KÖHNƏ VERSİYA            

Qətidir - Gələn il əmək haqları artacaq...

Image

Məlum olduğu kimi, bu günlərdə Azərbaycanın gələnilki dövlət büdcəsi təsdiqlənib. Dövlət büdcəsinin gəlirləri 34 milyard 173 milyon manat, xərcləri 36 milyard 763 manat səviyyəsində proqnozlaşdırılır. 

Builki dövlət büdcəsi ilə müqayisədə gəlirlərin 283 milyon manat (0.8 faiz), xərclərin 139 milyon manat (0.4 faiz) artması diqqət çəkir. Gəlirlər elə proqnozlaşdırılan həddə olsa, dövlət büdcəsində təxminən 2.6 milyard manatlıq kəsir yaranacaq.

Rəqəmlərin təhlili göstərir ki, dövlət büdcəsinin neft-qaz sektorunda məcmu gəlirləri 17 milyard 164 milyon manat nəzərdə tutulub. Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə 13 milyard 865 milyon manat, cari ilin proqnozu ilə müqayisədə 1 milyard 122 milyon manat və ya 7,5 faiz çox, qeyri-neft sektoru üzrə isə 9 milyard 890 milyon manat, cari illə müqayisədə 905 milyon manat və ya 10,1 faiz çox vəsaitin təmin olunması nəzərdə tutulur. Dövlət Gömrük Komitəsinin xətti ilə növbəti il üçün 5 milyard 900 milyon manat daxilolmalar nəzərdə tutulur və bu cari illə müqayisədə 172 milyon manat və ya 3 faiz çox olacaq. 2024-cü ildə dövlət büdcəsinin sair gəlirləri üzrə 388 milyon manat, büdcə təşkilatlarının ödənişli xidmətləri üzrə 831 milyon manat vəsaitin daxil olması proqnozlaşdırılır. Gələn ilin dövlət büdcəsi xərclərinin 51,2 faizi və ya 18 milyard 833 milyon manatı məqsədli dövlət proqramlarının və tədbirlərin maliyyələşdirilməsi üçün nəzərdə tutulub. Dövlət büdcəsi xərclərinin prioritet istiqamətlərindən olan müdafiə və milli təhlükəsizlik xərclərinə 17,5 faiz və ya 6 milyard 421 milyon manat məbləğində vəsait nəzərdə tutulub və bu 2023-cü illə müqayisədə 366 milyon manat və ya 6 faiz çoxdur. Beləliklə, 2024-cü ilin dövlət büdcəsindən xərclənəcək hər 100 manatın 17 manat 46 qəpiyi məhz müdafiə və milli təhlükəsizlik sahəsinə sərf ediləcək. Burada cari illə müqayisədə hərbi xərclərin tikinti xərclərini aşması özəlliklə diqqət çəkir. Bu ilin dövlət büdcəsindən tikinti və şəhərsalmaya  7 milyard 462 milyon manat ayrılmışdı. Gələn il bu rəqəm 6 milyard 309 milyon manat olacaq. O da var ki, 2023-cü ildə tikinti xərclərinin bu qədər çox olmasının bir səbəbi də neft qiymətlərinin hökumətin proqnozunu üstələməsi idi. Hökumət gözlədiyindən daha çox gəlir götürdüyündən ilin ortasında büdcəni yeniləmiş və əlavə vəsaitdən tikintiyə önəmli ayırma edilmişdi. Bu üzdən gələn il də enerji qiymətlərinin gözləniləndən çox olması tikintiyə ayrılan vəsaiti bir qədər artıra bilir. Gələnilki büdcə hazırlanarkən 1 barrel neftin orta satış qiyməti 60 dollardan götürülüb. 2024-cü ildə tikintiyə ayrılan 6 milyard 309 milyon manatın 3 milyard 825 milyon manatı işğaldan qurtulmuş ərazilərin bərpasına, 2 milyard 482 milyon manatı isə dövlət əsaslı investisiya qoyuluşlarına ayrılacaq. Tikinti və şəhərsalma ilə bağlı xərclər 2024-cü ilin dövlət büdcəsi xərclərinin 17.16 faizi qədərdir. Bununla yanaşı, işğaldan azad olunmuş ərazilərdə ödəniləcək kommunal xidmətlərə və məcburi dövlət sosial sığorta haqlarına görə 10 il müddətinə dövlət büdcəsi vəsaiti hesabına maliyyə yardımının göstərilməsi və işğaldan azad edilmiş ərazilərdə müvafiq strukturların yaradılması üçün 40 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.

Gələnilki dövlət büdcəsində ən çox diqqətçəkən məqamlardan biri də dövlət borcu ilə bağlı nəzərdə tutulan ödənişlərdəki kəskin artımdır. 2024-cü ilin büdcəsindən dövlət borcuna 1 milyard 972 milyon manat ödəniləcək. Deməli, büdcədən xərclənən hər 100 manatın 5 manat 36 qəpiyi məhz dövlət borcuna sərf ediləcək. Builki büdcədən borclarla bağlı ayrılan vəsait 1 milyard 182 milyon manat idi. Başqa sözlə, 2024-cü ildə 2023-cü illə müqayisədə büdcədən dövlət borcları üçün 790 milyon manat və ya 67 faiz daha çox vəsait ayrılacaq. Gələn ilin büdcəsindən dövlət borcu üçün xərclənəcək 1 milyard 972 milyon manatın 500 milyon manatı daxili, 1 milyard 472 milyon manatı isə xarici dövlət borcu üçün istifadə ediləcək. Ödəniləcək bütün vəsaitin 1 milyard 121 milyon manatı faiz ödənişləri, 850 milyon manatı isə əsas borcla bağlı olacaq. Açıqlanan rəqəmlərdən bəlli olur ki, 2024-cü ildə yerli gəlir və xərclər arasındakı fərqi qapatmaq üçün ölkənin cəmi yeddi rayon və şəhərinə vəsait ayrılacaq. Bu rəqəm öncəki illərlə müqayisədə aşağı düşüb. Amma bu azalma heç də regionlardakı gəlirlərin artımından qaynaqlanmır, sadəcə hökumət öncələr yerli xərc saydığı bəzi xərc maddələrini indən belə mərkəzi büdcənin xərci saymağa başlayıb. Beləcə, mərkəzi büdcədən vəsait alan rayonların da sayı azalıb. Rayonlar üzrə açıqlanan rəqəmlərdən görünür ki, gələn il büdcədən xərclərini qarşılamaq üçün vəsait ayrılacaq rayonların altısı ərazisi işğala məruz qalan rayonlardır. Onlardan başqa xərclərini yerli gəlirlər hesabına təmin edə bilməyən tək rayon Yardımlıdır. Büdcədən Naxçıvan Muxtar Respublikasına ayrılan dotasiyada da kəskin azalma var. Əgər 2023-cü ildə dövlət büdcəsindən Naxçıvana 453 milyon manat ayrılmışdısa, 2024-cü ildə həmin rəqəm 343 milyon olacaq, yəni 110 milyon manat azalacaq. Azalmanın əsas səbəbi son zamanlar bəzi dövlət qurumlarının muxtar respublika nümayəndəliklərinin ləğv edilməsi, birbaşa mərkəzi icra hakimiyyəti orqanının tərkibinə keçirilməsidir. Gələnilki dövlət büdcəsindən sosial müdafiə və sosial təminatla bağlı 4 milyard 542 milyon manat ayrılması nəzərdə tutulur. Bu, 2023-cü illə müqayisədə 227 milyon artım deməkdir. Son illərin büdcəsi ilə müqayisə aparsaq görürük ki, büdcədə sosial xərclər 40 faizin üzərinə qalxıb. Halbuki 3 il bundan əvvəl sosial xərclər 30 faiz ətrafında idi. Burada xərc artımları əmək haqqı fondunda 500 milyon manata yaxın, təqaüdlərin, müavinətlərin, sosial yardımların maliyyələşdirilməsi istiqamətlərində 7 milyard manata yaxın əlavə vəsaitlər nəzərdə tutulub. Görünən odur ki, müəyyən istiqamətlərdə əmək haqlarının artımı ilə bağlı qərar qəbul olunacaq. Büdcə xərclərinin 12.37 faizi sayılacaq təhsil istiqamətinə ayrılan vəsait 4 milyard 550 milyon manatdır. Təhsilə ayrılan vəsait ötən illə müqayisədə 43 milyon manata yaxın artıb. Bu xərclərin içində ümumi təhsil ən çox paya sahibdir. Nəzərdə tutulan xərclərin yarısından bir qədər çoxu məhz məktəblərlə bağlıdır. Gələn il 2023-cü ilin büdcəsi ilə müqayisədə məktəbəqədər və ümumi təhsilə daha çox, peşə, orta ixtisas və ali təhsillə bağlı isə daha az vəsait ayrılacaq. 2024-cü ilin büdcəsində səhiyyə üçün nəzərdə tutulan vəsait 1 milyard 871 milyon manatdır. Bu, gələnilki büdcənin 5.08 faizi deməkdir. Səhiyyə xərcləri 2023-cü illə müqayisədə cəmi 66 milyon manat çoxalıb. Səhiyyə ayırmaları içərisində əsas yeri icbari tibbi sığorta fonduna ayrılan vəsait tutur. Səhiyyə ilə bağlı xərclərin 74 faizi bununla bağlı olacaq. Eyni zamanda, hökumət büdcə xərcləmələrini iqtisadi artımın bir lokomotivi olaraq görür.

Ramil QULİYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

SON XƏBƏRLƏR

12.09.2024 | 14:05
"Formula 1"-ə görə bulvar ərazisinə giriş bağlanıb? - RƏSMİ AÇIQLAMA

12.09.2024 | 13:47
40-dan çox bağçanın müdiri işdən çıxarıldı

12.09.2024 | 13:30
Şabran sakininə qarşı 10 min manatlıq dələduzluq olundu

12.09.2024 | 13:17
Azərbaycanın və Lüksemburqun XİN rəhbərləri beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər

12.09.2024 | 13:03
С Пашиняном что-то случилось - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

12.09.2024 | 12:44
Bələdiyyələr vətəndaşlara qarşı kütləvi qanunsuzluğa başlayıblar- qanunsuzluğa icra məmurları da cəlb edilib....

12.09.2024 | 12:24
Vilayət Eyvazov polkovnik- leytenantı rəis təyin etdi...

12.09.2024 | 12:17
Ermənistanın qanunsuz dağ-mədən sənayesinin Azərbaycana ziyanları araşdırılır...

12.09.2024 | 12:00
Son 1 gün! - sabah Formula 1 Azərbaycan Qran-Prisi başlayır

12.09.2024 | 11:30
İngiltərə millisini kim çalışdıracaq? - siyahıda məşhur məşqçilər var...

12.09.2024 | 11:16
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesi ilə görüşüb

12.09.2024 | 11:05
Bakıda bir neçə obyektdə yanğın olub - FHN məlumat yaydı

12.09.2024 | 11:00
Yol polisi "Formula 1 Azərbaycan Qran Prisi”nə görə sürücülərə müaricət etdi

12.09.2024 | 10:32
Şuşaya növbəti infotur təşkil edilib

12.09.2024 | 10:30
Gələn həftə bu ilin ikinci ay tutulması olacaq

12.09.2024 | 10:20
Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsi

12.09.2024 | 10:16
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var

12.09.2024 | 10:06
Daha bir ölkə uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edir

12.09.2024 | 10:00
Bu gün Bakının 3 rayonunda qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

12.09.2024 | 09:33
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - TƏCİLİ

12.09.2024 | 09:31
Şagirdlərimiz Azərbaycan tarixini hansı dildə öyrənməlidir - mübahisə və nazirin qərarı...

12.09.2024 | 09:30
Messinin zədəsi sağalmır - klub rəhbərliyi bərk narahatdır...

12.09.2024 | 09:20
İlk adı "Yoksulluk" idi, dəyişib "Sahipsizler" oldu...

12.09.2024 | 09:15
Norveçdən Türkiyə QƏRARI - bütün məhdudiyyətləri aradan qaldırdı

12.09.2024 | 09:06
Narkotiklərin təsiri altında avtomobil sürürdülər, yaxalandılar...

12.09.2024 | 09:00
ABŞ Ukraynaya 700 milyon dollarlıq əlavə yardım paketi ayırıb - Antoni Blinken Kiyevdə bəyan etdi

12.09.2024 | 08:39
Məşhur "BNA" Bakıda taksi dayanacaqlarını necə ləğv etdisə, hələ də bərpa oluna bilmir...

12.09.2024 | 00:19
Ukrayna Qara dənizdə Rusiyanın qazma platformasını ələ keçirməyə cəhd etdi, ancaq çoxlu itki verib geri çəkildi...

11.09.2024 | 23:17
Rəsmi Bakıdan Avropa İttifaqının qərəzli bəyanatına tutarlı cavab....

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30