“Neftçi” kamerunlu futbolçu ilə danışıqlar aparır?
“Neftçi” Qazaxıstan "Astana"sının futbolçusu Maks Ebonqla danışıqlar aparır. Bu barədə Qazaxıstan mətbuatı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçinin "Astana" ilə müqaviləsi bu ilin dekabr ayının 31-dək qüvvədədir. Əgər razılıq əldə olunarsa, o, paytaxt təmsilçisinə azad agent kimi keçəcək. Kamerun əsilli oyunçu Belarus millisinin də üzvüdür. O, Belarusda 2023-ün ən yaxşı futbolçusu seçilib.
Mətləb