“Elektroenergetika haqqında” qanunda dəyişiklik edildi
Prezident İlham Əliyev “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Sənədə əsasən, “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, № 5, maddə 623; Azərbaycan Respublikasının 2023-cü il 22 dekabr tarixli 1075-VIQD nömrəli Qanunu) 8.1.4-cü maddəsində “150 kVt-dan” sözləri “200 kVt-dan” sözləri ilə əvəz edilib.
Bu qanun 2024-cü il yanvarın 1-dən qüvvəyə minir.