Çərşənbə günü, 23 iyul 2025
     

Qafqaza NATO sülhməramlıları gəlir - Rusiyanın canına indi "isti keçir"...

Image

Qərb, guya İrəvanla Bakı arasında münasibətlərin həllinə kömək etmək üçün NATO ölkələrindən özünün "sülhməramlı" kontingentini Cənubi Qafqaza daxil etməyə çalışır. Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov MDB-nin təhlükəsizlik orqanları və xüsusi xidmət rəhbərləri şurasının iclasında deyib.

Bortnikov bildirib ki, amerikalılar və avropalılar açıq şəkildə Cənubi Qafqazda sabitliyin yaradılmasında maraqlı deyillər: "İrəvanı Bakı ilə danışıqları ləngitməyə inandırmaqla Qərb Azərbaycan-Ermənistan nizamlanması prosesinə rəhbərlik etməyə və regionda özünün "sülhməramlı" kontingentinin - de-yure BMT-nin himayəsi altında və de-fakto isə NATO-nun himayəsi altında yerləşdirilməsinə nail olmağa çalışır. Bu cür "sülhməramlılığın" mümkün xarakteri artıq ondan xəbər verir ki, Aİ-nin Ermənistan və Azərbaycan sərhədində yerləşdirilmiş müstəqil mülki müşahidə missiyası Rusiya və tərəfdaşlarımıza qarşı konkret NATO ölkəsinin maraqlarına uyğun kəşfiyyat fəaliyyəti həyata keçirir". Onun sözlərinə görə, Qərb güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Ermənistan hökumətini KTMT-dən çıxmağa çalışır ki, bu da İrəvanı Bakı ilə gələcək münasibətləri məsələlərində NATO-dan daha da asılı vəziyyətə salacaq. O bildirib ki, NATO-nun dünyanın müxtəlif regionlarında əvvəlki vasitəçilik təcrübəsini nəzərə alaraq, blokun Cənubi Qafqazda möhkəmlənməsi, təbii ki, regionda sabitliyə kömək etməyəcək. Federal Təhlükəsizlik Xidmətinin direktoru qeyd edib ki, güzəştli silah tədarükü və təhlükəsizlik zəmanəti müqabilində Qərb Ermənistanın KTMT-dən çıxmasına nail olmağa çalışır.Bundan əvvəl də Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu bildirib ki, Qərb Cənubi Qafqazın işlərinə qarışmağa çalışır və regionun təhlükəsizliyini təhlükə altına qoyur. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova isə diqqəti ona yönəldir ki, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Ermənistana pul yardımının artırılması Ermənistanda Qərb fəaliyyətinin sabitliyi pozan xarakterini təsdiqləyir: "Bu cür təcrübələrin artıq keçirildiyi qonşu dövlətlərin və dünyanın digər ölkələrinin faktlarını, tendensiyalarını, təcrübələrini görməmək mümkün deyil. Milli yönümlü siyasət yürüdənlər, tarixi bilənlər, milli maraqlardan çıxış edənlər, siyasətdən müvəqqəti piar kimi istifadə etməyən, dövlət xadimi olanlar, ölkəsini və xalqını düşünənlər bundan kənar dura bilər". Daha əvvəl USAID-in Ermənistana maliyyə yardımını iki dəfədən çox artırmaq - 120 milyon dollardan 250 milyon dollara çatdırmaq qərarına gəldiyi məlum olmuşdu.

Mariya Zaxarova onu da qeyd edir ki, Rusiya tərəfi Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən təəssüflənir: "Biz Ermənistanın KTMT çərçivəsində fəaliyyətini dondurmasını davam etdirməsindən və ya boykot etməsindən təəssüflənirik. Hesab edirik ki, Avrasiya İqtisadi İttifaqı iqtisadi sahədə olduğu kimi, KTMT də təhlükəsizlik sahəsində faydalıdır. Biz bu iki struktur çərçivəsində Ermənistanla qarşılıqlı fəaliyyət üçün heç bir maneə görmürük, lakin bu, ölkənin milli siyasəti ilə bağlı məsələdir. Söhbət təkcə aqressiv planlarını gizlətməyən NATO-dan yox, həm də hərbiləşdirmə kursu götürmüş Avropa İttifaqından gedir. Çünki o, doğrudan da, NATO-nun bir növ əlavəsinə çevrilib. Yeri gəlmişkən, həmin Avropa İttifaqı Azərbaycanın dəfələrlə ifadə etdiyi narazılıqlara baxmayaraq, Ermənistanda qondarma mülki müşahidə missiyasını yerləşdirib. Bu isə bərabərhüquqlu olmayan, qarşılıqlı hörmətə əsaslanmayan tərəfdaşlıq və ya əməkdaşlıqdır. Görürsünüz ki, bu, Avropa İttifaqının öz maraqlarını regionda aqressivcəsinə yeritməsidir. Halbuki bu regionun Avropa İttifaqına aidiyyəti yoxdur. Avropa İttifaqı nümayəndələri xoş niyyət pərdəsi altında gizlənərək, Azərbaycana, İrana, Türkiyəyə və əlbəttə ki, Rusiyaya qarşı kəşfiyyat məlumatları toplamaqla məşğuldurlar.". Daha əvvəl Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib ki, İrəvan KTMT-dən çıxmaqla bağlı bütün riskləri öyrənir. Hesab olunur ki, Rusiya rəsmilərinin biri-birinin ardınca verdiyi açıqlamalar Kremlin artıq İrəvana qarşı sərt addımlar atacağından xəbər verir. Nəzərə almaq lazımdır ki, rəsmi İrəvan uzun illər Moskvanın forpostu olub. Ermənistanda 2018-ci ildə Nikol Paşinyan hakimiyyətə gələndən sonra isə ölkənin xarici siyasət kursu ilə bağlı ciddi dəyişikliklər meydana çıxdı. Kreml bunu qəbul etmək istəmir. Ermənistan iqtisadi cəhətdən xeyli dərəcədə Rusiyadan asılıdır. Üstəgəl, Ermənistanda Rusiyanın 102-ci hərbi bazası var. Belə şəraitdə Paşinyanın anti-Rusiya siyasəti Ermənistanın növbəti Ukraynaya çevrilməsi ehtimallarını artırır. EKSPERTLƏRİN fikrincə, Moskva Ermənistana münasibətdə daha çox iqtisadi xarakterli tədbirlər görəcək. Amma daha spnra digər addımlar atılacaq. Moskva bu qənaətə gəlir ki, Ermənistanı sözlə başa salmaq, tutduğu yolundan döndərmək mümkün deyil. Ona görə də artıq Rusiya daha sərt addımlar üçün əsas yaradır. Rus rəsmilərinin açıqlamaları da bunun sübutudur.

Tahir TAĞIYEV



VİDEO

SON XƏBƏRLƏR

23.07.2025 / 14:21
Balakəndə kafeyə hücum edən şəxs icarədarı ölümlə hədələdi...

23.07.2025 / 14:10
Almaniya Türkiyəyə 40 “Eurofighter” döyüş təyyarəsinin satışına "yaşıl işıq" yandırdı...

23.07.2025 / 13:55
Nazir diplomatik fəaliyyəti başa çatan İsrail səfirini qəbul etdi

23.07.2025 / 13:45
Paşinyan Zəngəzur dəhlizi ilə bağlı ABŞ-la gizli sənəd imzalayıb - İspaniyadan iddia...

23.07.2025 / 13:29
100 minə yaxın sənədsiz evə "amnistiya" verildi...

23.07.2025 / 13:25
Tramp da Paşinyanı küncə sıxıb – Sülh Müqaviləsi yaxın görünür...

23.07.2025 / 13:23
Şəmkirdə yolların əsaslı təmirinə 2 milyon manat ayrıldı - SƏRƏNCAM

23.07.2025 / 13:17
Bəzi siqaretlər bahalaşdı...

23.07.2025 / 13:10
Кремль спустил всех собак против Баку и его друзей Гусмана и Маркова - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

23.07.2025 / 13:02
“Qərbi Azərbaycan aşıqlarının dastan repertuarı” adlı kitab hazırlanır

23.07.2025 / 12:51
Abşeron-Xızı Təhsil İdarəsində yoxlama - 6 rəhbər şəxs işdən çıxarıldı

23.07.2025 / 12:43
Azərbaycanın strateji valyuta ehtiyatları tarixi maksimuma çatdı - 77,7 milyard...

23.07.2025 / 12:31
Azərbaycanda nüfuzlu şəxslərin məlumatlarını satışa çıxaran haker saxlanıldı - SON DƏQİQƏ!

23.07.2025 / 12:07
Mərkəzi Bank inflyasiyanı artıra biləcək əsas daxili risk faktorunu açıqladı

23.07.2025 / 11:52
Mərkəzi Bank uçot dərəcəsini endirdi

23.07.2025 / 11:20
Prezident İlham Əliyev Əbdülfəttah əs-Sisiyə təbrik məktubu göndərib

23.07.2025 / 11:19
Həssas qrupların cəmiyyətə inteqrasiyasına dəstək layihəsi

23.07.2025 / 11:15
Bu aviaşirkət Omskdan Bakıya reyslər həyata keçirəcək

23.07.2025 / 11:05
Bu gün Xaçmazda beş saat işıq olmayacaq - XƏBƏRDARLIQ

23.07.2025 / 11:03
Paşinyan Rusiyaya çağırıldı, Azərbaycana qarşı müharibə cağırışları şiddətlənir - CANLI

23.07.2025 / 11:00
İranın 2 sərhədçisi öldürüldü

23.07.2025 / 10:35
AQTA Kürdəmirdəki kütləvi zəhərlənmə hadisəsi ilə bağlı araşdırma aparır

23.07.2025 / 10:21
Gəncədə iki qardaş bıçaqlanıb

23.07.2025 / 10:14
64 yaşlı keçmiş futbolçu evində ölü tapıldı

23.07.2025 / 10:10
Ağdam və Ağdərədəki yanğını söndürmək üçün 2 helikopter cəlb olunub

23.07.2025 / 10:06
Bu gün Rusiya və Ukrayna nümayəndələri İstanbulda görüşəcəklər

23.07.2025 / 10:01
Türkiyənin yük gəmisi Somalidə ələ keçirilib

23.07.2025 / 09:35
Bu gün "Qarabağ" Çempionlar Liqasında mübarizəyə başlayır

23.07.2025 / 09:25
Şabranda avtomobil divara çırpılıb, sürücü ölüb

23.07.2025 / 09:20
Şuşada Vaqif soraqlı növbəti poeziya bayramı

23.07.2025 / 09:14
Putinə bəd xəbər - Rusiyaya qarşı yeni sanksiyalar hazırlanır

23.07.2025 / 09:10
BMT həyəcan təbili çalır- quraqlıq bəşəriyyəti təhdid edir!

23.07.2025 / 09:06
Andrey Şevçenkonun oğlu ingilis klubuna keçdi

23.07.2025 / 09:00
Tramp yaponlarla razılaşdı - 15 faiz gömrük rüsumu və minlərlə yeni iş yeri...

23.07.2025 / 08:35
Məktəbli formalarında yenidən dəyişiklik valideynləri narazı saldı...

22.07.2025 / 23:25
Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu imzalandı - FOTO

22.07.2025 / 22:53
Ermənilər Ağdamda qəbirlərdən protezləri belə oğurlayıblar - arxeoloq Fərhad Quliyev maraqlı faktlar açıqladı

22.07.2025 / 22:28
Media nümayəndələri Fəxri xiyaban, Zərdabinin məzarı və Zəfər parkını ziyarət ediblər

22.07.2025 / 22:10
Ceyhun Bayramov Gürcüstan Prezidentini Ermənistanla normallaşma prosesi barədə məlumatlandırdı

22.07.2025 / 21:49
"Yubiley medalı jurnalistikada xidməti olanlar üçün nəzərdə tutulub" - Hikmət Hacıyev

22.07.2025 / 21:40
ABŞ-Rusiya savaşı, hələ ki, sözdə şiddətlənir...

22.07.2025 / 21:25
Rusiyanın ittiham etdiyi 2 azərbaycanlı alimdən reaksiyalar niyə gecikdi?..

22.07.2025 / 21:12
Azərbaycanın Avropa ilə siyasi gündəmi yenidən başlayır...

22.07.2025 / 20:58
Macarıstan və Serbiya Aİ-ni parçalayır - rus "neft kartı" işləyir...

22.07.2025 / 20:45
ABŞ-İran-Ermənistan üçbucağında Zəngəzur qovğası başlanır

22.07.2025 / 20:32
Azərbaycan-Ermənistan sülhü şəraitində Cənubi Qafqaz üçün beş mühüm ssenari…

22.07.2025 / 20:18
Azərbaycan rəsmilərinin adından Rusiya ilə münasibətlərə qarşı təxribat... Məqsəd nədir?

22.07.2025 / 20:05
Paşinyan Trampın qorxusundan 2 sülh maddəsinə münasibətini dəyişdi...

22.07.2025 / 19:51
Zəngəzur dəhlizi beynəlxalq ticarətin həcmini 100 milyard dollar artıracaq

22.07.2025 / 19:43
Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslər və zərərçəkmişlərin hüquqi varisləri ifadə verdi - FOTO

22.07.2025 / 19:37
Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

22.07.2025 / 19:32
Azərbaycan milli mətbuatının 150 illik yubileyi münasibətilə tədbir keçirilib - FOTO

22.07.2025 / 19:25
Prezident İlham Əliyev: "Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində öz layiqli yerini tutmuş güclü dövlətdir"

22.07.2025 / 19:24
Mətbuatın builki yubileyi əvvəlkilərdən çox fərqli oldu...

22.07.2025 / 19:20
Bir sıra media nümayəndələrinə yubiley medalı verildi

22.07.2025 / 19:19
"Bizim milli mətbuat bir əsr yarım ərzində şərəfli və mütərəqqi inkişaf yolu keçib" - Prezident

22.07.2025 / 19:15
Prezident: "Mətbuatın müstəqilliyi cəmiyyətimizin inkişafının başlıca şərtlərindən biridir"

22.07.2025 / 19:13
“AŞIQLAR QƏRBİ AZƏRBAYCANI TƏRƏNNÜM EDİR” ADLI KİTAB HAZIRLANIR

22.07.2025 / 19:12
"Azərbaycan milli mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini verib" - Prezident İlham Əliyev

22.07.2025 / 19:11
İrəvan Minsk qrupunun buraxılmasını Bakı ilə müzakirə edir? - Maraqlı bəyanat...

22.07.2025 / 19:07
Prezident İlham Əliyev Azərbaycanın media nümayəndələrinə müraciət ünvanladı

22.07.2025 / 18:57
Prezident Əliyev sazişlə bağlı İrəvana növbəti mühüm təklifi etdi...

22.07.2025 / 18:44
Avropa yalnız Azərbaycandan qaz alışını çoxaldıb - digər 3 mənbədən isə...

22.07.2025 / 18:30
İran nüvə müzakirələri üçün ABŞ-ı yox, 3 Avropa ölkəsini seçdi...

22.07.2025 / 18:23
Akademik Əhliman Əmiraslanov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:16
Dünya mediası Əliyevin Mediaforumda çıxışına niyə həssas yanaşdı..

22.07.2025 / 18:08
DGK sədri Şahin Bağırov Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 18:01
Qərb Azərbaycanı iki qonşu ilə müharibəyə sövq edir... Şok

22.07.2025 / 17:48
Prezident İlham Əliyevin "Rusiya məhkəməyə veriləcək" bəyanatına Kremldən reaksiya ..

22.07.2025 / 17:35
Trampı Azərbaycanla bağlı xüsusi demarşa təşviq edən hadisə...

22.07.2025 / 17:30
Qismət Yunusoğlu Aydın Quliyevi təbrik etdi

22.07.2025 / 17:22
İsraildən Şara ilə bağlı şok iddia - 7 ayda 3 sui-qəsd cəhdi… Həyatını türklər xilas etdi…

22.07.2025 / 17:19
BDU-nun müəllimi “Bakı-Xəbər”in əməkdaşını təbrik etdi

22.07.2025 / 17:15
Hakan Fidandan xəbərdarlıq - Suriyanı bölməyə çalışsalar, müdaxilə edəcəyik...

22.07.2025 / 17:09
Tramp ABŞ-ı UNESCO-dan çıxarır...

22.07.2025 / 17:05
“Nar” milli mətbuatın 150 illiyini media nümayəndələri ilə qeyd edib - FOTO

22.07.2025 / 16:57
Daxili işlər nazirinin adından saxta məlumatlar yayıldı - MEDİA çağırış etdi...

22.07.2025 / 16:50
İrandan Azərbaycana külli miqdarda narkotik keçirilməsinin qarşısı alındı

22.07.2025 / 16:33
Yunus Oğuzun 65 illik yubileyi münasibəti ilə kitab nəşr olunub

22.07.2025 / 16:32
Ömrünün 16 ilini orduda keçirdi, Vətən yolunda şəhadətə ucaldı

22.07.2025 / 16:30
Mətbuat Şurası Yunus Oğuzu 65 illik yubileyi münasibətilə təbrik etdi

Azad rayonlarımızın bərpasında gənclərin fəal iştirakı böyük nümunədir - təbliğat boşa getməyib...

XƏBƏR ARXİVİ

İyul
B.eÇ.aÇC.aCŞB
301234567891011121314151617181920212223242526272829303112345678910