KÖHNƏ VERSİYA            

Bakıda qartəmizləyən texnika yerli-dibli yoxa çıxıb...

Image

Son günlər Bakıda yağan qar səbəbindən yolların, prospektlərin, səkilərin qardan təmizlənməsi, sakinlərin və şəhər nəqliyyatının rahat hərəkətinin təmin edilməsi zərurətə çevrildi. 

Lakin paytaxt sakinləri Bakının qardan təmizlənməsi prosesində bir vaxtlar xaricdən alınıb gətirilən qar təmizləyən texnikaları görmədiyini deyir. Sosial şəbəkələrdə, Telegram kanallarında yayılan videogörüntülərdən də aşkar görünür ki, qartəmizləyən texnikalar ortada yoxdur. Sakinlər deyir ki, Bakıda qarın təmizlənməsi  işində qar təmizləyən texnikalar gözə görünmür, küçələrin, prospektlərin qardan təmizlənməsinə yenə də canlı insan qüvvəsi cəlb edilib. Sakinlərin sözlərinə görə, bir neçə il bundan əvvəl qar təmizləyən texnikalar alınmışdı və paytaxtda onlara tez-tez təsadüf olunurdu. Bu gün paytaxt yollarının qardan təmizləməsi işində yenə də polislər aktivlik edir və ərazilərdəki “JEK” işçiləri prosesə cəlb ediliblər. Elə biz özümüz də son günlər küçələrdə daha çox əlində qartəmizləyən kürək tutan insanları görürük. 

Vaxtilə alınıb Bakıya gətirilən qartəmizləyən texnikalardan niyə istifadə edilmir? Bəlkə elə vaxtda istifadə edilir onu sakinlər görmür?  Qartəmizləyən texnikalar hardadır ki, yenə də xadimələr, “JEK” işçiləri yolları təmizləyir?

İlqar Hüseynli: “...Prosesdə texnikanın deyil, canlı qüvvənin iştirak etməsi, istər-istəməz, vətəndaşlarda və tədqiqatçılarda suallar doğurur” 

Ekspert İlqar Hüseynli “Bakı-Xəbər”ə bildirdi ki, ümumiyyətlə şəhər təsərrüfatının idarə olunması bütün dünyada ən prioritet məsələdir. “Təəssüflər olsun ki, Bakı şəhərinin təsərrüfat sisteminin idarə olunmasında biz bu yenilikləri, bu texnoloji dəyişiklikləri hələ də görə bilmirik. İstər yay, yaz vaxtlarında küçələrin süpürülməsi, istərsə də qışda qarın təmizlənməsi  prosesində hələ də canlı qüvvədən istifadə olunur. Əlbəttə, prosesdə texnikanın deyil, canlı qüvvənin iştirak etməsi, istər-istəməz, vətəndaşlarda və tədqiqatçılarda suallar doğurur. Onlar burada hansısa korrupsiya hallarının olmasından şübhələnirlər. Çünki alınan texnikaların görünməməsi, onunla bağlı hansısa dəyişikliyin baş verməməsi insanlarda və qurumlarda, mətbuatda belə fikirlər yaradır ki, görünür, texnikalarla bağlı ciddi korrupsiya halı mövcuddur, bu texnikalar ya alınıb silinir, ya alınmır ora ayrılan vəsait başqa yerə yönəldilir. Şübhə yaranmasına əsas verən faktorlardan biri budur. İkincisi məsuliyyərsizlik məsələsidir, üçüncüsü, yerli idarəetmə sisteminin doğru düzənə çıxmaması ilə bağlıdır. Dünyanın əksər ölkələrində böyük şəhər bələdiyyələri formalaşıb. Meriya institutu var. seçkili qurumlar var. Təəssüflər olsun ki, bu bizim şəhərdə tətbiq olunmur. Düzdür, ayrı-ayrı rayonların bələdiyyələri yaradılıb, onların fəaliyyəti isə formaldır, büdcələri, vəsaitləri yoxdur. Şəhər təsərrüfatının idarə olunmasına bələdiyyələrin çox ciddi şəkildə qatqısı olmalıdır. “JEK” və digər aidiyyəti qurumların hamısı ləğv olunub, onların səlahiyyətləri və onlara ayrılan maliyyə vəsaiti seçkili orqanlara ötürülməlidir”.

İ.Hüseynli hesab edir ki, bələdiyyələr də seçkili orqan olduğu üçün şəhər təsərrüfatının saxlanılmasında rəqabət əsaslı bir fəaliyyət qurmalıdır. “Burada problem həm də ikili idarəetmə sisteminin olması ilə bağlıdır. Bəzi hallarda insanlar bələdiyyələrdən şikayət edirlər ki, bələdiyyə öz işinin öhdəsindən gəlmir, bələdiyyə də deyir ki, bu işin və pulun əsas hissəsi “JEK”lərə verilir”. 

O vurğuladı ki, burada da ikili idarəetmə sistemi öz mənfi rolunu oynamış olur.   

Departament: “Şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz səpilməsi həyata keçirilib”

Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentindən “Bakı-Xəbər”ə “Bakı Şəhər Mənzil Kommunal Təsərrüfat Departamentinin əməkdaşları yanvar ayının 13-dən etibarən gücləndirilmiş iş rejimində keçid ediblər. Axşam saatlarından səhərə kimi yağan qarın əsas küçə, prospekt və   piyada səkilərindən, avtobus dayanacaqları və metro stansiyalarının qarşısından  təmizlənməsini aparıblar. Həmçinin, şaxtalı hava şəraitində qarın təmizlənməsi və xüsusi təyinatlı texnika vasitəsilə yollara duz səpilməsi həyata keçirilib.

Məhəllədaxili yollarda və binaların həyətlərində isə rayon mənzil kommunal təsərrüfatı birlikləri tərəfindən təmizlənmə işləri aparılmışdır. Hazırda qardan təmizlənmiş ərazilərdə təmizlik işləri aparılır, yol kənarları və digər ərazilər yuyulur”-deyə bildirildi.

İradə SARIYEVA







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031