KÖHNƏ VERSİYA            

Qarabağ separatçıları hamılıqla Fransaya köçür...

Image

Məlum olduğu kimi, Azərbaycan ərazisində özünü müstəqil elan edib 30 il davam etmiş “Dağlıq Qarabağ Respublikası” cari ilin yanvarın 1-də ləğv olunmalı idi. 

Bu barədə “fərmanı DQR-in son prezidenti” Samvel Şahramanyan Azərbaycanın bir günlük antiterror əməliyyatlarından sonra vermişdi və sənəd 2024-cü il yanvarın 1-dən qüvvəyə minməli idi. Amma ötən ilin sonuna az qalmış, yəni dekabrın 22-də o, sözünü geri götürdü və separatçı ”respublikanın qanunvericiliyində dövlət institutlarının” ləğvini dəstəkləyən heç bir sənədin olmadığını bəyan etdi.

Burada qeyd edək ki, Ermənistanda da separatçı hökumətin de-fakto fəaliyyəti yaxşı qarşılanmır. Şahramanyana gəlincə, o da ermənilə birlikdə könüllü şəkildə Qarabağı tərk edib. Oktyabrın 19-da Şahramanyan İrəvanda başqa bir “fərman” imzalayıb və “fərmana” görə, “prezident, dövlət naziri və digər rəsmilər” maaş almadan fəaliyyətlərini Ermənistanda davam etdirəcəklər. Şahramanyanın köməkçisi Vladimir Qriqoryan deyib ki, Şahramanyan oktyabrın 19-da imzaladığı fərmanla sentyabrın 28-də “DQR”-in buraxılması barədə imzaladığı fərmanı ləğv edib. Finlandiyanın STT xəbərlər agentliyinin müxbiri Suomen Tietotoimisto yazır ki, Şahramanyan sentyabr ayında, Azərbaycanın hərbi əməliyyatlarından sonra “DQR”in buraxılması barədə fərman imzalasa da, separatçı lider belə görünür ki, öz sözlərini “yeyib”: “Dekabrın 22-də Şahramanyan elan edib ki, bundan əvvəl özünün imzaladığı fərman etibarlı deyil”. “Deutsche Welle” telekanalının şərhçisi Yuri Reçeto hesab edir ki, Şahramanyanın öz “fərmanını” ləğv etməsinin heç bir nəticəsi olmayacaq. O, Şahramanyanın “fərmanı” ləğv etmək qərarına Qarabağ qaçqınlarından olan təzyiqləri səbəb kimi göstərir: “Ona olan təzyiqlər çoxdur və Qarabağı Azərbaycana verməsi barədə ittiham onun üçün ağırdır. Çox güman ki, bu şərhinin səbəbi budur. Amma bu, Dağlıq Qarabağın fiziki olaraq artıq mövcud olmadığı faktını dəyişmir”. Bunlar fonunda BBC xatırladır ki, Azərbaycanla sülh barədə danışıqlar aparmaqda olan Ermənistan öz ərazisində “sürgündə hökumətin” fəaliyyətinə icazə verməyəcəyini bildirib. Baş nazirin sözçüsü Taron Çaxokyan deyib: “Ermənistan hökuməti Qarabağ dövlət institutlarının ölkədə mövcudluğunu mümkün hesab etmir. Bu, Ermənistanın təhlükəsizliyinə təhdid yaradır”. Çaxokyan qeyd edib ki, Ermənistanda ikinci hökumət və ya ikinci dövlət ola bilməz,  Qarabağ qurumları qaçqınların problemini həll etməyə qadir deyil. Millət vəkili Lili Minasyan separatçıları provokasiyada ittiham edib və deyib ki, hüquq-mühafizə orqanları onlara qarşı sərt qanuni tədbirlər görməlidir. Hakim “Vətəndaş Müqaviləsi” partiyasının katibi Artur Hovhanisyan isə bəyan edib ki, Ermənistanda yalnız bir qanuni seçilmiş hazırkı hökumət mövcuddur: “Ermənistanı Azərbaycanla yeni hərbi provokasiyaya çəkmək planları məhv ediləcək və onun müəllifləri ağır cəzalandırılacaq”.

Bu arada, separatçı hökumətin Fransada yerləşməsinə dair təkliflər var. Belə ki, BBC-nin məlumatına əsasən, siyasi təhlilçi Hmayak Hovhannisyan deyib ki, “Qarabağ hökuməti Ermənistanı, erməni xalqını və Dağlıq Qarabağdan olan qaçqınları dəstəkləməyə qətiyyətlə sadiq olan” Fransaya köçməlidir. Ermənistan baş naziri Nikol Paşinyan bildirib ki, Qarabağ ermənilərinin öz müqəddaratını təyin etmə haqları üçün mübarizə aparmaqdansa, öz ölkəsinin gələcəyinə üstünlük verəcək. “Dağlıq Qarabağ Respublikası” dünyada heç zaman tanınmayıb, hətta Ermənistanın özü belə, verdiyi hərbi və maliyyə dəstəklərinə baxmayaraq, qurumu tanımayıb. Ermənistan 2020-ci il İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə keçən il Azərbaycanın ərazi bütövlüyünü tanıdığını da bəyan edib. Azərbaycan deyir ki, Qarabağı tərk etmiş ermənilər ölkə vətəndaşlığını qəbul etmək şərti ilə geri qayıda bilərlər. Bununla yanaşı, Azərbaycan həmçinin bildirir ki, Ermənistan da öz növbəsində, 1980-ci illərin sonundan Ermənistandan qaçqın düşmüş azərbaycanlıların öz evlərinə qayıdışını təmin etməlidir. Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalamasının şərtlərini açıqlayıb. Keçən ay çıxışı zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, keçmiş "Dağlıq Qarabağ respublikasını" unutmalı və sərhədin delimitasiyası məsələsində konstruktiv olmalıdır. O, həmçinin, sülh müqaviləsində Azərbaycanda etnik ermənilərin haqları məsələsinə toxunulmayacağını da şərt kimi qoyub və deyib ki, əks halda sənəddə Ermənistandan qaçqın düşən azərbaycanlıların haqları barədə də maddə olmalıdır: “Əgər onlar saziş layihəsində Azərbaycanda yaşayan erməniləri milli azlıq kimi qeyd etmək istəyirlərsə, onda bu, qarşılıqlı olmalıdır və Ermənistandan güclə deportasiya olunmuş azərbaycanlıların Ermənistana qayıtmaq və orada yaşamaq hüquqları da əks olunmalıdır”. Ermənistanın buna münasibəti hələ ki, məlum deyil. Amma jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin rəhbəri Alen Simonyan bildirmişdi ki, nə vaxtsa Ermənistana azərbaycanlılar, Azərbaycana isə ermənilər köçüb yaşaya bilərlər. Hələlik isə separatçı hakimiyyətin Ermənistanda fəaliyyətini davam etdirib-etdirməyəcəyi məlum deyil, amma onun “DQR”i yenidən diriltmə cəhdlərində israrı hələ ki, davam edir. İndi İrəvan özü bunun qarşısını almalıdır. Nəzərə alınmalıdır ki, Azərbaycan və Ermənistan sülh müqaviləsi imzalamağa yaxın olduqları barədə müsbət bəyanatlar verməkdədirlər. Bu il belə bir müqavilənin imzalanması imkanları hər zamankından daha yaxın ola bilər. Elə o səbəbdən buna qarşı istənilən cəhd məhv edilməlidir.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031