Yanvarın pensiyaları necə ödəndi...?
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar ayının pensiya ödənişi başa çatdırılıb. Nazirlikdən NUHÇIXAN-a verilən məlumata görə, pensiyaçılar pensiyalarını plastik kartlar vasitəsilə müvafiq bankların bankomatlarından əldə edə bilərlər.
Məcburi dövlət sosial sığorta haqları hesabına müavinətlərin ödənilməsi üçün müvafiq işlər isə hazırda davam etdirilir.
Mətləb