Bakıda sexdəki partlayışda ölənlərin sayı 6-ya çatdı - YENİLƏNDİ
Paytaxtın Binəqədi rayonunun A.Kunanbayev küçəsində yerləşən sexdə baş verən partlayış-yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb.
Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinə daxil olmuş sorğulara cavab olaraq məlumat verilib.
Bildirilib ki, paytaxtın Binəqədi rayonunun A.Kunanbayev küçəsi yaxınlığında yerləşən mebel sexində baş vermiş partlayışla bağlı hadisə yerində aparılan axtarış-xilasetmə işləri nəticəsində hazırkı vaxtadək 6 nəfərin meyiti dağıntılar altından aşkarlanaraq çıxarılıb.
ZÜMRÜD