Netanyahudan “Hizbullah”a xəbərdarlıq - Genişmiqyaslı müharibə də bizə mane olmayacaq
İsrailin baş naziri Binyamin Netanyahu Livan sərhədi yaxınlığındakı hərbi hissəyə səfəri zamanı diqqətçəkən açıqlamalar verib.
Netanyahu bildirib ki, “Hizbullah” 2006-cı ildə böyük səhv edib və bu gün də eyni səhvi davam etdirir.
O, İsrailin şimalında təhlükəsizliyi təmin etmək üçün hər şeyi etməyə qərarlı olduqlarını ifadə edib: “Şimalda təhlükəsizliyi bərpa edərək ailələrinizin sağ-salamat evə qayıtmalarını və onların (Hizbullah) bizi ciddiyə alması gərəkdiyini başa düşmələrini təmin etmək üçün hər şeyi edəcəyik.
Nə lazımdırsa edəcəyik. Əlbəttə, biz bunun genişmiqyaslı kampaniya (müharibə) olmadan həyata keçirilməsinə üstünlük verərdik, lakin bu da, bizə mane olmayacaq”.
İsrailin Qəzzaya hücumlarına işarə edən və Hizbullaha gözdağı verən Netanyahu deyib: "Cənubdakı (Qəzza) dostlarının başına gələnləri (“Hizbullah”a) xatırlatdıq. Şimalda da belə olacaq. Təhlükəsizliyi bərpa etmək üçün hər şeyi edəcəyik".
TAHİR