Bakıdan Cəlilabada toya gedən şəxs yol qəzasında vəfat edib
Cəlilabadda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə Ələt-Astara magistralının rayondan keçən hissəsində qeydə alınıb. Belə ki, "Mercedes" markalı avtomobil piyadanı vuraraq öldürüb.
Vəfat edən şəxs 1985-ci il təvəllüdlü Abbasəliyev Balala Məmmədağa oğludur. Mərhum Bakı şəhərindən Cəlilabad rayonuna toy məclisinə gedibmiş. Faktla bağlı araşdırma aparılır.
Mətləb