Yeniyetmə qız dəm qazından vəfat edib
Bakıda yeniyetmə qız dəm qazından ölüb. Hadisə paytaxtın Binəqədi rayonunda qeydə alınıb. Belə ki, Fidan Qarayevanın nömrəsiz fərdi yaşayış evinin hamam otağında dəm qazından zəhərlənərək vəfat etməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Faktla bağlı Binəqədi rayon prokurorluğunda araşdırma aparılır.
Mətləb