Almaniyada fermerlər Şoltsa qarşı etirazlara qalxıblar
Almaniyada yerli fermerlər hökümətin siyasətinə qarşı etirazlara çıxıblar. Xüsusilə hökumət tərəfindən aparılmış ixtisarlara qarşı federal səviyyədə etirazlar səngimir. Konstitusiya Məhkəməsi tərəfindən 2023-cü və 2024-cü illər üçün ümumi büdcələrin ləğv edilməsi nəticəsində Olaf Şolts hökuməti bir sıra radikal ixtisar aparmağa məcbur olub. Almaniyanın kənd təsərrüfatı sektoru isə bununla barışmayıb.
Alman fermerləri növbəti dəfə küçəyə 680 traktor çıxarıb, texnikanı Branderburq qapısı qarşısında düzərək Berlinin mərkəzində yenidən hərəkəti kəsiblər. “Traktor” nümayişi də Almaniyanın qalan hissəsinə yayılıb.
Mətləb