Daha üç partiyanın vəkil edilmiş şəxsləri qeydə alındı
Yanvarın 15-də Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
MSK-nın iclasında Böyük Quruluş Partiyasının, Milli Cəbhə Partiyasının və Böyük Azərbaycan Partiyasının vəkil edilmiş şəxslərinin qeydə alınması məsələsinə baxılıb.
Müzakirələrdən sonra hər üç partiyanın vəkil edilmiş şəxsləri qeydə alınıb.