ABŞ Səfirliyindən maraqlı paylaşım... - FOTO
Azərbaycanın “Ekoloji Təmiz Dünya naminə Həmrəylik” ili və Bakıda keçiriləcək COP29 tədbirini nəzərə alaraq, yeni təyin olunmuş səfir Libbi və və onun həyat yoldaşı Danusia ötən həftəsonu Vaşinqtondan Bakıya səfirliyimiz tərəfindən atmosferə karbon qazının tullantıları olmayan aviasiya yanacağını istifadə edən təyyarə ilə qayıdıblar.
Bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyinin "X" sosial şəbəkə hesabında qeyd edilib.
"Karbon qazların tullantıların azaltmasının bir neçə yolları var", - deyə məlumatda qeyd edilib.
Xatırladaq ki, Şərqi Avropa regional qrupu 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının 29-cu sessiyasını (COP29) keçirmək üçün Azərbaycanı seçib. Bu barədə qərar dekabrın 11-də Dubayda keçirilən COP28 konfransı çərçivəsində rəsmi şəkildə elan olunub. COP29 konfransının Azərbaycanda 2024-cü ilin noyabr ayında keçirilməsi planlaşdırılır.