Seçkilərdə təşviqatla əlaqədar əsas məhdudiyyətlər açıqlanıb
Həyat sübut edir ki, medianın seçki prosesində iştirakı seçkilər elan olunandan sonra başlayır. Bunu bərabər seçkiqabağı təşviqat imkanları və media subyektlərinin prezident seçkilərində fəaliyyətinin əsaslarına həsr olunan müşavirədə MSK üzvü Fuad Cavadov deyib.
O bildirib ki, seçkilər zamanı mediada gedən informasiyalar birbaşa seçki fəallığına təsir edən faktorlardan biridir: "Qanun konkret olaraq təşviqatla məşğul olan dairəni müəyyən edir. Qanunda konkret olaraq təşviqatla məşğul ola bilməyən dairələrin də subyektləri müəyyən olunub. Xarici KİV, QHT-lər, kapitalının 30 %-i xarici şirkətə məxsus olan Azərbaycanda olan qurumlar da təşviqatla məşğul ola bilməz. Eyni zamanda təşviqat aparanlar və mətbuat orqanları ilə bağlı da məhdudiyyətlər var”. Fuad Cavadov bildirib ki, azad edilmiş ərazilırdə 26 seçki məntəqəsi yaradılıb və bunların sayı seçki gününədək çoxalacaq.
Mətləb