İsrail və ABŞ səfirlikləri Azərbaycana başsağlığı verdi
Respublika Perinatal Mərkəzində 4 dəyərli körpənin həyatına son qoyan dəhşətli yanğın xəbəri bizi çox kədərləndirdi. Bu barədə İsrailin Azərbaycandakı Səfirliyinin "X" sosial media hesabında qeyd edilib.
"Bu ağır gündə düşüncələrimiz Azərbaycan xalqının yanındadır və həlak olanların ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin", - deyə bildirilib.
ABŞ səfirliyi də Respublika Perinatal Mərkəzdə həlak olan körpələrlə bağlı başsağlığı verib. "Bu gün Respublika Perinatal Mərkəzində baş verən yanğında həyatını itirən dörd körpənin ailələrinə dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin. Biz, həmçinin, xəsarət alanların tezliklə sağalmasını arzu edirik", - deyə səfirliyin "X" sosial şəbəkə hesabındakı paylaşımda bildirilib.
ZÜMRÜD