KÖHNƏ VERSİYA            

AZƏRBAYCAN DİLÇİLİYİNDƏ AFAD QURBANOV FENOMENİ

Image

Azərbaycan Milli Elmlər Akademiyasının üzvü, Türk Dil Qurumunun üzvü, Əməkdar Elm Xadimi, Dövlət mükafatı laureatı, professor Afad Qurbanovun elmi yaradıcılığı çoxşaxəli, dəyərli və mövzu dairəsi etibarilə olduqca geniş və əhatəlidir.

Onun mənalı yaradıcılıq yolu əsl ziyalılıq təcəssümüdür. Azərbaycan dilçiliyinin inkişafında əvəzsiz xidmətləri olan, adı Azərbaycan və türkoloji dilçiliyinin korifeyləri ilə bir sırada çəkilən, görkəmli alim professor Afad Qurbanov 80 illik ömrünün 60 ilini Azərbaycan  dilçilik elminin inkişafına, Azərbaycan təhsilinə, elminə həsr etmişdir. Görkəmli alim Azərbaycan dilçiliyinin müxtəlif şöbələri, eləcə də ümumi dilçiliyin nəzəri problemləri ilə bağlı 70-dən çox kitab, monoqrafiya, dərslik və 500-dən artıq elmi məqalənin müəllifidir. Bu əsərlərində görkəmli türkoloq dillər ailəsində Azərbaycan dilinin yerini müəyyənləşdirmis, Azərbaycan dilinin inkişaf tarixini, dilin lüğət tərkibinin zənginləşmə yollarını, Azərbaycan dilinin leksik və fonetik sisteminin, qrammatik qurulusunu, funksional üslublar və onların təsnifi məsələlərini nəzəri dilçiliyin problemləri istiqamətində tədqiqata cəlb etmişdir. Dilçilik elminin obyekti, elmi və əməli əhəmiy­yəti və inkişafı, ictimai elmlərlə əlaqəsi faktlarla izah olunmuşdur. Dilin mahiyyəti, mənşəyi, işarəvilik sistemi və inkişafı məsələləri, dünya dilləri, dillərin genealoji bölgüsü, dil və yazı, yazının tipləri istiqamətinə görə yazıların təsnifi (üfüqi, şaquli), təhlil edilmişdir. Bununla yanaşı Afad Qurbanov tətbiqi dilçiliyin əlifba, qrafika, yazı və onun növləri, orfoqrafiya, orfoepiya, leksikoqrafiya şöbələrinin aktual problemləri ilə bağlı tədqiqatlar aparmışdır. 

Azərbaycan dilçiliyində onomastikanın dilçiliyin bir şöbəsi kimi aktual problemlərinin sistemli şəkildə tədqiqi A.Qurbanovun adı ilə bağlıdır. Şəxs adlarının yaranma və inkişaf tarixi, onların mahiyyəti, sistemi, mənşəyi, yayılma regionu antrotoponimikanın əsas problemləri kimi ilk dəfə onun əsərlərində tədqiq olunmuşdur. Azərbaycan dilçiliyində onomastik vahidlərin formalaşmasını, inkişaf dövrlərini və hər bir dövrün səciyyəvi cəhətlərini dil faktları ilə araşdıran A.Qurbanov olmuşdur. Onomalogiyanın aktual problemləri ilə bağlı 100-ə qədər məqaləsi, “Antroponim nəzəriyyəsi”, “Azərbaycan onomastikası” və “Azərbaycan onomalogiyasının əsasları” (2 cild) monoqrafiyalarında onomalogiyanın elmi-nəzəri əsasları müəyyənləşdirilmişdir. Professor A.Qurbanov bu əsərlərində fundamental onomastik təlimin nəzəri əsaslarını yaratmış, Azərbaycan dilində və bütövlükdə dünya dillərində xüsusi adların qruplarını müəyyənləşdirməyə nail olmuşdur. Onun onomalogiya ilə bağlı ən fundamental əsəri  1988-ci ildə nəşr olunmuş, Dövlət Mükafatına layiq görülmüş “Azərbaycan dilinin onomalogiyası” kitabıdır. Afad Qurbanov yalnız Azərbaycan onomastikasının deyil, türkdilli xalqların onomastikası ilə bağlı tədqiqatlar apararaq ümumiləşdirmələr əsasında bəşər tarixində türk dillərinin qlobal problemlərini həll etmişdir. Çünki onomastikanın mühüm layını təşkil edən toponimlər qədim türk tayfalarının yaşayış yerlərini, yayılma areallarını müəyyənləşdirməyə zəngin faktlar verir. Alimin fikrincə,  toponimik layda  etnotoponimlər türk xalqlarının mənşəyini, kökünü özündə əks etdirən qədim leksik vahidlərdir. Həmin leksik layın təhlili göstərir ki, müxtəlif dövrlərdə coğrafi obyektləri adlandıran toponimlər müəyyən dövrdə yaşayan tayfa və qəbilələrin əsasında formalaşmışdır. Bu nəzərə alınaraq  Afad Qurbanov türkoloji və Azərbaycan dilçilik tarixində Azərbaycan onomalogiyasının əsas problemlərini, nəzəri əsaslarını tədqiq etmişdir. Ardıcıl olaraq onomastikanın əsas problemləri ilə bağlı olan “Azərbaycan onomastikası”(1986), “Azərbaycan onomalogiya məsələləri” (1986), “Azərbaycan dilinin onomalogiyası”(1988), “Poetik onomastika”(1988) əsərlərini yazmaqla Azərbaycan onomalogiyası elminin əsasını qoyaraq  elmi məktəb yaratmışdır. 

Afad Qurbanov Azərbaycanda ümumi dilçilik probleminə dair fundamental araşdırmalar aparan ilk alimdir. 1976-cı ildə  nəşr olunan “Dilçiliyin sistemi” əsərində dilçilik elmi, dilçiliyin sahələri, dilçiliyin şöbələri, 1977-ci ildə çap olunmuş “Ümumi dilçilik” adlı dərsliyində dilçilik elminin obyekti, nəzəri və tətbiqi dilçilik, ümumi dilçiliyin aktual problemləri geniş səviyyədə tədqiq edilmişdir. Ümumi dilçilik məsələlərinin tam əhatə olunduğu   “Ümumi dilçilik” əsəri Azərbaycanın ali təhsil müəssisələrində  uzun müddətdir ki,  əsas dərslikdir. Afad Qurbanov respublikamızda ilk “Ümumi dilçilik” dərsliyini yazmaqla tələbələrə və bu sahə ilə maraqlanan tədqiqatçılara çox qiymətli töhfə verdi.  Sonradan nəşr olunanan irihəcmli “Ümumi dilçilik” əsərində ümumdilçilik problemləri sistemli şəkildə araşdırılmışdır. Alim dünya dillərinin genealoji bölgüsündə özünəməxsus bir mövqe tutaraq dünya dillərinin təsnifinə dair yeni bölgü vermişdir. Onun Altay dilləri ailəsi haqqındakı təsnifi bir sıra cəhətlərinə görə dünyada yeni, orijinal bölgü hesab olunur. Müəllifin yaradıcılığında Altay dilləri ailəsində türk dillərinin mövqeyi yeni istiqamətdə aydınlaşdırılır və ilk dəfə 20-yə qədər dil ailəsi haqqında sistemli elmi məlumat verilir. Ümumi dilçilik üçün ən mübahisəli və aktual problemlərdən olan dünya dillərinin genealoji bölgüsü təsnif edilmiş, dilçiliyinin inkişaf tarixi dövrləşdirilmiş, türk dilləri qrupunun yarımqruplara ayrılmasında  dəyərli konsepsiyalar irəli sürülmüşdür. Xü­su­sən, Al­tay dil­lə­ri ailə­si ilə bağ­lı verilən təsniflər tür­ko­lo­ji dil­çi­liyin inkişafına  ye­ni istiqamət verir. Mü­əl­lif ümu­mi dil­çi­lik prob­lem­lə­ri­nə və dün­ya dil­lə­ri­nin inkişaf prosesinə da­ir ye­ni fi­kir­lər söy­lə­mişdir. Bilinqvizm problemləri və onunla bağlı nəzəriyyələri təhlil edərək yazır ki, ikidillilik aydınlaşdırılarkən onun ərazi və dövlət əhəmiyyəti fərqləndirilməlidir. Bilinqvizmin əsas növləri olan saf və qarışıq bilinqvizmin əsas əlamətlərini nəzərə alaraq onların xüsusiyyətlərini müəyyənləşdirir. Qeyd edilir ki, bilinqvizm müxtəlfsistemli dillərin, diqlossiya etnik cəhətdən yaxın olan dillərin paralel işlədilməsidir. Uzunillik tədqiqatlarında monoliqvizm və polinqvizm və onun əsas xüsusiyyətləri təyin edilmişdir. İkidillik hadisəsinin nitqdə mövcudluğu nəzərə alınaraq onu nitq hadisəsi kimi canlı prosesdə öyrənilməsi əsas hesab edilir. Bu əsərlərdə nəzəri dilçiliyin əsas problemləri araşdırılmış, elmi anlayışlar dəqiqləşdirilmiş, dil və cəmiyyət, dil və təfəkkür məsələləri məntiqi, fəlsəfi, dilçilik baxımından təyin edilmişdir. Ümu­mu dil­çi­li­yin prob­lem­lə­ri­nin təd­qi­qin­də  Afad Qur­ba­no­vun öz dəst-xət­ti, kon­sep­si­ya­sı və hə­min əsərin yüksək  fundamental elmi dəyəri nəzərə alınaraq üç cild­də Türk Dil Qu­ru­mun­da türk di­lin­də və Ru­si­ya Elm­lər Aka­de­mi­ya­sı­nın Dil­çi­lik İns­ti­tu­tun­da rus di­lin­də, ha­be­lə di­gər bey­nəl­xalq el­mi təş­ki­lat­lar­da in­gi­lis və fran­sız dil­lə­rin­də nəşr olun­muş­dur.

Tür­ko­lo­gi­ya ilə bağlı önəmli və aktual prob­lem­lə­ri­nin həlli istiqamətində Afad Qur­ba­novun apar­dı­ğı araş­dır­ma­lar hə­lə so­vet dö­nə­min­dən bü­tün dün­ya­da bö­yük ma­raq­la qar­şı­la­nmışdır. Ali­min “Tür­ko­lo­ji dil­çi­lik” mo­noq­ra­fi­ya­sı, “Türk ant­ro­po­nim­lə­ri­nin in­ki­şaf dövr­lə­ri”, “Ümum­türk ant­ro­po­ni­mi­ya­sı ta­ri­xi”, “Tür­ko­lo­ji dil­çi­li­yə da­ir bib­li­oq­ra­fi­ya”, “Türk xalq­la­rın­da ad­ver­mə ənə­nə­lə­ri”, “Qə­dim türk ad­la­rı”, “Or­taq türk di­li” və s. ki­tab­la­rı ali­min  bu sahədə ardıcıl ax­ta­rış­la­rı­nın nə­ti­cə­si­dir. Afad Qur­ba­no­vun dün­ya dil­çi­li­yi­nə və türk dil­lə­ri­nin möv­qe­yi­nə da­ir ye­ni el­mi kon­sep­si­ya­la­rı Azər­bay­can dil­çi­li­yi ilə ya­na­şı dün­ya və tür­ko­lo­ji dil­çi­li­yin in­ki­şa­fı­na öz töh­fə­si­nin ver­miş­dir. Ali­min tür­ko­lo­ji dil­çi­li­yin müx­tə­lif sa­hə­lə­ri ilə bağ­lı 10-a qə­dər mo­noq­ra­fi­ya­sı, dərs­lik və dərs və­sai­ti nəşr olun­muş­dur. A.Qurbanov “Türkoloji dilçilik” kitabında türk dillərinin tarixi, türk xalqlarının yayılma arealları, türk dillərinin dünya dilləri arasında mövqeyi, dünya dillərinin təsnifi prinsipləri müəyyənləşdirilmiş, dilçilik tarixində türk dillərinə dair irəli sürülən təsnifatların təhlili verilmişdir. A.Qurbanov Altay dillər ailəsini altı qrupa 1. Türk dilləri  (23 dil), 2. Monqol dilləri  (3 dil), 3. Tunqus dilləri  (3 dil), 4. Mancur dilləri qrupu (5 dil), 5. Koreya dili (1 dil), 6. Yapon dili (1 dil) qrupuna   ayırmışdır. Müəllif doğru olaraq Altay dilləri ailəsinin tərkibində olan dillərin 64 faizini türk dilləri təşkil etdiyini xüsusi qeyd etmişdir. A.Qurbanov Altay dilləri ailəsində 23 türk dilinin olduğunu qeyd edərək, tarixi inkişaf və linqvistik əlamətlər əsasında beş yarımqrupda - oğuz dilləri, qıpçaq dilləri, bulqar dilləri, qarluq dilləri, tukyuy dilləri yarımqrupuna bölərək təsnif etmişdir. Türkoloji problemlərdən  biri kimi nitq hissələrinin dəqiq təsnifini vermiş, o cümlədən türkoloji dilçilikdə olan müxtəlif bölgülər nəzərdən keçirilmişdir.

Afad Qurbanov türkoloji əsərlərində türk tayfa dillərinin xüsusiyyətlərini müəyyənləşdirmiş, qədim türk yazılı abidələri və onların qədin leksikasının tədqiqi məsələlərinə münasibətini bildirmişdir. Alim müasir mərhələdə ümumtürk dünyası üçün aktual olan ortaq ünsiyyət dili, ümumtürk əlifba problemi və türk dillərinin qarşılıqlı əlaqədə inkişaf yolları təyin edilmişdir. Gör­kəm­li al­tay­şü­nas alimin ya­ra­dı­cı­lı­ğın­da ak­tu­al prob­lem­lər­dən bi­ri də ümum­türk əlif­ba­sı və or­taq türk di­li ya­ra­dıl­ma­sı idi. Türk xalqlarının siyasi, iqtisadi və mədəni  əlaqələrinin, birliyinin yaranmasında ortaq türk dili  əlifbasının xüsusi tarixi əhəmiyyəti vardır. O, özü­nə­məx­sus ya­ra­dı­cı­lı­ğı ilə or­taq türk əlif­ba­sı və or­taq türk di­li­nin ya­ra­dıl­ma­sı yonümündə fəa­liy­yət gös­tər­miş­dir.  A.Qurbanovun qeyd etdiyi kimi, ortaq əlifba türkdilli xalqların tarixini, ədəbiyyat və mədəniyyətini, folklorunu, adət-ənənələrini öyrənməkdə, təbliğ etməkdə böyük rol oynaya biləcəkdir.   O, ortaq türk əlifbası layihəsinin hazırlanmasının təşəbbüskarlarından  olmuşdur. 1993-cü ildə Ankarada altı türkdilli dövlətin – Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistanın nümayəndələrinin iştirakı ilə alimin tərtib etdiyi ortaq türk dili əlifba layihəsi daha geniş müzakirə üçün qəbul olunmuşdur. Alim tərəfindən əlifba layihəsi hazırlanan zaman hər bir türk dilinin xarakterik cəhətləri nəzərə alınmışdır.   Qəbul olunan layihədə  ortaq cəhətlər əsas götürülərək ,  türk dillərinin hər birinin fonemlərinin qrafikası təyin edilmişdir. Buna görə də  34 hərfdən ibarət əlifba bütün türk xalqlarının fonemlərini əks etdirmək baxımından əhəmiyyətlidir. Vahid ortaq türk əlifbası layihəsinin tərtibçisi olan A.Qurbanov qeyd edir ki, bu əlifba türk dillərinin hamısının danışıq səslərini əhatə edir. Ortaq türk əlifba layihəsi Türkiyədə bütün türk xalqları alimlərinin nümayəndələrinin iştirakı ilə 1993-cü ildə müzakirə olunaraq bəyənilmişdir. Onun or­taq türk əlif­ba­sı­nın və or­taq türk di­li­nin ya­ra­dıl­ma­sı is­ti­qa­mə­tin­də da­nıl­maz xid­mət­lə­ri var­dır. Qeyd et­di­yi ki­mi bu əlif­ba türk dil­lə­ri­nin ha­mı­sı­nın da­nı­şıq səs­lə­ri­ni əha­tə edir. Ali­min müa­sir tür­ko­lo­ji dil­çi­li­yin ən ak­tu­al prob­lem­lə­ri­nə həsr olun­muş “Or­taq türk ədə­bi di­li” ki­ta­bı xü­su­si vur­ğu­lan­ma­lı­dır. Əsərdə ümumtürk  dil mərkəzinin yaradılması ideyası, ümumtürk lüğət probleminin həlli istiqamətində fikirləri öz aktuallığını saxlayır. A.Qur­ba­no­vun al­tay­şü­nas, tür­ko­loq ki­mi fəa­liy­yə­ti so­vet­lər döv­rün­də əha­tə­li­li­yi ilə diq­qə­ti cəlb edir. O, 1984-1989-cu il­lər­də SSRİ Aka­de­mi­ya­sı­nın So­vet Tür­ko­loq­la­rı Ko­mi­tə­si­nin üz­vü, Türk Ono­mas­ti­ka Böl­mə­si bü­ro­su­nun  üz­vü, Təd­ris Me­to­di­ki Böl­mə­si­nin rəh­bə­ri, son­ra­dan hə­min Ko­mi­tə­nin sədr müa­vi­ni və­zi­fə­lə­rin­də ça­lış­mış­dır. Hə­min dövr­də aka­de­mik­lər A.Ko­no­nov, E.Te­ne­şev, A.Şer­bak və on­la­rın sı­ra­sın­da A.Qur­ba­nov türk dün­ya­sın­da ta­nın­mış tür­ko­loq­lar ki­mi qə­bul olu­nur­du­lar. Tür­ko­lo­ji dil­çi­li­yin in­ki­şa­fın­da­kı xid­mət­lə­ri­nə gö­rə A.Qur­ba­nov Türk Dil Qu­ru­mu­nun üzv­lü­yü­nə qə­bul edil­miş­dir. Xü­su­si­lə, di­lin ulu­türk – ilk türk di­li bü­növ­rə­si, Azər­bay­can ədə­bi di­li­nin for­ma­laş­ma­sı və in­ki­şa­fı, sa­bit­ləş­mə döv­rü, ədə­bi dil ta­ri­xi, konk­ret dil fakt­la­rı əsa­sın­da araş­dı­rıl­mış­dır. Ümumi və türkoloji dilçilik, müasir Azərbaycan ədəbi dili, onomalogiya, bədii əsərlərin dili və təhsilin inkişafı ilə bağlı yazdığı əsərlər fundamentallığı ilə seçilir. A.Qur­ba­novun məh­sul­dar el­mi ya­ra­dı­cı­lı­ğı nə­ti­cə­si olaraq 13 cild­dən iba­rət se­çil­miş əsər­lə­ri çap olun­muş­dur. 

Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın təd­bir­lə­rin­də fə­al iş­ti­rak et­miş, Ter­mi­no­lo­gi­ya Ko­mi­tə­si­nin, Döv­lət di­li haq­qın­da qa­nun la­yi­hə­si­nin ha­zır­lan­ma­sı ilə bağ­lı Ko­mis­si­ya­nın, Ad­lar və So­yad­lar üz­rə Xü­su­si Ko­mis­si­ya­nın, İc­ti­mai elm­lər üz­rə Əla­qə­lən­dir­mə Şu­ra­sı­nın, Nə­si­mi adı­na Dil­çi­lik İns­ti­tu­tu­nun El­mi və Mü­da­fıə Şu­ra­la­rı­nın üz­vü ol­muş­dur. Gör­kəm­li alim Bey­nəl­xalq Pe­da­qo­ji Elm­lər, Ru­si­ya Pe­da­qo­ji və So­si­al Elm­lər, Nyu-York Aka­de­mi­ya­la­rı­nın aka­de­mi­ki, Türk Dil Qu­ru­mu­nun fəx­ri üz­vü, Türk Di­li Məc­li­si­nin hə­qi­qi üz­vü, Bel­çi­ka Ono­mas­ti­ka Cə­miy­yə­ti­nin, Fin­lan­di­ya­nın Fin-Uqor Cə­miy­yə­ti­nin hə­qi­qi və fəx­ri üz­vü ol­muş­dur. Afad Qurbanov eyni zamanda Azərbaycan ictimai-siyasi həyatında fəal iştirak edən ictimai-siyasi xadim olmuşdur. 1990-1995-ci illərdə Azərbaycan Respublikasının  Milli Məclisinin deputatı kimi ölkəmizdə aparılan bir sıra islahatlarda, o cümlədən əlifba islahatının təşkilatçısı olmuşdur. Azərbaycanın görkəmli alimi Afad Qurbanov müasir Azərbaycan dilinin problemlərinə, ana dilinin inkişafına, ümumi dilçiliyə dair  mükəmməl əsərlər yazmışdır. Dilçilik elminin korifeyi olan Afad Qurbanovun işıqlı xatirəsi bizi kimi həmkarlarının, yetirmələrinin qəlbində həmişə yaşayacaqdır. 

Şəbnəm Həsənli-Qəribova 
filologiya elmləri doktoru







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031