Fransanı "Avroviziya"da təmsil etmiş musiqiçi 78 yaşında vəfat etdi
Fransalı müğənni-bəstəkar Qi Bonne 78 yaşında dünyasını dəyişib. Fransa mətbuatının yazdığına görə, Fransanı 1968 və 1970-ci illərdə "Avroviziya" yarışmasında təmsil edən sənətçinin ölüm səbəbi isə açıqlanmayıb. Qeyd edək ki, mərhum musiqiçi Mirey Matie, Silvi Vartan və digər sənətçilər üçün mahnılar da yazıb.
Mətləb