KÖHNƏ VERSİYA            

“Ərazi bütövlüyümüzün və suverenliyimizin tam təmin olunması 2023-cü ilin ən möhtəşəm Zəfər səhifəsidir” - Vüqar Rəhimzadə

Image

Artıq 2023-cü ili başa vururuq. Yeni il ilə bağlı arzularımızı, hədəflərimizi qeyd etməmişdən öncə cari ilin Azərbaycanın tarixinə hansı uğurları yazdığını qısaca nəzərdən keçirək. Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2023-cü il Azərbaycanda “Heydər Əliyev İli” elan edildi.

Bu il çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda silsilə tədbirlər keçirilərək Ümummilli Liderin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri geniş təhlil edildi, indiki və gələcək nəsillərə çatdırıldı. Azərbaycanın hər bir uğuru Heydər Əliyev siyasətinin təntənəsidir. Möhkəm təməl üzərində addımlayan Azərbaycan möhtəşəm uğurları, zəfərləri ilə dünyanın diqqətindədir. Ulu Öndər Heydər Əliyev Qarabağı azad, ərazi bütövlüyümüzü və suverenliyimizi tam təmin olunmuş görmək istəyirdi. “Heydər Əliyev İli”ndə Azərbaycan xalqı və dövləti bu sevinci yaşadı.

Bu fikirləri Yeni Azərbaycan Partiyası Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru, professor Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib.

O qeyd edib ki, üç il bundan öncə Azərbaycan qətiyyətli dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, rəşadətli Ordumuzun gücü, qüdrəti sayəsində tarixi Zəfərə imza atdı. Bu Zəfər ölkəmizin bütün sahələrdə qazandığı uğurların təqdimatı oldu. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmləndirilməsini şərtləndirdi. Ölkəmizin iqtisadi imkanları fonunda bütün sahələrdə uğurlu addımlar atıldı, ən əsası müstəqilliyimizin, suverenliyimizin qarantı olan Azərbaycan Ordusu Qələbəyə hazırlandı. Dövlət başçısı İlham Əliyevin cari ilin son ayında ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda Forumdakı çıxışı istər 30 il davam edən işğal, istər 44 günlük İkinci Qarabağ müharibəsi, istərsə də postmünaqişə dövrünün reallıqlarının beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynadı. “Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisinin üzərində suverenliyini tam bərpa etməli idik. Biz bunu sülh yolu ilə etmək istəyirdik, eyni şəkildə biz təqribən 30 il ərzində Ermənistan ilə münaqişəni dinc yolla həll etmək istəyirdik. Lakin, təəssüflər olsun ki, bu mümkün olmadı” söyləyən dövlətimizin başçısı İlham Əliyev diqqəti, eyni zamanda, tarixi Zəfərimizdən sonrakı dövrdə Ermənistanın 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan irəli gələn öhdəlikləri yerinə yetirməməsinə, həmçinin erməni silahlı birləşmələrinin bu ərazilərdən çıxarılmamasına yönəldərək, bu ilin sentyabr ayının 19-da Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük lokal antiterror tədbirlərindən bəhs etdi.

2023-cü il Azərbaycanın çoxəsrlik tarixinə daha möhtəşəm, Zəfər səhifəsini yazdı. Bu il aprelin 23-də Laçın sərhəd-keçid məntəqəsinin yaradılması nəticəsində Azərbaycanın ərazi bütövlüyü tam təmin olundu. Sentyabrın 19-da həyata keçirilən və bir sutkadan az davam edən lokal antiterror tədbirləri nəticəsində isə Azərbaycan əraziləri separatçı-terrorçulardan təmizləndi, bütün ölkə ərazisində suverenliyimiz tam təmin edildi. Oktyabrın 15-də dövlət başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Xankəndidə, Xocalıda, Ağdərədə və Xocavənddə Azərbaycan Bayrağını ucaltdı. Zəfərimizin üçüncü ildönümündə - 8 noyabr tarixində Xankəndi şəhərində hərbi parad keçirildi. Tariximizə yazılan zəfər səhifələri bunlarla bitmədi. Dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşdı. Dövlət başçısı İlham Əliyev oyundan əvvəl stadiondakı çıxışında bildirdi ki, bu futbol matçının Xankəndidə keçirilməsinin çox böyük mənası var. Xankəndi qədim Azərbaycan diyarıdır. Bu kəndin təməli Qarabağ xanı tərəfindən qoyulmuşdur və ondan sonra Azərbaycan Respublikasının vəsaiti hesabına Azərbaycan memarları, inşaatçıları tərəfindən böyük şəhər yaradılmışdır. Əfsuslar olsun ki, 30 il ərzində bu şəhərdə separatçılar yuva salmışdılar. Bu şəhər separatizmin rəmzinə çevrilmişdi. Torpaqlarımızı 30 il ərzində işğal altında saxlayan Ermənistan hesab edirdi ki, bunu əbədi edə biləcək. Biz, şanlı Azərbaycan Ordusu onlara və bütün dünyaya sübut etdik ki, bu, bizim tarixi, əzəli torpağımızdır. Bu torpaqların sahibləri bizik, Azərbaycan xalqıdır. Biz buraya qayıtmalı idik və qayıtmışıq.

Vüqar Rəhimzadə deyib: “Prezident İlham Əliyev, həmçinin oyunun fasiləsində 2023-cü ilin idman yekunları ilə bağlı təşkil olunmuş mərasimdə idman ictimaiyyətinin təltif edilmiş nümayəndələri ilə görüşündə bu çağırışı etdi ki, yarışlar çox olub. Ancaq bugünkü yarış həm xalqımız, dövlətimiz, həm də dünya üçün tarixdə əbədi qalacaq: “Dünyada hələ ki, belə bir nümunə olmayıb ki, xalq, dövlət öz torpağını – uzun illər işğal altında olmuş torpaqları döyüş meydanında qan tökərək, şəhidlər verərək azad etsin, qursun, yaratsın və cəmi üç ildən sonra artıq azad edilmiş torpaqlarda futbol matçı keçirilsin, vətəndaşlar Bakıdan, digər yerlərdən gəlib buna tamaşa etsinlər və qürur hissi yaşasınlar. Biz tarix yazmışıq, yazırıq və bu gün dediyim kimi, Xankəndi cəmi üç ay bundan əvvəl azad edilmişdir, ancaq artıq Xankəndi - Azərbaycan şəhəri olan Xankəndi yaşayır və dirçəlir.”

İdmançıların ənənəvi görüşünün məhz Xankəndidə keçirilməsinin rəmzi mənası var idi. Qalib idmançılarımız Azərbaycanı beynəlxalq yarışlarda təmsil edərək qazandıqları qələbə fonunda üçrəngli bayrağımızın yüksəklərdə dalğalanmasını təmin etdikləri kimi, bu gün separatçılardan təmizlənmiş Xankəndimiz tarixi sahibinə qovuşduğu üçün sevinclidir. 30 illik işğal dövründə belə bir arzu ilə, amal ilə yaşadıq - tezliklə üçrəngli bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaq. Bu gün isə fəxrlə qeyd edirik ki, qalibiyyət rəmzi olan bayrağımız artıq Xankəndidə, Şuşada, bütün azad edilmiş ərazilərimizdə dalğalanmaqla yanaşı, Azərbaycan müasir şəhərsalma modelini dünyaya təqdim edir. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyi kimi, Xankəndi stadionu qısa zamanda yenidən quruldu. Azad olunan Xankəndi şəhəri qısa zamanda Zəfər matçına şahidlik etdi”.

YAP Xətai rayon təşkilatının sədri bildirib ki, hazırda işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri həyata keçirilir. Sıfırdan başlayaraq yeni şəhərlər və kəndlər inşa edilir. İlkin mərhələdə 100 yaşayış məntəqəsinin, o cümlədən 9 şəhər və 8 qəsəbənin bərpa edilməsi nəzərdə tutulur. Keçmiş məcburi köçkünlər Böyük Qayıdış Proqramı çərçivəsində öz dədə-baba yurdlarına dönürlər. 2026-cı ilin sonuna qədər 140 min keçmiş məcburi köçkün öz doğma evlərinə qayıdacaq. Cari ildə soydaşlarımızın qayıdış ünvanlarının sayı artdı. Belə ki, artıq Laçın və Füzuli şəhərlərinə, Zabux kəndinə soydaşlarımız mərhələ-mərhələ qayıdırlar. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, azad olunmuş ərazilər şəhərlərin inşası baxımından yeni yanaşma nümayiş etdirəcək. Bu təcrübə bir çox ölkələr və şəhərlər üçün faydalı olacaq. O şəhərlər ki, müəyyən dərəcədə bizimlə eyni vəziyyətdədir. Əsas məsələ keçmiş məcburi köçkünlər üçün yaxşı şərait və iş yerləri yaratmaqdır.

Bərpa-quruculuq işlərində dost ölkələrin dəstəyi dövlətimiz tərəfindən yüksək dəyərləndirilir. Bu ilin avqust ayında Füzuli şəhərində Özbəkistanın hədiyyəsi olan 960 şagird yerlik Mirzə Uluqbəy adına məktəbin açılışı oldu. Qazaxıstanın hədiyyəsi - Kurmanqazı adına yaradıcılıq mərkəzi hazırda Füzulidə inşa edilir və gələn il açılacaq. İşğaldan azad edilmiş ərazilərimiz müasir idarəçilik sisteminin tətbiqi ilə də diqqəti cəlb etməkdədir. Azərbaycan brendi kimi dünyaya səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin bu ərazilərimizdə də yaradılmasına prioritet məsələ kimi xüsusi diqqət yetirilir. Bəzi yerlərdə mərkəzlər üçün binanın tikinti işləri davam etdirilir. Bəzilərində isə planlaşdırılır. Şuşa şəhərində “ASAN xidmət” mərkəzinin binasının tikintisi sürətlə aparılır və işlər yekunlaşma mərhələsindədir. Növbəti ildən Şuşada “ASAN xidmət” mərkəzinin fəaliyyətə başlayacağı gözlənilir. Ağdam, Cəbrayıl və digər ərazilərdə də “ASAN xidmət” mərkəzləri üçün binaların tikilməsi ilə bağlı işlər planlaşdırılır.

Təbii ki, bu inkişaf dinamikası yalnız işğaldan azad edilmiş ərazilərimizin bərpası ilə məhdudlaşmır. Ümumilikdə bütün regionlarımız sağlam rəqabət mühitində inkişaf, tərəqqi dövrünü yaşayır. Dövlətimizin başçısının regionlara səfərləri və səfərlərdən sonra həmin rayonların sosial-iqtisadi inkişafı ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalaması, Prezidentin Ehtiyat Fondundan vəsaitlər ayrılması bu inkişafın sürətləndirilməsində əhəmiyyətli rol oynayır. Artıq bu il regionların sosial-iqtisadi inkişafına dair sayca dördüncü Dövlət Proqramının icrası başa çatır. Tarixi Zəfərimiz bütün sahələrdə yeniliklərə yol açdığı kimi, təsdiqlənən Dövlət proqramlarında da təkmilləşməni zərurətə çevirir. Bu baxımdan Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” təsdiqlənməsi və hazırda uğurla icra edilməsi xüsusi əhəmiyyət kəsb edir. Dövlət başçısı İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərindən bəhs edərkən bildirir ki, bu, ölkənin qalan hissəsini diqqətdən kənar qoymağımız anlamına gəlmir: “Uzun illər ərzində biz ölkənin qalan hissəsinə artıq milyardlarla manat investisiya yatırmış və əksər infrastruktur layihələrini başa çatdırmışıq. Lakin hazırda Qarabağ bizim əsas prioritetimizdir. Bölgənin özü və ən əhəmiyyətlisi, evlərinə dönməyi gözləyən insanlardır.”

Onun sözlərinə görə, başa çatmaqda olan il Azərbaycanın enerji sektorunda qazanılan uğurlarla da yadda qalacaq. Bütövlükdə Azərbaycanın enerji strategiyası uğurla icra edilir. Ölkəmiz tərəfindən irəli sürülmüş və icra edilmiş layihələr Avropanın və Asiyanın enerji xəritəsini böyük dərəcədə yenidən tərtib etmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa neft kəmərləri bu gün Azərbaycan neftini Aralıq dənizi və Qara dəniz regionlarının bazarlarına çatdırır. Uzunluğu 3500 kilometr olan Cənub Qaz Dəhlizi nəhəng infrastruktur layihəsi Avropanın enerji təhlükəsizliyinə çox böyük töhfə verir. Azərbaycan beynəlxalq səviyyədə etibarlı tərəfdaş və Pan-Avropanın qaz təchizatçısı kimi dəyərləndirilir. “Azərbaycan, sözün əsl mənasında, etibarlı tərəfdaşdır, dostluq ənənələrinə həmişə sadiqdir və dostluğu yüksək qiymətləndirir. Məhz dostluq, qarşılıqlı anlaşma, strateji tərəfdaşlıq üzərində qurulmuş əlaqələr bir çox ölkələrin maraqlarını təmin edir və qaz sahəsində əməkdaşlıq, eyni zamanda, genişmiqyaslı regional əməkdaşlığa da güclü zəmin yaradır” söyləyən dövlət başçısı İlham Əliyev bildirir ki, Xəzər dənizi, Qara dəniz, Aralıq dənizi, Avropa məkanı və Azərbaycan, Avropa İttifaqı əlaqələri - bütün bu istiqamətlər müsbət məcrada inkişaf edir və gələcək planlarımız da bu istiqamətlərə xidmət göstərəcək.

Hədəf qaz təchizatının coğrafiyasını daha da genişləndirməkdir və gələcəkdə Avropa məkanında yeni yaradılacaq interkonnektorlar vasitəsilə yeni ölkələrin bazarlarına çıxmaqdır. Məlum olduğu kimi, dekabrın 10-da Serbiyanın Niş şəhərində Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi keçirildi.

“Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycan zəngin neft və qaz resurslarına malik olsa da, gələcəyini təmiz “yaşıl enerji”nin istehsalında və ixracında görür. Dövlət başçısı İlham Əliyev Serbiya-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimində belə bir əminliyi də ifadə etmişdir ki, gün gələcək və buna oxşar mərasim “yaşıl enerji” layihələri ilə bağlı keçiriləcək. Ümumiyyətlə, başa çatmaqda olan il ərzində Azərbaycan bütün sahələrdə təkmil təcrübəsi, uğurları ilə diqqətdə olub. Bu inkişaf Azərbaycanın sosial dövlət, demokratiya təcrübəsi dünyaya nümunə olan ölkə kimi qazandığı imicin daha da təkmilləşməsində özünü aydın şəkildə nümayiş etdirir. 2023-cü il çağdaş Azərbaycan tarixində demokratik təsisatların inkişafı istiqamətində atılan addımlarla da yadda qalacaq. Şübhəsiz, hər dövrün öz çağırışları, hədəfləri var. Bu gün Azərbaycan bu çağırışları zamanında və uğurla yerinə yetirməklə gələcəyə böyük inamla addımlayır. Ümumilikdə qazanılan uğurlar paytaxt Bakının və işğaldan azad edilmiş ərazilərimizin beynəlxalq əhəmiyyətli tədbirlər üçün ideal məkan kimi seçilməsində də öz sözünü deyir. Bu il işğaldan azad edilmiş Zəngilan 2-ci Azərbaycan Şəhərsalma Forumuna ev sahibliyi etdi. Bu tədbirlərin sıralanması genişdir. Dövlət başçısı İlham Əliyevin fəxri qonaq qismində dəvət olduğu tədbirlərin say tərkibinin genişliyi ölkəmizin beynəlxalq nüfuzunun göstəricisidir”, - deyə Vüqar Rəhimzadə bildirib.

O, həmçinin diqqətə çatdırıb ki, Azərbaycan gələn il BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29-a ev sahibliyi edəcək. Bununla bağlı Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə bir daha bildirildi ki, Azərbaycana növbəti dəfə böyük etimad və böyük hörmət göstərilmişdir: “Biz buna layiqik, biz apardığımız siyasət nəticəsində dünya miqyasında çox güclü mövqelərə sahib olmuşuq. Azərbaycana beynəlxalq aləmdə olan hörmət günbəgün artır və biz bu hörməti öz əməlimizlə, işimizlə, siyasətimizlə qazanmışıq. Bizim müstəqil siyasətimiz, prinsipial mövqeyimiz, beynəlxalq hüquqa bağlılığımız, sədaqətimiz və eyni zamanda, ölkə ərazisində suverenliyin bərpa edilməsi bizə olan hörməti daha da artırdı.” Dövlətimizin başçısı İlham Əliyev belə bir əminliyi də ifadə etdi ki, COP29 beynəlxalq konfransını da yüksək səviyyədə keçirəcəyik. Bu, ölkəmizin, xalqımızın növbəti böyük uğuru olacaq. Dünyada hər kəs bir daha görəcək ki, gündəliyimiz “yaşıl enerji” ilə bağlıdır.

Dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi Azərbaycanın beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə töhfələrinin təqdimatıdır. Sərəncamda da vurğulandığı kimi, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir. İqlim dəyişmələrinə qarşı qlobal mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsi əsas hədəflərdəndir.

Vüqar Rəhimzadə deyib: “Bütövlükdə, 2023-cü ilin uğurlarının qısa təhlili belə bir ümumiləşdirmə aparmağa əsas verir ki, 2024-cü ilə böyük inamla qədəm qoyuruq. İşğaldan azad edilmiş ərazilərimizin bərpası, müdafiə gücümüzün artırılması yenə də əsas prioritetlər sırasında olacaq. Bu gün Azərbaycan regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsi, Ermənistanla münasibətlərində yeni səhifənin açılması üçün müxtəlif məkanlarda və tərkiblərdə aparılan danışıqlarda, görüşlərdə iştirakı ilə ədalətə və beynəlxalq hüquqa söykənən mövqeyinə dəstək qazanması ilə diqqətdədir. Baxmayaraq ki, Ermənistan havadarlarının göstərişi əsasında sülh müqaviləsinin imzalanması prosesini uzadır, işğalçı dövlətin gec-tez bu addımı atacağı qaçılmazdır. Azərbaycan 2023-cü ildə sülh gündəliyinin və yeni əməkdaşlıq formatlarının müəllifi kimi diqqətdə oldu. Dövlət başçısı İlham Əliyevin Xankəndidən xalqa müraciətində səsləndirdiyi bu çağırışı bir daha qeyd etmək istərdik: “Mən nəyi demişəmsə, onu da etmişəm, bunu hər kəs bilir, o cümlədən Ermənistanda da bunu bilirlər və bunu unutmasınlar. Vətən müharibəsini unutmasınlar! Antiterror tədbirlərini unutmasınlar! Əgər yenə də Ermənistanda hansısa qüvvə revanş haqqında düşünürsə, bax, bu kadrlara yaxşı baxsın”.







VİDEO

Paşinyanın debat çağırışına Ter-Levondan cavab - “2019-cu ilin iyun olaylarını aç”... - VİDEO

Aydın Quliyev: "Qroznıda təyyarə cinayətinin arxasında konkret şəxslər var..." - VİDEO

Rusiya İranın çox istədiyi layihəni maliyyələşdirməyə tərəddüd edir... - VİDEO

Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

SON XƏBƏRLƏR

14.01.2025 | 16:06
İsrail ordusu Dəməşqə doğru irəliləyir – Təl Əvivin Suriya ilə bağlı planları ortaya çıxdı...

14.01.2025 | 15:33
Polis Nərimanovda əməliyyat keçirdi, 11 kq narkotik və 9 odlu silah aşkarlandı - FOTO

14.01.2025 | 15:15
"Ukraynada müharibə Putinlə razılaşma ilə bitməsə, sülh olmayacaq" - NATO baş katibi

14.01.2025 | 14:49
Ermənistan üçün YALANÇI VƏD

14.01.2025 | 14:48
Burkina-Faso prezidenti Makronu yıxıb sürüdü - bizim sayəmizdə bu günə qədər mövcud ola bilibsiz

14.01.2025 | 14:36
"Rusiya-Ermənistan münasibətləri indiki mərhələdə asan deyil" - Lavrov

14.01.2025 | 14:19
Belarus Azərbaycandakı səfirini dəyişdi...

14.01.2025 | 14:08
İsmayıllıda narkotik satan və qanunsuz odlu silah saxlayan şəxs saxlandı - FOTO

14.01.2025 | 13:48
Səhiyyə Nazirliyi plastik cərrahlara müraciət etdi

14.01.2025 | 13:34
Fuat Oktay Prezident İlham Əliyevə başsağlığı verdi

14.01.2025 | 13:25
QAİ Petrosyanın bəyanatı ilə bağlı Quterreş və Ali komissar Folker Türkə müraciət etdi...

14.01.2025 | 13:14
9 və 11-ci sinifi başa vura bilməyən şəxslər üçün imtahan keçiriləcək

14.01.2025 | 13:03
Маргарита Симоньян плачет? Странно... - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

14.01.2025 | 12:48
QAİ Azərbaycana böhtan atan Almaniya radiosunu sərt tənqid etdi...

14.01.2025 | 12:35
Seçkilərdə polisin xidməti fəaliyyətinə həsr olunan regional seminar-müşavirələrə başlanıb - FOTO

14.01.2025 | 12:21
Prezident İlham Əliyev Əbu-Dabi Dayanıqlılıq Həftəsinin açılış mərasimində iştirak edib - FOTO/YENİLƏNDİ

14.01.2025 | 12:15
Əli Əsədovdan Bələdiyyələrlə bağlı YENİ QƏRAR

14.01.2025 | 12:05
Ermənistanda daha bir İSTEFA - İstintaq Komitəsinin idarə rəisi istefa verib

14.01.2025 | 12:00
YAP müşavirə keçirib

14.01.2025 | 11:20
"Yaprak Dökümü" serialının məşhur aktrisası vəfat etdi

14.01.2025 | 11:15
Ötən gün 58 cinayətin üstünün açılması təmin olunub - DİN məlumat yaydı

14.01.2025 | 11:10
Azərbaycanda unun topdansatış qiymətləri açıqlandı

14.01.2025 | 11:05
"Bilirəm ki, Putin mənimlə görüşmək istəyir" - Trampdan AÇIQLAMA

14.01.2025 | 11:03
Ermənistan Avropa İttifaqının üzvü olacaqmı? - CANLI

14.01.2025 | 11:00
Bir ildə DOST mərkəzlərində 922 min vətəndaşa xidmət göstərilib

14.01.2025 | 10:30
Sumqayıtın bu qəsəbəsində silah-sursat aşkarlandı - FHN

14.01.2025 | 10:20
"Fransadakı bütün həbsxanalar artıq doludur!" - fransız nazirin çıxışı etirazları alovlandırdı

14.01.2025 | 10:10
Xırdalanda avtomobilin vurduğu qadın xəstəxanada ölüb

14.01.2025 | 10:05
Bu axşam Mirzoyan və Blinken "strateji tərəfdaşlıq sənədi" imzalayacaqlar

14.01.2025 | 10:00
Türkiyə NATO-nun çox dəyərli üzvüdür - Mark Rutte fransız siyasətçini SUSDURDU

14.01.2025 | 09:30
Zaqatalada 30 yaşlı qadın dəm qazından ölüb

14.01.2025 | 09:26
DTX əməliyyat keçirdi: Terakt törətmək istəyənlər həbs olundu! - SON DƏQİQƏ

14.01.2025 | 09:25
Azərbaycanda "daşıyıcı analıq" qanunidir? - Qadınların üzərindən "follekul donorluğu" qızışır...

14.01.2025 | 09:23
"Əqrəb mövsümü 2" gələn ay efirlərə qayıdır

14.01.2025 | 09:17
"İsrail və HƏMAS atəşkəs sazişi imzalayacaq" - Baydendən AÇIQLAMA

14.01.2025 | 09:05
“Flamenqo”ya gəldiyim üçün çox xoşbəxtəm - “Qarabağ”dan ayrılan Juninyo

14.01.2025 | 09:00
AZAL təcili məlumat yaydı - Bakıdakı duman səbəbindən bir neçə reys Gəncəyə yönləndirilib

14.01.2025 | 08:38
Gigiyenik məhsullar sürətlə bahalaşır - "bit-birə insanları basacaq"...

14.01.2025 | 00:13
Ukrayna Avropaya qaz nəqlini dayandırmaq üçün bu dəfə “Türk axını”nı hədəf aldı – Avrokomissiya Kiyevdən izahat istədi...

13.01.2025 | 23:48
Rusiya XİN-dən Lavrovun Bayramova yazdığı iddia edilən saxta məktubla bağlı açıqlama - siyasi sifarişdir...

13.01.2025 | 22:33
13 ədədi həyəcan rəmzidir

13.01.2025 | 21:24
Ermənistan Azərbaycanın bu tələbini yerinə yetirməyə necə məcbur edildi...

13.01.2025 | 21:09
Avropanın Azərbaycan qazı ilə bağlı siyasətinin çox təhlükəli pərdəarxası gizlinləri var...

13.01.2025 | 20:55
Avroittifaqda heç kim Ermənistanı gözləmir, ölkə Rusiyanın liderlik etdiyi təşkilatlardan da qovulur

13.01.2025 | 20:41
Serbiya və Bolqarıstana Azərbaycandan qaz ixracı niyə dayandı - boruya kənar müdaxilə ehtimalına ekspert izah verir...

13.01.2025 | 20:28
Türk Dövlətləri Təşkilatı Rusiyaya qarşı anqlo-sakson layihəsidir?

13.01.2025 | 20:14
Avropa İttifaqının Ermənistandakı missiyasını ABŞ generalı idarə edir - TƏFƏRRÜATLAR...

13.01.2025 | 19:59
Azərbaycan Avropadan Mərkəzi Asiyaya keçidi bağlaya bilər - qitənin daha bir çətin sınağı...

13.01.2025 | 19:46
Çayçılığın inkişafı üzrə 10 illik Dövlət proqramı iflasa gedir - Kənd Təsərrüfatı Nazirliyi hara baxır?

13.01.2025 | 19:32
Müəllimlərin maaşını vahid dövlət əmək haqqı cədvəlinə daxil etmək olmaz?

13.01.2025 | 19:18
Fransa Əlcəzair xalqına qarşı müharibəni hələ davam etdirir...

13.01.2025 | 19:05
İctimai və dövlət maraqlarının vəhdət şəklində qorunması Azərbaycanda uğurla həyata keçirilir

13.01.2025 | 18:52
Syerra-Leone Prezidenti Prezident İlham Əliyevə başsağlığı verdi

13.01.2025 | 18:50
SOCAR-ın 3-cü "partiya dollar istiqrazı"nı alanlar nə qazana, nə itirə bilər...

13.01.2025 | 18:37
Rəqəmsal valyutaların qanuniləşdirilməsi Azərbaycana böyük ziyanlar vuracaq(?)...

13.01.2025 | 18:23
Deputat 20 milyonluq əmlakı necə qazanıb - üstəlik xəbərlərə reaksiya da yoxdur...

13.01.2025 | 18:20
Əbu-Dabidə Prezident İlham Əliyevin BƏƏ Prezidenti ilə görüşü olub - FOTO

13.01.2025 | 18:09
Ermənilərin qədim dedikləri dövlət tarixindən bir sərkərdənin qəbri yoxdur - niyə?

13.01.2025 | 18:06
Səfirlik təkzib etdi - yeni səfir Birol Akgün Bakıya gəlməyib

13.01.2025 | 17:55
Şabranda hadisə - şagirdi məktəbdən qovmaq çıxış yoludur?...

13.01.2025 | 17:42
Tramp Putinlə görüşə hazırlaşır - Ukrayna üzrə nümayəndə isə belə sözlər danışır...

13.01.2025 | 17:30
Ucarda uşaq yazıçısı Gülzar İbrahimova ilə görüş keçirildi

13.01.2025 | 17:29
Kilsənin bir addımlığında Azərbaycan əleyhinə hərbi istehkam - ermənilər köhnə taktikanı davam etdirir...

13.01.2025 | 17:26
Azərbaycan şirkətləri milyardlarla depozitlərini banklardan çəkir...

13.01.2025 | 17:15
Ukrayna 2022-ci ildə Gürcüstandan nə istəyib? - "Sonradan münasibətlər gərginləşdi..."

13.01.2025 | 17:03
Makronun dövlət vəsaitini mənimsəyən nazirinə iş açıldı

13.01.2025 | 16:50
Ukraynada 300-ə yaxın şimali koreyalı döyüşçü öldürülüb - Cənubi Koreya kəşfiyyatı açıqladı...

13.01.2025 | 16:35
Bakıda 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıqlar başladı

13.01.2025 | 16:30
Qarabağla bağlı əlyazmalar daha geniş tədqiq olunacaq

13.01.2025 | 16:06
Gürcüstan XİN rəhbərinin Azərbaycana səfər tarix məlum oldu

13.01.2025 | 15:53
Pentaqon ABŞ-ın müdafiə büdcəsini 1 trilyon dollara çatdırmağı təklif etdi

13.01.2025 | 15:22
Erməni nazir: "Hökumət Avrasiya İqtisadi İttifaqından çıxmağı nəzərdən keçirmir"

13.01.2025 | 15:09
Sabirabad sakini 6 kiloqram narkotik və odlu silahla tutuldu

13.01.2025 | 14:47
Bilgəh sahilində suiti və quşların ölümü ilə bağlı araşdırma başladı

13.01.2025 | 14:17
Bakıda oğurluq edən şəxslər saxlandı

13.01.2025 | 14:11
Prezident İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər

13.01.2025 | 14:00
İxrac pullarını ölkəyə qaytarmayanların işi məhkəməyə göndərildi

13.01.2025 | 13:46
İran Fransaya nota verdi

13.01.2025 | 13:30
Ötən il itkin düşmüş kişini arvadı yox, oğlu öldürüb - Baş Prokurorluq açıqladı

13.01.2025 | 13:16
İsrailin yeni səfiri təyinatı ilə bağlı paylaşım etdi...

XƏBƏR ARXİVİ

«    Yanvar 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031