağa köklənib”, - deyə Kopırkin bildirib.
Onun sözlərinə görə, Moskva regionda sabit sülhün olmasında maraqlıdır.
“Biz münasibətlərin normallaşması prosesini dəstəkləyirik və Rusiya hər zaman bu istiqamətdə bütün aspektlərdə işləməyə hazır olduğunu bildirib. Bu, istər sülh müqaviləsinin bağlanması, istər delimitasiyası və Ermənistanla Azərbaycan arasında sərhədin demarkasiyası, istərsə də kommunikasiyaların açılması istiqamətində olsun”, - deyə səfir vurğulayıb.
O əlavə edib ki, müvafiq üçtərəfli strukturlar yaradılıb və Rusiya bu strukturlarda fəal iştirak edir: “Rusiya bu istiqamətdə fəal işə sadiq qalıb, qalır və sadiq qalacaq. Bizim üçün bu məsələ həyati əhəmiyyət kəsb edir. Cənubi Qafqaz regionu bizim üçün çox vacib regiondur və regionun sülh şəraitində, sabit və firavan olması bizim həyati maraqlarımızdır”.
TAHİR