Avropa parlamenti Azərbaycanda prezident seçkiləri barədə kin- küdurətli bəyanat yaydı...
Avroparlamentin bir qrup deputatının bəyanatında deyilir ki, Azərbaycanda 7 fevral seçkilərini müşahidə etməyəcəklər, nə prosesin özünə, nə də nıticələrinə şərh verməyəcəklər.Bəyanata əlavə olunub ki, deputatlardan kiməsə belə səlahiyyət də verilməyib. Əslində gözlənilən idi.
Əvvala, Avroparlament son bir ildə Azərbaycan əleyhinə bir neçə qərəzli qətnamə qəbul edib və Azərbaycanın açıq etirazlarını görüb. Hətta prezident İlham Əliyev yerli tv- lərə müsahibəsində Avrokomissiyadan fərqli olaraq Avropa parlamentinin qərəzli və düşmən mövqe tutduğunu açıq qeyd edib.
İkinci, Avroparlament hələ də Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi ilə barışa bilmir.
Üçüncü, Avroparlamentin rəhbərliyi yaxşı bilir ki, Azərbaycan onun heç bir qərarını qəbul etməyəcək və haqlı olaraq hesablaşmayacaq. Məşhur kinoda deyildiyi kini, "böş yerə əziyyət çəkib gəlmə, Abasqulu bəy"...
Nahid Salayev