KÖHNƏ VERSİYA            

Hindistan da Ermənistanın arxasından çəkilir...

Image

Hindistan beynəlxalq aktor olaraq Ermənistana silah satışına sadəcə kommersiya kimi baxa bilməz. Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair mətbuat konfransında deyib.

O, Azərbaycanın Hindistanla Ermənistan arasında silah alqı-satqısı ilə bağlı müqavilə imzalamasından xəbərdar olduğunu bildirib: “Bunlar çox diqqətlə izlənilir. Bizim Hindistandan olan tərəf-müqabillərimizlə münasibətlərimiz var”. Nazir vurğulayıb ki, Hindistan Ermənistana silah satışını Azərbaycan və Türkiyə ilə bağlı mövqeyi ilə heç vaxt uzlaşdırmayıb: “Onlar qeyd ediblər ki, bu addım kommersiya məqsədi daşıyır və Azərbaycana qarşı yönəlməyib. Rəsmi mövqe budur. Ancaq bizim çatdırmaq istədiyimiz mesajlar da sadə və məntiqlidir. Siz məsuliyyətli dövlət, beynəlxalq aktor olaraq, silah satışına sırf kommersiya məqsədi kimi baxa bilməzsiniz. Çünki bölgədə işğal faktoru olub və hazırda sülhün əldə edilməsi üçün kövrək məqam yaranıb. Bunun fonunda belə bir adıdmın atılması Ermənistanda yeni reallıqları qəbul etməyən revanşistləri daha da ruhlandırır”. Beləliklə, Azərbaycan açıq şəkildə Hindistanın  Ermənistanı silahlandırmasından narazılığını ifadə edir. Hindistanın  bunu nəzərə alması isə vacibdir. Buna təsir göstərən ilk faktor odur ki, Azərbaycan Şimal-Cənub dəhlizinin reallaşmasında həlledici ölkədir. Bu dəhliz Hindistan üçün çox vacibdir. Məsələnin geosiyasi tərəfləri də var. Elə bütün bunlar fonunda “The National Interest” nəşri çox maraqlı bir təhlil yayımlayıb. Nəşr qeyd edir ki, Cənubi Qafqazda güc balansı dəyişdikdən sonra Hindistan-Ermənistan əlaqələrini strateji əməkdaşlıq səviyyəsinə çatdıra və münasibətlərini möhkəmləndirə bilməyəcəyini ehtimal etmək olar. Yəni onlar arasında münasibətlər mövcud ikitərəfli əlaqələr səviyyəsində qalacaq: “Son üç ildə Hindistan Ermənistanın əsas silah tədarükçüsünə çevrilib. Müdafiə sahəsində razılaşmalara əsasən “Pinaka” reaktiv yaylım atəş sisteminin, SWATHI radarlarının, tank əleyhinə raketlərin və artilleriya silahları üçün 40 milyon ABŞ dolları məbləğində 155 mm-lik mərmilərin satışı daxildir”. Nəşrin yazdığına görə, 2022-ci ilin sentyabrında Hindistanda keçirilən konfransda iki ölkə arasında mədəniyyət, rəqəmsal infrastruktur və bərpa olunan enerji sahələri üzrə anlaşma memorandumları imzalanıb: “Azərbaycanın Pakistan və Türkiyə ilə sıx münasibətlərinə görə Hindistan Ermənistanı seçib. Yeni Dehlinin bu regionda ən mühüm maraqları strateji əhəmiyyət kəsb edən nəqliyyat layihələri ilə bağlıdır. Hindistanın Ermənistanın da bir hissəsi olduğu Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinə marağı Avrasiya, Mərkəzi Asiya və Avropa ilə quru əlaqəni təmin etmək istəyinə əsaslanır. Ermənistan da bu nəqliyyat dəhlizinə böyük maraq göstərir. Lakin 2023-cü ildə Qarabağda separatçı rejimin ləğvindən sonra Hindistanın nisbi susqunluğu Yeni Delhinin Ermənistanla əməkdaşlığa həvəsinin getdikcə azaldığını göstərir.Güman ki, Azərbaycan Qarabağ üzərində tam nəzarəti möhkəmləndirdikdən sonra Hindistan regionda investisiyalar və strateji layihələrə dair planlarının həyata keçirilməsi məsələsinə həvəsini azaldıb.

Fövqəldövlətlərin Cənubi Qafqazda artan iştirakı Hindistan-Ermənistan münasibətlərinin strateji tərəfdaşlığa çevrilməsinə də mane ola bilər. Ermənistan cəmiyyətində ABŞ-a doğru nəzərəçarpacaq dərəcədə dəyişiklik müşahidə olunur ki, bu da Moskvada narahatlıq yaradır. Amma rəsmi Yeni Dehli ABŞ və Rusiya arasında daha bir Soyuq müharibə cəbhəsinə qoşulmaq istəməzdi”. Bütün bu məsələləri nəzərə alan nəşr vurğulayır ki, indiki vəziyyətdə Hindistan güman ki, Ermənistanla əməkdaşlıq səviyyəsini strateji səviyyəyə yüksəltməyə çalışmadan bu ölkə ilə münasibətlərini iqtisadiyyat və müdafiə sahələrində ikitərəfli əlaqələr səviyyəsində saxlayacaq. Deməli, Ermənistanın Hindistana çox da ümid bəsləməsi lazım deyil. Vətən müharibəsi təkcə Azərbaycanın qələbəsi ilə yekunlaşmadı. Bu amil həm də regionun mənzərəsini, böyük güclərin Cənubi Qafqaz ölkələri ilə münasibətlərinə, xüsusilə regiondakı güclər balansına ciddi təsir etdi. Müharibədən əvvəl istər regional, istərsə də ondan kənarda yerləşən, lakin regionda maraqları olan güclər birmənalı olaraq Azərbaycanın bütün sahələr üzrə Ermənistandan üstün olduğunu qəbul etdilər. Bunu Hindistan da qəbul etməlidir.  Bir məqamı da qeyd edək ki, Yeni Dehli Ermənistana silah satmaqla özünü həm də dünyaya silah ixracatçısı kimi təqdim etmək niyyətindədir. Düzdür, Hindistan hazırda dünyada silah sənayesində öncül ölkələrdən olmasa da, ancaq özü dünyada ən çox silah alan ölkələr sırasında yer tutur. Eyni zamanda, özü də silah istehsal edir və bir qismini də satır. Amma keyfiyyət olduqca aşağıdır. Məsələn, yuxarıda qeyd edildiyi kimi, Hindistan Ermənistana təxminən 40 milyon dollara dörd SWATHI əks-artilleriya radarı tədarük edib. 2017-ci ildən Hindistan ordusunda tətbiq edilən bu əks-artilleriya sistemi Cammu və Kəşmir bölgələrində Pakistanın artilleriya atəşlərinin qarşısını almaqda aciz olub. Pakistanın artilleriya zərbələrini aşkar edə bilməyən SWATHI kimi digər hind silahları da ermənilərə hər hansı üstünıük qazandırmır.

Nahid SALAYEV







VİDEO

İsrail Şama doğru irəliləyir - Ankara və Təl-Əviv döyüşə bilər... - VİDEO

Naxçıvan dəmiryolu ilə bağlı Rusiyadan sensasiyalı bəyanat... - VİDEO

Suriyanın indiki qəhrəmanı Colaninin əmisi Hafiz Əsədin daxili işlər naziri, Bəşərin isə... - VİDEO

Beynəlxalq təşkilatların Azərbaycana münasibəti bu amillə müəyyənləşir...

Azərbaycanda atom stansiyası - Prezident nə "hə", nə "yox" dedi, lakin...

Qarabağ üçün bir daha cənab Prezidentə təşəkkürlər!..

SON XƏBƏRLƏR

24.12.2024 | 20:34
ATƏT-in Minsk qrupunun buraxılmasına hazırlıq başladı - Azərbaycan qalib gəlir

24.12.2024 | 20:19
Ermənistan gələn il Rusiyaya qarşı təsirli planlar hazırlayıb... Hədəf orbitdən tam çıxmaqdır...

24.12.2024 | 20:05
“Sədərək”, “Binə”, digər bazarların qara günləri başlayır - 2 min cərimə...

24.12.2024 | 19:51
Naxçıvanda İES "Yaşıl enerji" proqramına mane olmayacaq...

24.12.2024 | 19:40
Suriya erməni kilsəsi yeni hökumətə "buynuzunu" göstərməyə başladı...

24.12.2024 | 19:37
Körpə ölümləri gedərək çox təhlükəli şəkil alır...

24.12.2024 | 19:24
Tramp erməniləri qorxuya saldı, İrəvan Makrondan da əlini üzdü...

24.12.2024 | 19:11
Prezident biznes qanunvericiliyini dəyişdi - sahibkarlar nəyə ümid edə bilər...

24.12.2024 | 18:57
Bayden hökuməti Bakıda Trampa çox ağır miras qoyub getmək istəyir...

24.12.2024 | 18:43
Ayın 29-dək İvanişvili sarayıma gəlməsə... Prezident hədələdi...

24.12.2024 | 18:28
Manat və dollar əmanətlərinin gəlir faizi yüksəlir - səbəblər...

24.12.2024 | 18:15
"Qarabağı verən nə Paşinyandır, nə əvvəlki 3 prezident" - həqiqət budur...

24.12.2024 | 18:07
Prezident Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun imzaladı

24.12.2024 | 18:02
Avropa qurumları Makronun "müstəmləkə cinayətlərinə" hələ inadla susur...

24.12.2024 | 17:58
Gələn il üçün ehtiyac meyarının həddi təsdiqləndi

24.12.2024 | 17:48
Bu fərman 3 milyon adamın yaşamını dəyişəcək - 2025-in ilk 3 ayında hökumətə başqa tapşırıq da verildi...

24.12.2024 | 17:41
Naxçıvan MR-in 100 illiyilə bağlı məktəb layihələri davam etdirilir... - FOTO

24.12.2024 | 17:35
Din xadimləri vahid forma geyinməkdən niyə qaçıb?..

24.12.2024 | 17:22
Ərzaq idxalına 2 milyard dollara yaxın pulumuz gedir - artım 10 faizi keçir...

24.12.2024 | 17:17
Rusiyada 9 May Qələbə paradına hazırlıqlar başladı - Şimali Koreya da dəvət olundu

24.12.2024 | 17:14
Prezident İlham Əliyev bir sıra Əsasnamələrdə dəyişiklik edilməsi haqda fərman imzalayıb

24.12.2024 | 17:11
Prezident uşaq hüquqları haqqında qanuna dəyişiklik edilməsi barədə Fərman imzaladı

24.12.2024 | 17:00
Tramp ABŞ əsgərlərini Suriyadan çıxaracaq – müşavirindən diqqət çəkən açıqlama...

24.12.2024 | 16:55
Hərbi təlim toplanışları ilə bağlı yeni qayda müəyyənləşdi

24.12.2024 | 16:50
Prezident Silahlı Qüvvələrin maddi-texniki təminatı ilə bağlı dəyişikliyi təsdiqlədi

24.12.2024 | 16:45
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı”nın nizamnamə kapitalı 20 milyon manat artırılır

24.12.2024 | 16:41
Maya Sandu Prezident İlham Əliyevi təbrik etdi

24.12.2024 | 16:32
21 illik Şərəf və Zəfər tariximiz

24.12.2024 | 16:10
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib

24.12.2024 | 16:06
Putin-Tramp görüşünə hazırlıq başladı – “Bir neçə ölkədən təkliflər var”...

24.12.2024 | 16:03
Aleksey Miller Prezident İlham Əliyevə məktub göndərib

24.12.2024 | 15:40
Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 15:37
Almaniya Gürcüstanda 237 milyonluq layihələri dayandırdı

24.12.2024 | 15:24
Hikmət Mirzəyev Türkiyə Quru Qoşunları komandanı ilə görüşdü

24.12.2024 | 15:17
Ağdaşda narkotikə görə 4 nəfər həbs edildi - FOTO

24.12.2024 | 15:07
"Bizim icra etdiyimiz layihələrin dünyada misli-bərabəri yoxdur və bəlkə də olmayacaq" - Prezident

24.12.2024 | 15:02
SOCAR-dan yanacaq çatışmazlığı iddialarına cavab verdi...

24.12.2024 | 14:55
Prezident İlham Əliyev: "Gələn ildən başlayaraq Gəncədə çox böyük təmir-bərpa işləri aparılacaq"

24.12.2024 | 14:55
BMT rəsmisi: “BMU-da tanış olduğum istedadlı gənc ixtiraçılar məni heyran etdi”

24.12.2024 | 14:48
"Azərbaycan güclü dövlətdir, ləyaqətlə, vicdanla irəliyə gedən bir ölkədir" - Prezident

24.12.2024 | 14:47
Prezident: "Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək"

24.12.2024 | 14:41
"Azərbaycan idman dövləti kimi öz gücünü müxtəlif beynəlxalq yarışlarda təsdiqləyir" - Prezident

24.12.2024 | 14:15
FHN 63,9 milyonluq gəmi alır

24.12.2024 | 14:07
Orban Ukraynada müharibənin 2025-də bitəcəyinə əmindir - ya sülh, ya da tərəflərdən birinin məhvi ilə...

24.12.2024 | 13:58
Güclü lider, böyük inkişaf, TARİXİ QƏLƏBƏ!

24.12.2024 | 13:56
Ersin Tatar Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 13:51
Zəfər və inkişaf səlnaməsinin müəllifi

24.12.2024 | 13:01
Prezident İlham Əliyev 2024-cü ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib - FOTO/YENİLƏNDİ

24.12.2024 | 12:50
Rumen Radev Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 12:47
Bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 7 nəfər saxlandı - FOTO

24.12.2024 | 12:15
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

24.12.2024 | 12:05
Vladimir Putindən İlham Əliyevə TƏBRİK ZƏNGİ

24.12.2024 | 12:00
Azərbaycana 23 kiloqramdan artıq narkotikin keçirilməsinin qarşısı alınıb

24.12.2024 | 11:30
“Adamın dibi” şeirlər kitabının təqdimatı olub

24.12.2024 | 11:22
Türkiyədə zavod partlayıb, 12 nəfər ölüb - TƏCİLİ

24.12.2024 | 11:17
Tokayev Prezident İlham Əliyevə zəng edib

24.12.2024 | 11:15
"Narkomaniyanın mənəvi və fiziki zərərləri” tədbiri keçirilib

24.12.2024 | 11:14
Vladanka Andreyeva Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

24.12.2024 | 11:07
"Nizami: daxili aləm" sənədli filminin təqdimatı keçirilib

24.12.2024 | 11:03
Prezident İlham Əliyev Liviya liderini təbrik etdi

24.12.2024 | 11:00
Şavkat Mirziyoyevdən İlham Əliyevə təbrik zəngi

24.12.2024 | 10:40
Türkiyədə avtobus aşıb, 2 nəfər həlak olub

24.12.2024 | 10:30
Türkiyəli şou ulduzları yeni il gecəsi fantastik pul qazanacaqlar

24.12.2024 | 10:20
Hikmət Hacıyevdən təbrik paylaşımı

24.12.2024 | 10:15
“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs olundu

24.12.2024 | 10:10
İranda dizelin qiyməti qalxdı, ajiotaj yarandı...

24.12.2024 | 10:00
Bakının bəzi ərazilərində qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

24.12.2024 | 10:00
Azərbaycan Dini Konfessiyalarının Məşvərət Şurasından Prezidentə təbrik

24.12.2024 | 09:40
Dubayda 3,5 milyon dollara mənzil aldı, Devid Bekhem və Madonna ilə qonşu oldu...

24.12.2024 | 09:30
ABŞ-ın 895 milyard dollarlıq müdafiə büdcəsi təsdiqləndi - Bydendən QƏRAR

24.12.2024 | 09:23
Apteklər də İcbari Tibbi Sığorta sisteminə salındı - kasıb təbəqəyə nə fayda?..

24.12.2024 | 09:20
Fransaya casusluqda ittiham edilən şəxslərin məhkəməsi başlayır

24.12.2024 | 09:10
Türkiyə Superliqasında fasilə yarandı - matçlar yanvarın 5-də başlayacaq

24.12.2024 | 09:05
Azərbaycanın D-8 sıralarına daxil olması... - Ərdoğandan AÇIQLAMA

24.12.2024 | 09:00
Qaz limiti bu tarixdə sıfırlanacaq -AÇIQLAMA

24.12.2024 | 08:37
Türmədən "universitet diplomu" ilə çıxacaqlar - Azərbaycanda inanılmaz yenilik....

24.12.2024 | 00:05
Mehriban Əliyeva Prezident İlham Əliyevin doğum günü münasibətilə paylaşım edib - FOTO

23.12.2024 | 22:17
QAİ ABŞ administrasiyasına çağırış etdi - heç olmasa, son günlərinizdə bundan çəkinin...

23.12.2024 | 21:30
Ceyhun Bayramov Serbiyada Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət etdi - FOTO

23.12.2024 | 21:27
ATF-in vitse-prezidenti çempionat qabağı müəllim və məşqçilərlə görüşüb

XƏBƏR ARXİVİ

«    Dekabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031