Ermənistan Bakının tələblərini qəbul edəcək - ABŞ-ın məşhur analitik mərkəzi açıqladı...
Ermənistan tranzit və sərhədlərin delimitasiyası məsələlərində Bakının tələblərini qəbul etməli olacaq. Trend xəbər verir ki, bu barədə ABŞ-nin "Stratfor" analitik mərkəzinin 2024-cü il üçün proqnozlara dair dərc etdiyi hesabatda bildirilib.
Mərkəzin analitiklərinin fikrincə, İrəvan Bakı ilə sülh sazişi imzalamaq üçün səylərini davam etdirəcək. Lakin regional tranzit dəhlizlərinin şərtləri ilə bağlı fikir ayrılıqları danışıqlara bundan sonra da mane olacaq.
"Güman ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyiş var. Ancaq Ermənistan Bakıya qarşı Qərblə artan siyasi əlaqələrindən və onun hərbi dəstəyindən istifadə edəcək.
İrəvanın təsir rıçaqlarının az olduğunu nəzərə alsaq, onlar Bakının Ermənistanın cənubundan tranzit yolların keçməsi və sərhədlərin delimitasiyası ilə bağlı irəli sürdüyü tələbləri qəbul edəcək", - deyə hesabatda yer alıb.