KÖHNƏ VERSİYA            

Ermənistan rəhbərliyində delimitasiya ixtilafı: nazirlə spiker fərqli mövqedə...

Image

Azərbaycan Ermənistanla sülh müqaviləsi imzalanarkən sərhədlərin delimitasiyası məsələsinin burada yer almamasını tələb edir. Çünki proses uzun illər apara bilər. Ermənistanda isə hakimiyyət dairələrində bu məsələdə ikitirəlik hökm sürür.

Erməni rəsmilərindən bəziləri qəbul edir ki, sərhədlər məsələsi sülh müqaviləsindən ayrı olmalıdır, digərləri isə buna əks mövqe sərgiləyir. Bu barədə danışmazdan öncə qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı bir daha delimitasiyası ilə sülh müqaviləsinin qarışdırlmalı olmadığının vacibliyini vurğulayıb. Səbəblərini də belə izah edib: “Bildiyiniz kimi, delimitasiya məsələsi texniki məsələdir. Sülh müqaviləsində isə ümumi prinsiplər əks olunur”. Nazir ciddi ərazi münaqişəsi olmayan ölkələr arasında belə delimitasiya prosesinin uzun müddət çəkə bildiyini xatırladıb: “Ancaq əgər biz sülh müqaviləsinin tez zamanda imzalanmağını istəyiriksə, bu iki prosesi ayırmalıyıq”. Azərbaycan Prezidentinin siyasi məsələlər üzrə müşaviri Hikmət Hacıyev ötən həftə demişdi ki, Bakının mövqeyinə görə sərhədin delimitasiyasına sülh müqaviləsindən kənar bir məsələ kimi baxılmalıdır. Qeyd edək ki, sərhədin delimitasiya və demarkasiyası illərlə davam edən prosesdir və bu, bütün dünyada bu cür qəbul edilir. Məsələn, Azərbaycanla Gürcüstan bir-birinin ərazi bütövlüyünə hörmət edir və tanıyır, ancaq sərhədin bəzi hissələrində hələ də komissiyalar dəqiqləşmələr aparırlar. Bu baxımdan Azərbaycan tərəfinin delimitasiya və demarkasiya prosesini sülh sazişindən ayırmaq təklifi beynəlxalq hüquqa və normalara uyğun, eyni zamanda, sülh sazişinin imzalanması istəyindən doğan mütərəqqi addımdır. Ermənistanda da bunu qəbul edənlər var. Məsələn,  Ermənistan parlamentinin spikeri Alen Simonyan qeyd edir ki, Azərbaycanla sərhədlərin delimitasiyası və demarkasiyası prosesi illərlə davam edə bilər və bu məsələnin həlli sülh sazişi imzalandıqdan sonra da həyata keçirilə bilər. Onun sözlərinə görə, əgər ölkələr həqiqətən də cəmiyyətlərini sülhə hazırlayırlarsa və normallaşmada maraqlıdırlarsa, o zaman sərhəd məsələsinin sonraya saxlanması ssenarisi kifayət qədər məqbuldur. Amma Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  bildirir ki, Ermənistan-Azərbaycan sülh müqaviləsində iki ölkə arasında sərhəd delimitasiyanın konkret mexanizmi yer almalıdır: “Bizim üçün son dərəcədə mühümdür ki, gələcək delimitasiya prosesi planlı olsun, onun əsasları sülh razılaşmasında əksini tapsın. Bizim üçün konkret xəritələrə istinad - nəticələri əvvəlcədən diqtə etməyən qarantiya olardı”.

Sərhədin delimitasiya və demarkasiyası məsələsi iki ölkə arasında münasibətlərin normallaşdırılmasında və nəticə etibarilə sülh müqaviləsinin imzalanmasında əsas maneə olaraq qalır. Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev isə qeyd edir ki, demarkasiya, delimitasiya uzun prosesdir və bu, sənədə daxil edilməyəcək, çünki bu proses uzun çəkir: “Rusiya ilə 25 il çəkib. Gürcüstanla sərhədin bir hissəsi heç müəyyən olunmayıb”. Cənubi Qafqaz Araşadırmalar Mərkəzinin sədri Fərhad Məmmədov deyir ki, sərhədlərin müəyyən olunmasını sülh sazişindən sonraya saxlamaq mümkündür. Amma bu zaman məqsədəuyğundur ki, həmin prosesin sülh şəraitində həyata keçirilməsi öhdəlik kimi sülh sazişində qeyd edilsin: “Məlumdur ki, delimitasiya prosesi uzunmüddətli prosesdir. Çünki delimitasiyadan sonra, demarkasiya baş verir. Bu məsələnin hər hansı bir formada sülh müqaviləsində qeyd edilməsi növbəti dəfə sülh müqaviləsinin imzalanması müddətini uzadacaq. Burada bir neçə əsas məsələ var ki, o həm Azərbaycan, həm də Ermənistanın qarşılıqlı ərazi iddialarının olmamasını şərtləndirir. Birincisi, qarşılıqlı olaraq ərazi bütövlüyünün tanınmasıdır. Burada Ermənistan rəqəmlər istəyir. Amma bu qeyri-ciddi münasibətdir. Çünki səslənən rəqəmlər belə reallığı əks etdirmir. Ermənistanın ərazisi dəqiq olaraq 29,8 min kv.km-dən daha azdır. Azərbaycanda isə 86,6 min kv.km-dən daha çoxdur. Burada qarşılıqlı ərazi bütövlüyünün tanınması gələcəkdə ərazi iddialarının olmamasını diqtə edir. İkinci məqam, hər hansı ziddiyyətli məqamda gücdən istifadə edilməməsidir. Yəni hətta sərhədlərin müəyyən olunması prosesində hər hansı bir problem yaransa, prosesin yalnız diplomatik yolla həlli nəzərdə tutulur. Bu amil Bakının təklif etdiyi 5 prinsipdə əks olunub. Belə olan halda sərhədlərin müəyyən olunmasını sülh sazişindən sonraya da saxlamaq mümkündür. Həmin prosesin sülh şəraitində həyata keçirilməsinin öhdəlik kimi sülh sazişində qeyd edilməsi daha məqsədəuyğundur”. Bu arada Azərbaycan prezidentinin xüsusi məsələlər üzrə nümayəndəsi Elçin Əmirbəyov Britaniyanın “The Guardian” qəzetinə deyib ki, tərəflər potensial və yığcam sülh müqaviləsinin layihəsinə dair 7 variantı mübadilə ediblər.  Onun sözlərinə görə Azərbaycan tərəfi hazırda İrəvandan Bakının son təkliflərinə cavab gözləyir. Əmirbəyov bildirib ki, Azərbaycan tərəfi sülh müqaviləsinin 5 prinsip əsasında tərtibini təklif edib. O da qeyd edib ki, delimitasiya prosesi sülh müqaviləsinin imzalanmasından sonra həyata keçirilə bilər, çünki bu uzun müddət tələb edən mürəkkəb prosesdir. Əmirbəyov əlavə edib ki, Azərbaycan sülh müqaviləsinə mümkün mübahisələrin çözümü üçün xüsusi maddənin daxil edilməsini istərdi: “Bu maddə bizim aramızda ola biləcək fikir ayrılığı və anlaşılmazlıqların həlli üçün müəyyən bir ikitərəfli komissiyanın yaradılmasını ehtiva edərdi”. Elçin Əmirbəyov “The Guardian” qəzetinə müsahibəsində Azərbaycanla Naxçıvanı birləşdirəcək dəhlizdən də söz açıb: “Azərbaycan və onun bir hissəsi olan Naxçıvan arasında əlaqənin olması bizim üçün milli təhlükəsizlik və orta dəhlizə alternativ məsələsidir”. Əmirbəyov gileylənib ki, Ermənistan 42 kilometrlik dəhlizin heç layihələndirmə prosesinə də başlamayıb:“Əlbəttə, biz Ermənistanı götürdüyü öhdəliyi yerinə yetirməyə məcbur edə bilmərik və bizim guya dəhlizi zor gücünə açacağımıza dair iddialar cəfəngiyatdır”. Onun sözlərinə görə, alternativ marşrutun olması, bəlkə də Ermənistanı bu məsələdə müqavimət göstərməklə nə qədər itirə biləcəyini dərk etməyə sövq edə bilər.

Tahir TAĞIYEV







VİDEO

Zəngəzur dəhlizində özəl şirkətin nəzarət məsələsinin mənşəyi bilindi - Şarl Mişel - VİDEO

Paşinyan Lavrovun üzünə sərt qayıtdı... - VİDEO

Ermənistan indi də İranın marionetkası adlandırıldı... - VİDEO

Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

SON XƏBƏRLƏR

12.09.2024 | 12:44
Bələdiyyələr vətəndaşlara qarşı kütləvi qanunsuzluğa başlayıblar- qanunsuzluğa icra məmurları da cəlb edilib....

12.09.2024 | 12:24
Vilayət Eyvazov polkovnik- leytenantı rəis təyin etdi...

12.09.2024 | 12:00
Son 1 gün! - sabah Formula 1 Azərbaycan Qran-Prisi başlayır

12.09.2024 | 11:30
İngiltərə millisini kim çalışdıracaq? - siyahıda məşhur məşqçilər var...

12.09.2024 | 11:16
Zakir Həsənov Türkiyənin yeni hərbi attaşesi ilə görüşüb

12.09.2024 | 11:05
Bakıda bir neçə obyektdə yanğın olub - FHN məlumat yaydı

12.09.2024 | 11:00
Yol polisi "Formula 1 Azərbaycan Qran Prisi”nə görə sürücülərə müaricət etdi

12.09.2024 | 10:32
Şuşaya növbəti infotur təşkil edilib

12.09.2024 | 10:30
Gələn həftə bu ilin ikinci ay tutulması olacaq

12.09.2024 | 10:20
Heydər Əliyev Fondunun Vatikanda Müqəddəs Yubiley İlinə töhfəsi

12.09.2024 | 10:16
Kəlbəcərdə yük avtomobili aşıb, ölən var

12.09.2024 | 10:06
Daha bir ölkə uşaqlara sosial şəbəkələrdən istifadəni qadağan edir

12.09.2024 | 10:00
Bu gün Bakının 3 rayonunda qaz olmayacaq - əhaliyə XƏBƏRDARLIQ

12.09.2024 | 09:33
Naxçıvan istiqamətində mövqelərimiz yenidən atəşə tutulub - TƏCİLİ

12.09.2024 | 09:31
Şagirdlərimiz Azərbaycan tarixini hansı dildə öyrənməlidir - mübahisə və nazirin qərarı...

12.09.2024 | 09:30
Messinin zədəsi sağalmır - klub rəhbərliyi bərk narahatdır...

12.09.2024 | 09:20
İlk adı "Yoksulluk" idi, dəyişib "Sahipsizler" oldu...

12.09.2024 | 09:15
Norveçdən Türkiyə QƏRARI - bütün məhdudiyyətləri aradan qaldırdı

12.09.2024 | 09:06
Narkotiklərin təsiri altında avtomobil sürürdülər, yaxalandılar...

12.09.2024 | 09:00
ABŞ Ukraynaya 700 milyon dollarlıq əlavə yardım paketi ayırıb - Antoni Blinken Kiyevdə bəyan etdi

12.09.2024 | 08:39
Məşhur "BNA" Bakıda taksi dayanacaqlarını necə ləğv etdisə, hələ də bərpa oluna bilmir...

12.09.2024 | 00:19
Ukrayna Qara dənizdə Rusiyanın qazma platformasını ələ keçirməyə cəhd etdi, ancaq çoxlu itki verib geri çəkildi...

11.09.2024 | 23:17
Rəsmi Bakıdan Avropa İttifaqının qərəzli bəyanatına tutarlı cavab....

11.09.2024 | 21:12
Azərbaycanla Ermənistan ilin sonunadək saziş imzalaya bilər?..

11.09.2024 | 20:57
Paşinyan Avropa Birliyinin üzvlük prosesinə rəsmi start verdi - həm də BRİCS-ə gedir...

11.09.2024 | 20:42
Qərbin növbəti addımı Ukraynada sülh ümidlərinin üzərindən xətt çəkdi...

11.09.2024 | 20:28
Harrislə Trampın ilk debatında inanılmaz ittihamlar yağdı

11.09.2024 | 20:15
Ermənistan mifik “Zəngəzur əməliyyatının” məhz sentyabrda olacağına əmindir - niyə?

11.09.2024 | 20:01
İranın "Zəngəzur siyasəti" əslində Ermənistanın daxili işinə müdaxilədir... "Bir oynayırlar"...

11.09.2024 | 19:48
Zəngəzur dəhlizi hara, Türkmənçay müqaviləsi hara - iranlı ekspert "ağ elədi"...

11.09.2024 | 19:34
Türkiyə və Rusiya “İrəvan dialoqunu” heçə saydı...

11.09.2024 | 19:21
Nazirin dediyi belə məktəb direktorlarından tanıdığınız varmı...

11.09.2024 | 19:07
Elmi əsaslar, müvafiq proqramlar üzərində qurulan inkişaf strategiyası...

11.09.2024 | 18:53
Erkin Qədirliyə görə saxtakar 6 məntəqə sədrinə cinayət işi açıla bilər...

11.09.2024 | 18:47
İlqar Məmmədov REAL-ın sədrliyindən istefa verdi

11.09.2024 | 18:39
Paşinyan Zəngəzur dəhlizi barədə mühüm məqamı kobudcasına təhrif etdi...

11.09.2024 | 18:38
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin Forumunun iştirakçıları Prezidentə müraciət etdi

11.09.2024 | 18:25
İnternetdə 100 Mb sürəti almaq üçün əlavə 25 manat da xərc çəkilməlidir...

11.09.2024 | 18:12
Bakıda avtobus zolaqlarının xeyirdən çox ziyan vurduğunu düşünənlər var...

11.09.2024 | 17:57
Paşinyan düz deyir? - 9 noyabr sənədinin 7 və 8-ci maddələrini kim pozub?

11.09.2024 | 17:44
Putin sərhədlər məsələsində Monqolustandan Paşinyana da söz atdı...

11.09.2024 | 17:30
Türk dünyasının 34 hərfdən ibarət ortaq əlifbası qəbul edildi - Bakıda tarixi qərar...

11.09.2024 | 17:24
İnanılmaz - Azərbaycanda "dirijorluq" ən bahalı ixtisaslardan imiş - izah verildi...

11.09.2024 | 17:11
Putinin Türkiyə səfərinin təxirə salınmasının səbəbi açıqlandı - Moskva onun təyyarəsini rus qırıcılarının müşayiət etməsini istəyir, ancaq...

11.09.2024 | 17:03
Banklarımız mənfəətə görə gürcülərə və ermənilərə uduzur - unikal səbəb var...

11.09.2024 | 16:50
22 saylı seçki dairəsində də 3 məntəqədə səsvermənin nəticələri ləğv edildi

11.09.2024 | 16:43
Əli Məmmədbağıroğlunun “XVII əsr Azərbaycan əlyazma kitabı” çapdan çıxıb

11.09.2024 | 16:18
MSK iki seçki məntəqəsində nəticələri ləğv etdi...

11.09.2024 | 15:50
Rəşadət zirvəsinin Xəyalı

11.09.2024 | 15:33
Rusiya ordusu Kurskda hücuma keçdi - 10 kənd geri qaytarıldı...

11.09.2024 | 15:18
BMU ilə İndoneziyanın dövlət universiteti arasında memorandum imzalanıb

11.09.2024 | 15:06
Prezident cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı sərəncam imzaladı

11.09.2024 | 14:35
Rusiya kəşfiyyatından şok iddia - ABŞ-la ATƏT razılaşdı, seçkidən əvvəl Gürcüstanı qarışdıracaqlar...

11.09.2024 | 14:21
Yasamalda marketdən oğurluğa cəhd edən şəxs saxlandı

11.09.2024 | 14:00
2-ci Qarabağ müharibəsi robotlaşdırılmış sistemlərlə qazanılmış ilk müharibə oldu - İsveçrə nəşri ordumuzdakı inqilabi dəyişikliklərdən yazdı

11.09.2024 | 13:44
İsmayıllıda meşədə çətənə kolu yetişdirən şəxs tutuldu

11.09.2024 | 13:29
Bakıda müğənnini toyda fonoqram ifa etdiyi üçün döydülər...

11.09.2024 | 13:18
Hacıqabulda narkotiklərin qanunsuz dövriyyəsinə görə saxlananlar var...

11.09.2024 | 13:03
Политика - не шарлатанство, Пашинян - ПРЯМАЯ ТРАНСЛЯЦИЯ

11.09.2024 | 12:48
"ABŞ 11 sentyabr terroru zamanı Azərbaycanın dəstəyini unutmayıb" - Səfirlik

11.09.2024 | 12:30
Azərbaycanda iqtisadi artım 4 faizi ötüb

11.09.2024 | 12:20
Naxçıvan istiqamətində mövqelərimiz yenə atəşə tutuldu

11.09.2024 | 12:00
Şəmkirdə yük maşını dərəyə aşıb

11.09.2024 | 11:57
"Sosial şəbəkələrdən asılılıq qorxunc həddə çatıb"

11.09.2024 | 11:30
Respublikaçılardan Baydenə çağırış- Rusiyanı vurmağa icaz ver!

11.09.2024 | 11:10
Nədən Ermənistan yarımçıq "sülh müqaviləsi"nə can atır? - CANLI

11.09.2024 | 11:05
Bir gündə 50 cinayətin üstü açılıb - DİN açıqladı

11.09.2024 | 11:00
Fransada 50 kişi kütləvi zorakılığa görə məhkəmə qarşısına çıxarılıb - ŞOK

11.09.2024 | 10:30
"Artıq aktrisalıq etməyəcəm" - "Titanik"in aktrisasından AÇIQLAMA

11.09.2024 | 10:20
Yolu keçən 15 yaşlı gənci maşın vurub

11.09.2024 | 10:16
Məsud Pezeşkian İraqda səfərdədir

11.09.2024 | 10:06
Rusiyalı komediya aktyoru həbs edildi - vətəndaşlara qarşı təhqiramiz zarafatlarına görə...

11.09.2024 | 10:00
ABŞ -dan Rusiya və İrana qarşı növbəti sanksiya - siyahıda 10 fiziki və 6 hüquqi şəxsin adı var

11.09.2024 | 09:30
Gürcüstan millisi albanları da devirdi - gözümüzə "su verək"...

11.09.2024 | 09:27
Bank əmanətləri azalıb, Mərkəzi Bankın "Naxçıvanbank" izahı qəbul olunmadı...

11.09.2024 | 09:20
Antoni Blinken Ukrayna və Polşa yolçusudur

11.09.2024 | 09:16
Kamala Harris və Donald Tramp arasında ilk debat keçirilib

11.09.2024 | 09:10
Xocalıda yanğın baş verib - FHN məlumat yaydı

11.09.2024 | 09:06
Daha 18 ailə Laçına köçürüldü

11.09.2024 | 09:00
Bu ölkə Türkiyə üzərindən qaz almağa hazırlaşır

XƏBƏR ARXİVİ

«    Sentyabr 2024    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30