"Ukrayna əsgərlərinin döyüşə hazırlanmasında Gürcüstan və Moldova da iştirak edir"..
Belə sensasion bəyanatla Ukrayna ordusunun baş qərargahının rəsmisi Aleksey Taran çıxış edib.Taran deyib ki, Ukrayna ordusunun hazırlanması ilə bizim tərəfdaş ölkələr koalısiyası məçqul olur ki, bu koalisiyaya 34 ölkə daxildir.Taranın sözlərinə görə ABŞ, Britaniya, Kanada Norveç və s.ölkələrlə yanaşı bu koalisiyada Moldova və Gürcüstan da var.
Xatırladaq ki, Moldovadan fərqli olaraq Gürcüstan anti- Rusiya sanksiyalarına rəsmi şəkildə qoşulmayıb. Hələlik bu məlumata Rusiyadan reaksiya yoxdur.
Nahid Salayev