Azərbaycanda özəl pensiya fondu yaradılır
Özəl pensiya fondu ilə bağlı normativ sənədlər hazırlanıb. Trend xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov mətbuat konfransı zamanı çıxışında deyib.
O qeyd edib ki, bir ay ərzində layihələr aidiyyəti qurumlara göndəriləcək.
Qeyd edək ki, bir müddət öncə H.Məmişov bildirib ki, özəl pensiya fonduna investisiyalar uzunmüddətli hesab olunur.
"Fondun yaradılması istiqamətində hazırlanan qanunvericilik aktlarının təkmilləşdirilməsi istiqamətində və aidiyyəti qurumlarla razılaşdırma prosesini aparırıq. Bu prosesin yekununda müvafiq layihələr Milli Məclisə təqdim olunacaq", - deyə o əlavə edib.