Keçmiş məhkum avtomobilin şüşələrini sındırıb salonu yandırdı
![Image](/uploads/posts/2024-01/21a578ae-4f26-3953-b830-f858c23af7e5_850.webp)
Bakı şəhərinin Nərimanov rayonu ərazisində “MAZ” markalı avtomobilin şüşələrini sındıraraq salonunu yandıran şəxs saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yanvarın 4-nə keçən gecə Nərimanov Rayon Polis İdarəsinin 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə bu əməli törətməkdə şübhəli bilinən Salyan rayon sakini, əvvəllər məhkum olunmuş E.Eyvazov müəyyən olunaraq saxlanılıb. Araşdırma aparılır.
Mətləb