“Horadiz-Ağbənd dəmir yolu xətti ilə bağlı işlər 2025-ci ilədək tamamlanacaq” - Prezidentin xüsusi nümayəndəsi
Cəbrayıl, Qubadlı və Zəngilan rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Vahid Hacıyev 110 km uzunluğunda olan Horadiz-Ağbənd dəmir yolu xətti ilə də bağlı işlər aparıldığını bildirib. O, “Report”a müsahibəsində Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi işləri də davam etdirildiyini vurğulayıb.
Onun sözlərinə görə, bu işlərin 2025-ci ilədək tamamlanması planlaşdırılır. “Bu il Araz çayı üzərində Azərbaycanın Şərqi Zəngəzur bölgəsini İran üzərindən Naxçıvanla kommunikasiya əlaqələri təmin edəcək körpünün də təməlatma mərasimi həyata keçirilib” - xüsusi nümayəndə bildirib.
Mətləb