ABŞ və Böyük Britaniya Yəməndə husilərə zərbə endirib
ABŞ və Böyük Britaniya qüvvələri Yəməndə husilərin ondan çox hədəfini vurub. Bu barədə “Associated Press” ABŞ rəsmisinə istinadla məlumat yayıb. Zərbələr zamanı əsasən qruplaşmaya məxsus silah sistemləri, bazalar və digər avadanlıqların hədəfə alındığı bildirilir. Məlumata əsasən, zərbələr hərbi təyyarələr və döyüş gəmilərindən atılıb.
Xəsarətlərlə bağlı hələlik məlumat yoxdur.
Mətləb