Ali məhkəmə prezidentin mühüm islahatlarına badalaq atdı.....Ölkədə görünməmiş olay...
Prezident ölkənin xəstə iqtisadiyyatını şok terapiyası ilə sağaltmaq istəsə də, solçular və həmkarlar buna qarşıdır. Argentina məhkəməsi yeni seçilmiş prezident Havyer Mileyin əmək qanunlarında radikal islahat dekretinə "stop" qoyub.
Dekretə qarşı iddianı həmkarlar ittifaqları qaldırıb və iddia ediblər ki, yeni qanun əməkçilərin baza hüquqlarını dağıdır. Palatanın 3 hakimi isə bu iddianı müdafiə ediblər.Prezident məhkəmə qərarından şikayət etməyə hazırlaşır. Prezidentin islahat dekreti yeni işçilər üçün sınaq müddətini 3 aydan 8 aya qaldırır,işdən çıxarılmış işçilərə kompensasiya ödənişini azaldır, hamiləliyə və uşağa baxmağa görə məzuniyyət müddətini qısaldır .
Həqiqətən risqli və dağıdıcı islahatrır.Bunlara kim dözər?!...
Namiq Quliyev