Bayramov Fransanın "Total" şirkətinin Azərbaycandakı fəaliyyətinə toxundu - öhdəlikləri var
Biz məsələləri bir-birinə qarışdırılmasının tərəfdarı deyilik. Fransanın “Total” şirkəti Abşeron yatağına illər əvvəl maraq göstərib və tenderi qazanıb. Trend-in məlumatına görə, bunu bu gün Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.
“Kontrakt saziş var. Tərəflərin öhdəlikləri bu müqavilədə nəzərdə tutulub. Azərbaycana yüzlərlə şirkətlər investisiya qoyur, gəlir götürür və faydalanırlar. Ancaq onların hüquqları ilə yanaşı öhdəlikləri də var. Hesab edirəm ki, bu da həmin müqavilədə nəzərdə tutulan hüquqa əsasən tənzimlənəcək. Mən burada ciddi risklər görmürəm. İnanıram ki, həmin sazişlərdə bütün öhdəliklər və hüquqlar əks olunub”, - deyə nazir əlavə edib.