Nazir müavini qadınların pensiya yaşının azaldılması məsələsinə aydınlıq gətirdi
Qadınların pensiya yaşının azadılması məsələsinə aydınlıq gətirilib. Trend xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev mətbuat konfransı zamanı deyib.
"Bugün nazirliyin gündəliyində qadınların pensiya yaşının azadılması məsələsi yoxdur.
Əmək pensiyaları ilə bağlı tələblər qanunla tənzimlənir.Qadınların pensiya yaşı mərhələli şəkildə artırılır",- deyə o, bildirib.
Qeyd edək ki, ötən il Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2022-ci il üzrə məruzəsində Azərbaycanda qadınların pensiya yaşının 63 yaş müəyyən edilməsi ilə bağlı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununda müvafiq dəyişikliklərin edilməsi təklif edilir.