Türkiyədən AÇIQLAMA: PKK rəhbərlərindən biri zərərsizləşdirildi
Türkiyə Milli Kəşfiyyat İdarəsi (Milli İstihbarat Təşkilatı - MİT) əməkdaşlarının İraqın Metina bölgəsində reallaşdırdığı əməliyyat nəticəsində PKK terror qruplaşmasının dəstə başçılarından biri Hülya Mercen zərərsizləşdirilib. Bu barədə “TRTHaber” məlumat yayıb. Bildirilib ki, İraqın həmin bölgəsində Türkiyə Silahlı Qüvvələrinin 9 hərbçisi bir müddət əvvəl şəhid olub.
Məlumata görə, H.Mercen Türkiyə 1991-2001-ci illərdə Türkiyə ərazisində, xüsusilə Tuncelidə törədilən bir çox terror hücumlarında iştirak edib. O həmin illərdə Türkiyənin ətraf kəndlərində fəaliyyət göstərib.
Mətləb