Prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 16-ya çatdı
Mərkəzi Seçki Komissiyası (MSK) daha bir şəxsin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib. Trend-in məlumatına görə, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.
Müzakirələrdən sonra namizədliyi özü tərəfindən irəli sürülən Namizəd Heydər oğlu Səfərovun namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
Bununla da prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənən şəxslərin sayı 16-ya çatıb.