KÖHNƏ VERSİYA            

Böyük Qayıdış ölkəmizin bütün problemlərinin həllinə müsbət təsir edəcək…

Image

Yeddi rayonu və Qarabağın bir hissəsini Azərbaycan 2020-ci il müharibəsindən sonra geri qaytarıb. 2023-cü ilin sentyabr ayının sonunda faktiki olaraq mübahisəli bölgənin bütün ərazisini nəzarətə götürüb.

Azərbaycan 30 ilə yaxın gözlədiyi qələbəni qeyd edir. Torpaqlarımızın 30 il işğal altında qalması ən çox qaçqın və məcburi köçkünlərimizin həyatına təsir etdi. Lakin Azərbaycan dövləti tərəfindən hər zaman məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində mühüm tədbirlər həyata keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu istiqamətdə verdiyi tapşırıqların icrasına birbaşa özü nəzarət edib. Bəli, bu gün isə qalib Azərbaycan dövləti öz torpaqlarını erməni işğalından azad edib və artıq keçmiş məcburi köçkün vətəndaşlarımızın öz yurd-yuvalarına qayıtması üçün Qarabağda sürətli abadlıq-quruculuq işləri həyata keçirilir.

“Böyük Qayıdış” proqramının tam icra edilməsi dövlət siyasətinin əsas prioritet istiqamətidir. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və əksər səfərlərdə onu müşayət edən Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş bölgələrimizə etdikləri hər bir səfər həmin ərazilərin əsl sahiblərinin, keçmiş məcburi köçkünlərin ora qayıdışını bir addım daha sürətləndirir. 

Qarabağ nəhəng tikinti meydanına çevrilib…

Baş tutan hər səfər yeni infrastruktur layihələrinin icrasına başlanması, təməlqoyma mərasimlərinin keçirilməsi, ayrı-ayrı şəhərlərin baş planlarının təsdiq olunması, yeni innovativ layihələrin icra olunması və daha əvvəlki səfərdə nəzərdə tutulmuş təmir bərpa işlərinin yekunlaşması ilə müşahidə olunur. Bunların hər biri onu göstərir ki, Azərbaycan dövləti, Ali Baş Komandan Prezident İlham Əliyev Vətən müharibəsi dövründə göstərdiyi qətiyyəti, bərpa-quruculuq işlərində də göstərir. Üç il ərzində Azərbaycan öz qələbəsinin nümayişi üçün gözəl bir nümunə  yaradıb.

Qarabağ nəhəng tikinti meydanına çevrilib. Yollara yeni asfalt döşənir, məscidlərə yeni üzlüklər çəkilir, körpülər salınır, hava limanları tikilir. Burada hərbçilərdən, minaaxtaranlardan və hətta mülki vətəndaşlardan da çox işçi var. Qarabağın su resursları, münbit torpaq şəraiti, iqlimi imkan verir ki, Azərbaycanın gələcəkdə də ərzaq təhlükəsizliyi problemini həll etsin. Qısa zamanda Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələrindən birinə çevriləcək. Bu məsələ dövlətin strateji hədəfinə çevrilib və “Böyük Qayıdış” planına uyğun olaraq, məcburi köçkünlərin doğma yurd-yuvalarına qayıtması üçün dövlət bütün imkanlarını səfərbər edib. Hazırda həmin ərazilərdə yeni yaşayış məntəqələrinin salınması, infrastrukturun bərpası, yolların çəkilişi, məktəb, xəstəxana tikintisi sürətlə davam edir.

Bu proqramın sürətlə həyata keçirilməsi ölkənin bütün sahələrdə olan problemlərinin həllinə müsbət təkan verəcək… 

Prezident İlham Əliyev işğaldan azad edilən bir neçə rayonda   hava limanlarının  təməlini qoydu. Artıq onlardan bəziləri fəaliyyətə belə başlayıb. Beynəlxalq hava limanının inşası və yaxın gələcəkdə istifadəyə verilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı baxımından vacib layihələrdən biri hesab olunur. Hava limanı eyni zamanda, işğaldan azad edilmiş ərazilərimizə xarici turistlərin gəlməsi baxımından yeni imkanların yaradılması deməkdir. Şübhəsiz ki, bu gün Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşa şəhərinə gəlmək istəyən xarici turistlərin sayı kifayət qədərdir. Bu baxımdan da Füzulidə hava limanının inşa edilməsi turistlərin daha sərfəli və qısa yolla birbaşa işğaldan azad olunan ərazilərimizə səfər etməsinə şərait yaradacaq. Bu isə işğaldan azad edilmiş ərazilərimizə gələcək turistlərin sayına müsbət mənada böyük təsir göstərəcək və turizm sektorunun inkişafına böyük təkan verəcək. Bu layihə sayəsində yeni iş yerləri yaradılacaq və işğaldan azad olunmuş ərazilərimizdə məskunlaşan əhalinin müəyyən hissəsi işlə təmin olunacaq. Bu da ilk növbdə həmin bölgədə işsizlik problemlərinin azalması deməkdir. Hava limanları həmçinin yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün çox mühüm əhəmiyyətə malik olacaq. Heç kəsə sirr deyil ki, işğaldan azad olunmuş ərazilərdə sənaye potensialı yüksək səviyyədədir. İstifadəyə verilən və veriləcək hava limanlarının həmin ərazilərdə istehsal olunacaq sənaye məhsullarının dünya bazarına çıxarılması və bütövlükdə regionun ixrac imkanlarının genişləndirilməsi baxımından vacib amillərdən biri sayılır.

Bir sözlə, bu proqramın sürətlə həyata keçirilməsi ölkənin bütün sahələrdə olan  problemlərinin həllinə müsbət təkan verəcək.

Bu gün Azərbaycan artıq yeni bir perspektivə köklənib. Dövlətimizin gerçəkləşdirdiyi tədbirlər nəticəsində qısa zamanda işğaldan azad olunmuş ərazilərimizə Böyük Qayıdışımızı həyata keçirə biləcəyik. Həmin gün isə uzaqda deyil. İndi Böyük Qayıdışın nə zaman reallaşacağı ən çox səslənən suallardan biridir. Son 3 il ərzində bütün əsas infrastruktur layihələri - dəmir yolu, avtomobil yolları, elektrik enerjisi istehsalı və su təchizatı layihələri başa çatdırılmaq üzrədir. Yaxın zamanda kəsin səbrsizliklə gözlədiyi Böyük Qayıdış baş verəcək.

Məhəmmədəli QƏRİBLİ
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 17:00
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:43
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edildi

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

23.12.2024 | 21:24
Veysəloğlu 30 illik yubileyini və Yeni il tədbirini keçirdi

23.12.2024 | 21:14
Azərbaycanın Orta Şərqdə mühüm gücə çevrilmək şansı açılır...

23.12.2024 | 20:59
Ermənistan “qədim sivilizasiyaların” adı ilə “Arsax oyunu” oynayır... UNESCO-ya müraciət...

23.12.2024 | 20:44
Çoxvektorluluq, məntiqilik, sistemlilik, balans - xarici siyasətin hamıya görünən tərəfləri...

23.12.2024 | 20:29
"Şamdan sonra Türkiyə İrəvana girəcək" - erməni-rus mediası yeni hədəf tapıb...

23.12.2024 | 20:15
XİN-dən ABŞ səfirliyinə cavab - "...media azadlığına dözümsüzlüyü heyrət doğurur"

23.12.2024 | 20:11
İordaniya Kralı Prezident İlham Əliyevə məktub göndərdi

23.12.2024 | 20:04
Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizi üzrə yeni tarixi saziş imzalandı...

23.12.2024 | 20:03
Prezident İlham Əliyevə doğum günü münasibətilə təbriklər gəlməkdə davam edir

23.12.2024 | 19:51
İsxak Hersoq Prezident İlham Əliyevə təbrik məktubu göndərib

23.12.2024 | 19:48
Qlobal iqtisadi böhranın ardınca Azərbaycanda möhkəm maliyyə sabitliyi - möcüzənin sirri...

23.12.2024 | 19:35
Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

23.12.2024 | 19:21
İlham Əliyevin bəyanatından sonra Simonyan Dehliyə getdi - təsadüf?

23.12.2024 | 19:17
Uşaq bağçalarına saxta vakansiya elanları verib pul yığırdı- tutuldu...

23.12.2024 | 19:14
Orban Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 19:10
Azərbaycanda yeni beşillik plan qəbul olunacaq - regionlar inkişaf etdikcə rifah yüksəlir...

23.12.2024 | 18:57
Bölgələrimizdə həkim çatışmazlığı problemi dərinləşir....

23.12.2024 | 18:55
TDT Baş katibi Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:43
Azərbaycanın ixracı azalıb, idxal artıb - nə qədər itirmişik?..

23.12.2024 | 18:33
Emoməli Rəhmon Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 18:30
Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

23.12.2024 | 18:20
Nursultan Nazarbayev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

23.12.2024 | 18:17
Ermənistanda “neqodnıları” da orduya çağırmağa qərar verdilər...

23.12.2024 | 18:04
Zelenski Avropa liderləri qarşısında Azərbaycana pislik etdi - “qaz yanlışı” ilə...

23.12.2024 | 17:51
Qeyri-filiz faydalı qazıntı yataqlarından istifadə sahəsində idarəetmə təkmilləşdirilir

23.12.2024 | 17:48
2 gün sonra Ukrayna bu dövlətlərin qazını kəsəcək - gözlər Bakıda...

23.12.2024 | 17:45
Tokayev Prezident İlham Əliyevi təbrik etdi

23.12.2024 | 17:35
Bakı-İrəvan anlaşmasında Bayden hökumətinin səyləri iflasa uğradı - Patel çətinliyə düşdü...

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031