KÖHNƏ VERSİYA            

Katolikosla Paşinyan bir-birinə qarşı oynayır, arada revanşistlər qazanır...

Image

Tural İrfan: “Birmənalı şəkildə düşünmürəm ki, indiki iqtidar tamamilə erməni kilsəsinin ideologiyasına  qarşı çıxır”

Bütün ermənilərin katolikosu II Qareginin Yeni il bayramı münasibəti ilə Ermənistan xalqına müraciəti ölkədə siyasi qalmaqala səbəb olub. 

Belə ki, katolikosun Ermənistanın İctimai Televiziyası ilə ənənəvi vaxtında çıxışına icazə verilməyib. Adətən II Qareginin çıxışı gecə yarısına bir neçə dəqiqə qalmış və dövlət başçısının çıxışından əvvəl İctimai Televiziyada yayımlanırdı.

Lakin bu dəfə ənənə pozulub. İctimai Televiziya son anda heç bir izahat vermədən Patriarxın Yeni il müraciətinin gecə yarısından əvvəl yayımlanmayacağını bildirib. Bunun əvəzində “Xəbərlər”in axşam buraxılışında bütün ermənilərin katolikosunun müraciətinin səsləndirilməsi təklif olunub. Lakin Eçmiədzin bunu məqsədəuyğun saymayıb və təklifdən imtina edib.

Bütün ermənilərin katolikosunun çıxışı gecə yarısına yarım saat qalmış Ermənistan telekanalında və sosial şəbəkələrdə yayımlanıb. Bu sifarişin hökumətdən gəldiyi bildirilir. Ona görə də katolikosun çıxışına qoyulan qadağa Baş nazir Nikol Paşinyanla II Qaregin arasında onsuz da gərgin olan münasibəti daha da dərinləşdirib.

Ermənistanda baş verənlər Paşinyan hakimiyyəti ilə katolikos   II Qareginin arasında  həqiqi  gərginlikdir, yoxsa görüntü xarakteri daşıyır? Deyirlər ki, Qareginin Yeni il müraciətinin İctimai TV-də yayımlanmasına icazə verilməməsi də təkcə kilsə-hakimiyyət qarşıdurmasından yox, həm də katolikosun qondarma “artsax”dan bəhs etməsindən qaynaqlanır. Belə nəticəyə gəlmək olarmı ki, baş verənlər Ermənistanda kilsə-iqtidar davası kimi görünsə də, əslində ermənilərin Qarabağ iddiasından asanlıqla əl çəkməyəcəyini sübut edir? Çünki erməni terroru və separatizminin mənbəyi həmişə kilsə olub.

İlhahiyyatçı Tural İrfan “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, əvvəldən erməni kilsəsi Qarabağ iddiasından əl çəkməyib: “Erməni kilsəsinin tək Azərbaycana qarşı deyil, Türkiyəyə qarşı da torpaq iddiaları olub hər zaman. Bu ideologiya ilə də erməni dövləti formalaşıb. Ona görə də, birbaşa kilsəni bu fikirdən uzaqlaşdırmaq o qədər də asan olmayacaq. Paşinyan hakimiyyətinə qədər olan hakimiyyətlərin dövründə də kilsə-iqtidar birliyi hər zaman olub. Əvvəlki rəhbərlərin hakimiyyətə gəlməsində də kilsənin həlledici rolu olub. Rusiya yönümlü əvvəlki hakimiyyət dönəmində Qarabağın işğal məsələsi reallaşmışdı. Şübhəsiz ki, Paşinyanın apardığı siyasət kilsə ilə iqtidar arasında baş verən münaqişələri müəyyən qədər kökləyir, narazılıq yaradır. Ancaq məsələ ondan ibarətdir ki, Paşinyan hakimiyyətini də tam kilsə iddialarının əksinə hesab etmək olmaz. İndiki dövrdə Azərbaycanla, Türkiyə ilə olan  münasibətlərin normallaşması, sülhün bərqərar olması, Avropa ilə əlaqələrin sıx olması kilsənin belə revanşist iddialarının reallaşmasına zəmin yaratmır. Eyni zamanda kilsənin bu fikirləri Paşinyanın apardığı siyasətə maneçilik törədir. Paşinyanın indiki dövrdə umduğu məsələlərin reallaşmasına kimi kilsənin bu fikirlərdən əl çəkməsi vacibdir. Ona görə də, hazırda gərginlik var. Ermənistan iqtidarı ilə kilsə arasında münaqişə davam edir. Bunu Paşinyan hakimiyyəti açıq bəyan etməsə də, hər bir halda erməni xisləti revanşizmə hazırdı, qəlblərinin dərinliklərində onu qoruyub saxlayıblar. İndiki reallıq revanşist fikirlərin gündəmə gəlməsinə zəmin yaratmır, hazırki erməni hakimiyyətinə sərf etmir. Ola bilər ki, bir müddət keçdikdən sonra Ermənistan iqtidarı kilsədən daha radikal şəkildə iddialar irəli sürsün. Amma qeyd etdiyim kimi, hazırki dövrdə kilsənin qondarma arsax iddialarından əl çəkməməsi Ermənistan hakimiyyətinə sərf etmir. Birmənalı şəkildə düşünmürəm ki, indiki iqtidar tamamilə erməni kilsəsinin ideologiyasına  qarşı çıxır. Sadəcə, səthi olaraq zahirdə belə görüntü yaradırlar. Bu iddiaları arxivə atmağa çalışırlar. Lazım gəldikdə bu iddiaları önə çəkib, lazım gələndə də ortadan qaldırsınlar. Məsələ ondan ibarətdir ki, ermənilər fürsət gözləyir. Amma bu məsələlərin çox gərginləşəcəyini düşünmürəm. Ermənistan hakimiyyəti həm görüntü olsun deyə, həm də öz nüfuzunu qaldırmaq üçün müxalifətin və kilsənin ona təzyiq göstərdiyini göstərməyə çalışır”.

Məhəmmədəli QƏRİBLİ







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031