Yunanıstan da zəlzələdən silkələndi...
Yunanıstanın Krit adasının sahillərində 4,8 maqnitudalı zəlzələ olub. Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri təxminən 2,3 min insanın yaşadığı Paleoxora şəhərindən 78 kilometr cənub-qərbdə yerləşib. Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. İtki və dağıntılar barədə məlumat daxil olmayıb.
Mətləb